GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Vergilər Nazirliyinin Media Sektoruna Yiyələnmək istəyi…

Vergilər Nazirliyinin Media Sektoruna Yiyələnmək istəyi…

Tarix: 10-03-2014, 13:31 Bölmə :Manşet Baxış: 859
Vergilər Nazirliyinin Media Sektoruna Yiyələnmək istəyi…
Qanunsuz yoxlamalar və cərimələrlə mətbuatı nəzarətə
almaq istəyən Fazil Məmmədovun maraqları nədir?


Ölkədə müxtəlif dövlət strukturlarının iş adamlarına, sahibkarlara, eləcə də müstəqil mətbuata qarşı qeyri qanuni əməlləri, onların fəaliyyətinə yersiz müdaxilələrlə iş həyatının iflic olunması haqqında mətbuatda dəfələrlə silsilə yazılar yazılıb. Məmurların vəzifə səlahiyyətlərini aşaraq qanunun aliliyi prinsipini pozmaqla şəxsi mənafeləri naminə törətdiyi müxtəlif qanunsuz əməllər cəmiyyətdə narazılıq ab-havasının yaranmasına, dövlət strukturlarına inamsızlığın formalaşmasına şərait yaradır.
Bir çox yüksək mənsəb sahibləri sanki qəsdən yol verdikləri qanunsuzluqlarla insanların dövlətə olan inamını sarsıdır, vətəndaş-dövlət qarşıdurmasının yaranmasına münbit şərait yaradırlar. Sahibkarların və mətbuatın fəaliyyətinə daha çox müdaxilələri ilə məhşur olan, onların fəaliyyətinə müxtəlif vasitələrlə əngəl törədən dövlət orqanlarından biri də Vergilər Nazirliyidir. Heç kimə sirr deyil ki,müxtəlif iri məmuroliqarxlar tərəfindən himayə olunan və ya bilavasitə onların özlərinə məxsus olan və aylıq dövriyyəsi milyonlarla ölçülən şirkətlər arasında vergidən yayınma halları adi haldır.Lakin, himayəçisiz, beş-on adamın dolanacaq mənbəyi olan kiçik obyektlər vergi müfəttişlərinin əlindən sözün əsl mənasında “qan ağlayırlar”. Belə kimsəsizlər üçün kəsilən “aylıq haqq”ın ödənilməməsi son nəticədə həmin müəssisənin,obyektin bağlanması ilə nəticələnir. Vergilər Nazirliyinin əməkdaşları sahibkarları “aylığa oturdaraq” müflis edirlər. Müxtəlif bəhanələrlə yoxlamalar həyata keçirməklə sahibkarları daima təhdid altında saxlayan vergi müfəttişləri topladıqları böyük məbləğdə vəsaitləri mənimsəyir, əvəzində büdcəyə çox simvolik sayıla biləcək vəsait ödəyirlər.Ölkədə qeyri neft sektorunun inkişaf etdirilməsi üçün bir çox dövlət sənədləri qəbul olunsa da, Vegilər Nazirliyinin iş adamlarına qarşı apardığı talançılıq siyasəti ildən-ilə sahibkarlıqla məşğul olanların sayını azaldır. Çünki,sahibkarlar həm qoyulmuş “aylıq tas”ı ödəməli, həm də vergi məmurlarının vaxtaşırı təşkil etdikləri yoxlamaların “haqqını” çatdırmalıdırlar. Vergi əməkdaşlarının belə fəaliyyətinə münbit şərait yaradan əsas amillərdən biri də cəmiyyətdə vergi sahəsində maarifləndirmə işlərinin lazımi səviyyədə aparılmamasıdır. Məhz elə bundan istifadə edən müfəttişlər sahibkarlığın inkişafına sədd çəkən əsas dövlət orqanı funksiyasını “uğurla” yerinə yetirirlər.
Vergilər Nazirliyinin daima fəaliyyətinə yersiz, qanunsuz müdaxilələr etdiyi sahələr içərisində müstəqil mətbuat xüsusi yer tutur.Azərbaycan media aləmində xüsusi çəkisi olan,müstəqil fəaliyyət göstərən mətbu orqanlar zaman-zaman Vergilər Nazirliyinin bu “qayğısını” öz üzərlərində hiss etmişlər.Təsadüfi deyil ki,nazirlik bir çox sözəbaxmaz nəşrlərə qarşı ağlasığmaz cərimələr tətbiq etməklə onların fəaliyyətini tamamilə iflic etməkdə xüsusilə məharət nümayiş etdirir.Təsadüfi deyil ki,bir neçə il əvvəl “Gündəm xəbər” qəzeti də Vergilər Nazirliyi tərəfindən əsassız olaraq cərimələnərək çətin duruma salınmışdı. Nazirlik çox absurd, gülünc “faktlarla” qəzetimizin guya 71 min 478 manat 16 qəpik vəsaiti vergidən yayındırmasını əsas gətirərək 133 min 514 manat 69 qəpik cərimə tətbiq etməklə müstəqil mətbuata olan “qayğıkeşliyini” sübuta yetirmişdi. Çox çətin şəraitdə,ağır şərtlər altında fəaliyyət göstərən bir qəzetin bu qədər vəsaiti vergidən yayındırmasının hansı məntiqə uyğun gəldiyini ancaq Vergilər Nazirliyinin yetkililəri izah edə bilərlər.Ümumiyyətlə, Azərbaycan reallığında bu məbləğdə bir cərimənin ödənilməsi heç bir müstəqil mətbu orqan üçün real deyil. Belə bir cərimənin təyin olunması sırf qəzetimizin çökdürülməsinə,bağlanılmasına hesablanmış bir addım idi.
Bu günlərdə isə nazirlik tərəfindən mətbuata qarşı daha bir sərt addım atıldı.Belə ki, Qanun Nəşriyyatı aparılan yoxlamalardan sonra 150 min manat məbləğində cərimələnib.Vergilər Nazirliyinin 20-yə yaxın əməkdaşı nəşriyyata vergi yoxlaması adı ilə daxil olaraq qurumun xeyli sənədlərini və kompyuterlərini aparıb.Bu isə bir daha sübut edir ki, Vergilər Nazirliyi yenə də azad mətbuatın,medianın fəaliyyətinə əngəl törətmək siyasətindən əl çəkməyib. “Gündəm xəbər” qəzetinin,indi isə Qanun nəşriyyatının çox yüksək məbləğdə, əsassız olaraq cərimələnməsi müstəqil mətbuatın susdurulmasına hesablanmış bir addımdır.Vergilər Nazirliyiartıq media bazarına daha dərindən müdaxilə etməklə bu sahədə də öz mövqelərini gücləndirmək istəyir.Qəzetlərə, küləvi informasiya vasitələrinə tətbiq olunan yüksək məbləğli cərimələrlə digər mətbu orqanları qorxuzmaq,itaətkar duruma gətirməklə onları da qeyri-qanuni olaraq “haqq” verməyə məcbur etmək nazirliyin əsas hədəflərindən biridir.Göründüyü kimi,bir çox sahələrdə xüsusi monopoliya yaratmağa müvəffəq olmuş Fazil Məmmədov artıq mediya aləmini də öz məngənəsinə almaq istəyir.Nazirlik əməkdaşlarının mütəmadi olaraq apardığı yoxlamalarla müstəqil mətbuatı daim zərbə altında saxlamağa çalışan Fazil Məmmədov bu yolla öz təsir rıçaqlarını daha da artırmağı hədəfləyir.Sifarişli yoxlamalar, cərimələrlə müstəqil mətbu orqanlarını təsir dairəsinə salmaq, qanunsuz haqq verməyə məcbur etmək istəyi Vergilər Nazirliyinin son dövrlərdə xüsusilə fəallaşmasına səbəb olmuşdur.Bu isə cəmiyyətin ən həssas nöqtəsi olan, daha çox həqiqətin güzgüsü rolunu oynayan mətbuatı mümkün qədər ram etmək, öz təsir dairəsinə salmaq məqsədlərinə xidmət edir.
Yuxarıda qeyd etdiyimiz kimi bir çox məmurların fəaliyyəti cəmiyyətdə sanki daha çox qıcıq yaratmaq,narazılıq dalğası formalaşdırmaq məqsədləri daşıyır.Ölkə başçısının jurnalistlərin dostu olduğu bir ildə mətbuata qarşı Vergilər Nazirliyinin bu qədər sərt,əsassız müdaxiləsi hansı maraqlara xidmət edir? Dövlət maraqlarına,yoxsa şəxsi maraqlara? Məncə cavabı hamı yaxşı bilir!
Nicat MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun nazirliyindən prezidentə şikayət - NARAZILIQ VAR...

    Fazil Məmmədovun nazirliyindən prezidentə şikayət ...

    2-04-2016, 01:28

  • 
  • Qanunsuz yoxlama aparan məmurlar cinayət məsuliyyətinə cəlb olunacaqlar

    Qanunsuz yoxlama aparan məmurlar cinayət ...

    15-01-2014, 12:29

  • 
  • “Azad söz” hayqıranların uzaqlarda eşidilən çığırtısı…

    “Azad söz” hayqıranların uzaqlarda eşidilən ...

    26-07-2016, 23:38

  • 
  • Fazil Məmmədovun işçiləri sahibkarlara divan tutur

    Fazil Məmmədovun işçiləri sahibkarlara divan tutur ...

    8-12-2013, 11:11

  • 
  • Qərib Məmmədovun Abşeron əməliyyatı

    Qərib Məmmədovun Abşeron əməliyyatı ...

    11-04-2013, 11:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu