GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qərib Məmmədovun Abşeron əməliyyatı

Qərib Məmmədovun Abşeron əməliyyatı

Tarix: 11-04-2013, 11:14 Bölmə :Ölkə Baxış: 1 114
Qərib Məmmədovun Abşeron əməliyyatı

Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə
dair kənar şəxslərə qeyri-qanuni sənədlər təqdim olunur


“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində özbaşınalıqların, saxtakarlığın və digər korrupsiya hallarının baş alıb gedir”. Bu haqda redaksiyamıza göndərilən şikayət məktubunda deyilir. Bildirək ki, sözü gedən şöbənin müdiri Mübariz Vəliyevin yarıtmaz fəaliyyətinə dair çeşidli faktlar dəfələrlə ölkənin ən müxtəlif kütləvi informasiya vasitələrində dərc olunub. Bu faktların əsasında isə ilk növbədə Mübariz müəllimin rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur.
Məktubda deyilir: “Rayonun əksər ərazilərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb. Mübariz müəllimin “yenilikçiliyi” isə bələdiyyələrin artıq qurumaqda olan gəlir mənbələrinə yeni həyat verir. Bələdiyyə sədrlərinin Torpaq şöbəsinin müdirinə olan rəğbətləri də məhz onun bu kimi “tapıntılarından” qidalanır”.
Məlumatlarda bildirilir ki, bu gün Mübariz Vəliyevin xeyir-duası ilə “hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilirlər: “Belə faktlar saysız-hesabsızdır. Narazılıqların yaranmasına daha bir səbəb isə Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması faktıdır.
Belə ki, Mübariz Vəliyev və onun rəhbərliyi altında işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verir və həmin torpaqların digər rayon sakinlərinə icarəyə verilməsinə şərait yaradırlar”.
Həmçinin məlumatlarda iddia olunur ki, bu cür sənədi vermək üçün onlar rəy verəcəkləri torpaqların hər hektarına görə vətəndaşlardan 250-300 manat məbləğində rüşvət alırlar. Məsələn, bir müddət əvvəl bir qrup Hövsan kənd sakini kütləvi informasiya vasitələrinə əkin sahələrinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən satıldığı barədə məlumatla müraciət etmişdilər.
Müraciətdə bildirilirdi: “Bizim kəndin torpaq sahələri Abşeron və Suraxanı rayonları arasında bölünüb. 1963-cü ildə kəndimizin torpaq sahələrinin bir qismi Abşeron rayonuna 25 illik icarəyə verilib. İcarə müddəti artıq çoxdan başa çatıb. Buna baxmayaraq Abşeronun icra başçısı bizim torpaqlarımızı qanunsuz olaraq müxtəlif şəxslərə 90 illiyinə icarəyə verir. Bu işə Abşeron Rayon İcra Hakimiyyətinin torpaq şöbəsinin müdiri Mübariz Vəliyev rəhbərlik edir”. Lakin mətbuat səhifələrində dərc olunan materiallarla yaxından tanışlıq belə nəticəyə gəlməyə imkan verir ki, Mübariz Vəliyevin saxtakarlıqları kifayət qədər “qədim tarixə” malikdir. Belə ki, hələ 2010-cu ildə ölkə mətbuatında dərc olunmuş məlumatlarda M.Vəliyevin Bilgəh qəsəbəsində yerləşən torpaq sahəsinə dair saxta sənədlər tərtib etdiyi göstərilirdi: “Bu sənəd torpaq şöbəsinin müdiri Mübariz Vəliyevə verilmiş 80 min manat rüşvət müqabilində alınıb və onun arxivdə kötüyü yoxdur. Bununla bağlı Korrupsiya ilə Mübarizə İdarəsinə müraciət edilib, Mübariz Vəliyevin əməlləri araşdırılır”...
Lakin görünür bu araşdırmaların nəticəsi elə də effektli olmayıb.Əks halda M.Vəliyev bu gün də tutduğu vəzifədə qalmaqla öz qanunsuz əməllərinə davam edə bilməzdi. Onu da qeyd edək ki, bu xüsusda yaranan suallarımıza aydınlıq gətirmək məqsədilə Mübariz müəllimlə əlaqə saxlamaq cəhdlərimiz də baş tutmadı. Amma rayondakı mənbələr şöbə müdirinin öz əməllərinə dair ümumiyyətlə bir kimsəyə nə hesabat, nə də bir açıqlama verməyə qətiyyən meyilli olmadığını bildirirlər.

Zaur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QƏRIB MƏMMƏDOVUN CEYRANBATAN BATAQLIĞI

    QƏRIB MƏMMƏDOVUN CEYRANBATAN BATAQLIĞI ...

    4-02-2014, 22:03

  • 
  • Kərəm Həsənovun ölkəni talayan milyonçuları

    Kərəm Həsənovun ölkəni talayan milyonçuları ...

    22-05-2014, 10:05

  • 
  • Qərib Məmmədovdan start siqnalı

    Qərib Məmmədovdan start siqnalı ...

    6-05-2013, 23:58

  • 
  • Qusarda İcra başçısı bələdiyyə sədrini necə "mən maklerəm" deməyə məcbur etdi?

    Qusarda İcra başçısı bələdiyyə sədrini necə ...

    3-11-2014, 08:17

  • 
  • Başçının səhlənkarlığı sakinləri çıxılmaz duruma saldı

    Başçının səhlənkarlığı sakinləri çıxılmaz duruma ...

    27-08-2015, 22:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu