GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ŞOK: Elnur Aslanovun media hökmranlığına necə son qoyuldu?

ŞOK: Elnur Aslanovun media hökmranlığına necə son qoyuldu?

Tarix: 25-03-2014, 22:20 Bölmə :Manşet Baxış: 1 149
ŞOK: Elnur Aslanovun media hökmranlığına necə son qoyuldu?
Nurçu qalmaqalına görə “vurulan” sabiq məmurun informasiya saytlarının əlindən
alınmasının sensasion tərəfləri üzə çıxıb; eks şöbə müdirinin portalları kimə verildi,
“Vikiliks” zəlzələsinin təkanları indi hiss olunmağa başlayır, növbəti istefa dalğası hazırlanır


Elnur Aslanovun media hökmranlığına da son qoyuldu. Bayram günləri qara gələn sabiq məmurun əlində olan media imkanları əl dəyişdi. Mətbuat bu haqda ümumi xəbər yazsa da, təfərrüatlarını araşdırmayıb. Yenicə məlum olub ki, Elnur Aslanovla haqq-hesab çürüdülüb və onun kurasiyasında olan media orqanları başqa məmurun nəzarətinə keçib.
Hərçənd ki, həmin saytların redaktorları E.Aslanovla əlaqələrinin olmasını təkzib ediblər. Ancaq reallıq başqa mətləbdən xəbər verir. Hətta rəsmi qaydada bu məsələ təsdiqlənib.
Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, bundan sonra həmin saytların nəzarəti ona həvalə olunsa, o bu nəzarəti həyata keçirəcək: “Prezident Administrasiyasının rəsmisi kimi biz özəl saytların fəaliyyətinə nəzarət edə bilmərik, çünki hər bir internet portalının öz iş mexanizmi var.
Biz isə yalnız dövlət sayt və kütləvi informasiya vasitələrində gedən materiallara nəzarət edirik. Elnur Aslanovun saytları mənə verilsə, bundan sonra bu saytlara mən nəzarət edəcəm. Əlavə şərhə ehtiyac yoxdu”.
Ə.Həsənovun açıqlaması kifayət edir ki, E.Aslanovun saytlarının əldən çıxdığını deməyə əsaslanasan. Ancaq etibarlı mənbədən verilən xəbərdə söylənir ki, hələlik saytlara nəzarət PA sözçüsünə keçməyib. Amma sabiq məmurun əlindən alınıb PA-da daha qüdrətli məmura həvalə olunduğu iddia olunur.
“Artıq saytlar əl dəyişib. Ola bilsin ki, həmin saytlarda kadr islahatları getsin. Yeni redaktorların təyinatı gözlənilir.
Ona görə də apreldə dəyişikliklər baş verə bilər. Elnur Aslanov saytlarda söz sahibliyini itirib. Onun gözdən salınması prosesi o dərəcədə sürətli gedib ki, artıq biznesinin də çökdürülməsi istisna olunmur. Hazırda PA dəhlizlərində bəzi məmurlar bayram edir. Onlar Aslanovun sıradan çıxarılmasına sevinirlər. Əli Həsənovun açıqlaması da buna bir nümunədir ki, rəqiblərinə gücü çatmadı.
Deyilirdi ki, keçmiş şöbə müdirinin nəzarətində olan rusdilli 1news.az saytı və “Baku Post” qəzeti rəhbərlik üçün “Trend” informasiya agentliyinin rəhbəri İlqar Hüseynova veriləcək. Bütövlükdə isə eks şöbə müdirinin kurasiyasında olan bütün mətbuat orqanlarına Əli Həsənov nəzarət edəcək. Amma bu iddialar özünü tam doğrultmayıb,”-deyə mənbə xəbər verir.
Onun sözlərinə görə, E.Aslanovun media hökmranlığına son qoyulana qədər bir neçə saytının olması haqda xəbəri gizlədirdi. Eks-məmur gözə girməməyə çalışırdı. Ancaq istefaya göndərilməsinin ardınca mediada kapitan olduğu üzə çıxıb. Mənbə bildirir ki, E.Aslanov saytları təhvil verib və tərk-silah edilib.
“Elnur Aslanov haqda kompromat toplanır. Onu cəzalandıra bilərlər. Hətta Hafiz Hacıyev kimi adamı qabağa veriblər. Adətə hökumət Putin kimi Jirinovskini qabağa verir, Hafiz Hacıyevin dilindən fikirlər səslənir, sonra iş başlanır. Elçibəyin zəhərlənməsi haqda cinayət işi də belə açılmışdı. Hafiz Hacıyev deyib ki, Elnur Aslanov Azərbaycan dövlətçiliyinə işləmir, onun ideyaları, məramları başqadır,”-deyə qaynağımız şərh edir.
H.Hacıyev deyib ki, bu şəbəkənin nümayəndələri təkcə Elnur Aslanov deyil, başqaları da var. Onun sözlərinə görə, həmin adamlar bu gün də Azərbaycan dövlətçiliyinə zərbə vurmağa hazırdırlar.
Mənbə iddia edir ki, E.Aslanovu hədələyib, yerinə oturtmaq istəyirlər. Ümumiyyətlə, istefasından sonra susmağa üstünlük verən gənc məmur artıq gedişatı gözləyir.
Onun cəzalanmasını istəyən PA-da bəzi qüvvələr var. Ancaq buna qarşı çıxanlar da az deyil. Bununla belə, informasiya müharibəsində uduzan E.Aslanov saytlarını təhvil-təslim edib. PA-da olan məmurlardan hansının bu saytlara kuratorluq edəcəyi bilinmir: “Elnuru himayə edən qüvvələr, nurçular onu müdafiə edə bilmirlər. Prezident bir başa işə qarışıb. Bundan kimsə dinə bilməzdi. Cəmiyyətdə fikir yayılıb ki, Elnur Aslanov nurçu olduğu üçün vəzifəsindən azad edilib. Əgər doğrudan da belədirsə, o zaman nə üçün illər öncə deyil, indi vəzifədən azad etdilər. Onun nurçu olması barəsində mətbuatda dəfələrlə yazılar dərc edilib. Hər kəs də bilirdi ki, həmin şəxs nurçudur. Onun vəzifədən azad edilməsi dövlət daxilində bəzi irimiqyaslı məsələlərlə bağlıdır. Ümumiyyətlə, bu kimi şəxslər hakimiyyət daxilində çox kiçik əhəmiyyətli insanlardır. Elnur Aslanovun vəzifədən azad edilməsi daha böyük şəxslərin işdən çıxarılması üzrə gedən hazırlıqdır. Bunu analitiklər də açıqlayıblar. Deməli, qarşıda maraqlı proseslər gedəcək”.
Qeyd edək ki, pezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunmuş Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun nəzarətində olan bütün saytlar əlindən alınıb. Xatırladaq ki, Elnur Aslanov ölkə mətbuatında Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət” hərəkatı ilə yaxınlıqda ittiham edilirdi. Qeyd edək ki, Elnur Aslanovun «Gülənçi»lərlə sıx əlaqələrinə dair məxfi sənədlər hələ 2011-ci ildə məşhur “WikiLeaks” qalmaqalında da yayılmışdı.
Belə ki, saytda ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili olmuş Donald Lunun Vaşinqtona ünvanladığı məxfi teleqramında Elnur Aslanovun daha çox “Nurçular” dini təriqətinin lideri Fətullah Gülənə bağlılığı ilə tanınan “Çağ Öyrətim” təhsil şəbəkəsinin rəsmiləri ilə yaxın olduğu yazılıb.
R.QARA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elnur Aslanova sonuncu zərbə

    Elnur Aslanova sonuncu zərbə ...

    8-05-2014, 10:48

  • 
  • Prezident nurçuluqda ittiham olunan Elnur Aslanovu işdən çıxartdı

    Prezident nurçuluqda ittiham olunan Elnur ...

    17-03-2014, 20:05

  • 
  • Elnur Aslanova “sus” əmri verilib

    Elnur Aslanova “sus” əmri verilib ...

    2-05-2014, 09:39

  • 
  • Əli Həsənovun kurasiyasında olan media üçün qara tarix

    Əli Həsənovun kurasiyasında olan media üçün qara ...

    28-12-2012, 12:15

  • 
  • Nurçu trio haqqında müdhiş iddialar

    Nurçu trio haqqında müdhiş iddialar ...

    1-04-2014, 10:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu