GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qarabağ probleminin üç həll variantı

Qarabağ probleminin üç həll variantı

Tarix: 26-03-2014, 23:29 Bölmə :Manşet Baxış: 686
Qarabağ probleminin üç həll variantı
ATƏT-in Minsk Qrupu 22 illik nəticəsi olmayan fəaliyyətinə pozitiv “siyasi don” geyindirmək məqsədilə yenidən həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində Haaqada görüşlər təşkil etmək niyyətindədir.
Nəticə olacaqmı? Müsbət cavab vermək xeyli çətindir. Ermənistan hər vəchlə mövcud status-kvo vəziyyətini qoruyub saxlamaqda maraqlıdır. Azərbaycan üçün üsə bu variant qəbuledilməzdir. Həmsədrlər də eyni fikirdədirlər. Lakin fikirləri ilə əməlləri arasında qəribə bir harmoniyasızlıq hökm sürməkdədir. Münaqişənin mövcud vəziyyətinin bu reallıqları fonunda onun perspektiv həlli imkanları haqqında hansı mülahizə, variant və ya proqnozlar irəli sürmək mümkündür?
Zənnimizcə, münaqişənin həllinin 3 variantı vardır. Birinci 2 variant dinc, sonuncu variant isə hərbi həll imkanlarını özündə ehtiva edir.
I variant. Ermənistanda S.Sarkisyan rejimi öz işğalçılıq siyasəti nəticəsində üzləşdiyi total və permanent böhran vəziyyətindən çıxmaq üçün siyasi iradə nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret konstruktiv adımlar ata bilər. Nəticədə danışıqlar prosesində keyfiyyətcə yeni mərhələnin əsası qoyular və qarşılıqlı kompromislər əsasında münaqişənin həlli prosesi həyata keçirilər. Başqa sözlə, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək idarəetmə statusu verilə bilər.S.Sarkisyan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir, çünki bu rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur.
Azərbaycan prezidenti İlham Əliyevin martın 19-da Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyində çıxışında qeyd etdiyi kimi, “Ermənistan faşist dövlətdir. Onların milli ideologiyası faşizmdir, ayrı-seçkilikdir, millətçilikdir. Bu ideologiyanın qurbanları məhz erməni xalqıdır ki, öz müstəqil inkişafından məhrumdur. Müstəqillik böyük bir şans, böyük bir nemət, sərvət idi. Azərbaycan bu gün bu imkanlardan tam şəkildə istifadə etmişdir. Ermənistan haqqında isə müstəqil dövlət sözünü ifadə etmək çox çətindir. Çünki nə müstəqil siyasəti, nə müstəqil iqtisadiyyatı vardır.” Sitatın sonu.
Deməli, xalqı səfalət, işsizlik və aclıq həddində yaşayan dövlətin iqtidarının bu vəziyyətdə totalitar-terrorçu idarə metodlarına üstünlük verməsi siyasətinin motivlərini başa düşmək olar. Bu siyasətin əsasında ölkədaxili ictimai fikri öz üzücü gündəlik problemlərindən yayındırmaq və onu kənar istiqamətlərə yönəltmək təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış üsuludur.
II variant. Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər. Regionda sülh və sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları milli maraqlardan çıxış edərək həmsədrlər-ABŞ, Rusiya və Fransa S.Sarkisyan rejiminə müəllifi olduqları yeniləşmiş Madrid prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə bu istiqamətdə Rusiyanın imkan və potensialı daha böyükdür. Hələ ki, bu baş vermir. Bu, heç də o demək deyildir ki, həmin güclər Ermənistanın müqavimət potensialını qıra bilmirlər. Əsla yox. Sadəcə bu və ya digər səbəblərdən bunu etmirlər. Başqa sözlə, bunu etməli olan dövlətlər üçün hələ ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq gündəliyin prioritet məsələsinə çevrilməmişdir.
III variant. Biirinci və ikinci variantlar heç bir halda nəticə verməyəcəyi təqdirdə müharibə variantı qaçılmaz ola bilər. BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul olunmuşdur), təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti verir.
Bu baxımdan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun İstanbulda Türkiyənin “TRT 1” televiziyasına müsahibəsində qeyd etdiyi bir fikrə xüsusi olaraq diqqəti cəlb etmək yerinə düşər: “Azərbaycan münaqişənin həllinin sülh - danışıqlar yolu ilə davam etdirilməsinin tərəfdarıdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn tələblərini yerinə yetirməyəcəksə, o zaman biz Dağlıq Qarabağ probleminin həllində digər yolları arayacağıq.”
Zənnimizcə, Azərbaycanın Ermənistandan bir neçə dəfə deyil, bir neçə on dəfələrlə ölçülən hərbi üstünlüyü fonunda torpaqlarımızın təkcə güc yolu ilə deyil, eləcə də I və II variantda qeyd etdiyimiz dinc tənzimləmə üsulu ilə azad olunması imkanı son dərəcədə arta bilər. Başqa sözlə, Azərbaycanın ifrat iqtisadi-hərbi potensialı qarşısında ya S.Sarkisyan rejimi vahimələnib münaqişənin həlli naminə siyasi iradə nümayiş etdirər, ya da regionda müharibənin yenidən alovlanmasını heç bir halda istəməyən, lakin bunun son dərəcə labüd olduğunun fərqinə varan beynəlxalq güclər Ermənistanı anoloji addım atmağa məcbur edər.
Elman Nəsirov
Siyasi elmlər doktoru, professor
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Amerikalı həmsədr: “Bu məsələdə status-kvo qəbuledilməzdir”

    Amerikalı həmsədr: “Bu məsələdə status-kvo ...

    25-01-2014, 14:19

  • 
  • Kremlin şok planı: Qarabağ Azərbaycana hansı şərtlərlə qaytarılır

    Kremlin şok planı: Qarabağ Azərbaycana hansı ...

    7-09-2015, 14:14

  • 
  • XİN-dən həmsədrlərə sərt cavab: "Uğursuz işdən nəticə çıxarın!"

    XİN-dən həmsədrlərə sərt cavab: "Uğursuz ...

    13-11-2015, 00:06

  • 
  • "Ermənistan Rusiyanın cibindədir"

    "Ermənistan Rusiyanın cibindədir" ...

    7-04-2016, 11:44

  • 
  • Dağlıq Qarabağ münaqişəsi: “Nə hərb, nə də sülh”

    Dağlıq Qarabağ münaqişəsi: “Nə hərb, nə də sülh” ...

    3-01-2014, 00:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu