GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kremlin şok planı: Qarabağ Azərbaycana hansı şərtlərlə qaytarılır

Kremlin şok planı: Qarabağ Azərbaycana hansı şərtlərlə qaytarılır

Tarix: 7-09-2015, 14:14 Bölmə :Ölkə Baxış: 0
Kremlin şok planı: Qarabağ Azərbaycana hansı şərtlərlə qaytarılır


“Moskvanın Bakı və İrəvan üçün planı var”.

Bu barədə Rusiyanın “Politrus” saytı yazıb.

Saytın məqaləsində iddia olunur ki, Dağlıq Qarabağda hərbi gərginliyin qalmasında ABŞ maraqlıdır: “Çünki Rusiya, İran və Çinin maraq zonasında olan bu bölgənin daim “qaynar” olması ABŞ-ın hegemonluğuna xidmət edir. Lakin hazırki vəziyyətdə müharibənin başladılması problem olaraq qalır. Çünki nə Bakı, nə də İrəvan müharibə istəmir. Azərbaycan öz ərazi bütövlüyünün bərpasını tələb edir. Çünki məcburi köçkün və qaçqınlar Ermənistanın nəzarətində olan öz evlərinə qayıtmaq istəyirlər. Ölkə rəhbərliyi də bu məsələdə qətiyyət göstərir”.

Məqalədə bildirilir ki, Rusiya Azərbaycanı Xəzər regionunda, həmçinin Avrasiya İttifaqında öz müttəfiqi olaraq görmək istəyir: “Moskva bunu gizlətmir. İqtisadi nöqteyi-nəzərdən Azərbaycan Avrasiya İttifaqı üçün əlverişlidir. Amma artıq ittifaqda yer alan Ermənistan Azərbaycanın bu birliyə girişini əngəlləyir. Azərbaycan ərazisini nəzarətdə saxlayan bir ölkə ilə eyni ittifaqda yer almağın mümkün olmadığı fikrini irəli çəkir”.

Sayt yazır ki, Sergey Lavrovun Bakı səfərinin detalları yayılmasa da, fərz etmək mümkündür ki, Rusiya Qarabağ münaqişəsinin həlli üçün yeni plan təklif edir.

“Həm də bu təklif indi yox, Vladimir Putinin I Avropa Oyunlarının açılış mərasimində iştirakı zamanı Bakıya təqdim olunub. Rusiya XİN rəhbəri isə planın detallarını müzakirə etmək üçün Bakıya getdi. Ermənistan prezidenti Serj Sarkisyanın sentyabrın 7-də nəzərdə tutulan Moskva səfərində də münaqişənin həlli üçün təklif olunan yeni plan müzakirə olunacaq. Kreml rəsmi şəkildə iki ölkə arasındakı münasibətlərin müzakirə olunacağını deyir. Lakin İrəvandakı mənbələr əsas müzakirə mövzusunun Qarabağ olduğunu qeyd edir”, - deyə məqalədə vurğulanır.

Sayt münaqişənin həlli üçün iki təklifin ola biləcəyini yazıb: “Birincisi, Ermənistan Dağlıq Qarabağdakı qoşunlarını tamamilə çıxarır və ətraf yeddi rayon Azərbaycana qaytarılır. Bakı bunu istəyir, amma İrəvan buna getməyəcək. Hətta üçüncü tərəfin məsələyə qarışması və böyük maliyyə hesabına torpaqların qaytarılması variantı olsa belə bu, mümkünsüz görünür. Çünki Qarabağdakı ermənilər bu torpaqların özlərinki olduğunu düşünürlər. İkinci variant Ermənistanın Laçından başqa digər işğal olunmuş rayonları qaytarması və Qarabağa dəhlizin təmin olunmasıdır. Köçkünlər qayıdacaq, Bakı da ərazidən çıxarılan ermənilərə kompensasiya ödəyəcək. Bu mümkün variant kimi görünür və Azərbaycan tərəfi ermənilərə kompensasiyasını birbaşa deyil, Rusiya vasitəsilə verəcək. Əgər bu variant mümkün olarsa, kompensasiya Rusiya tərəfindən Avrasiya İttifaqı çərçivəsində Ermənistana kredit kimi də verilə bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycanı ABŞ və İsrail gücləndirir” - Erməni politoloqdan şok açıqlama

    “Azərbaycanı ABŞ və İsrail gücləndirir” - Erməni ...

    2-11-2018, 16:37

  • 
  • Moskva Qarabağ münaqişəsini həll edə biləcəkmi?

    Moskva Qarabağ münaqişəsini həll edə biləcəkmi? ...

    16-03-2017, 21:37

  • 
  • Kişinyovdan sonra Kremlin hədəfi Bakıdır? – Şərh

    Kişinyovdan sonra Kremlin hədəfi Bakıdır? – Şərh ...

    13-07-2017, 10:41

  • 
  • Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: Moskva nə istəyir, Vaşinqton nə…

    Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: ...

    7-10-2015, 00:01

  • 
  • ABŞ kəşfiyyatı təsdiqlədi: beş rayon Azərbaycana qaytarılır

    ABŞ kəşfiyyatı təsdiqlədi: beş rayon Azərbaycana ...

    17-11-2015, 16:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu