GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədov “oğlunun əliylə vurulur”

Ziya Məmmədov “oğlunun əliylə vurulur”

Tarix: 28-03-2014, 08:46 Bölmə :Manşet Baxış: 2 639
Ziya Məmmədov “oğlunun əliylə vurulur”
Anar Məmmədovun nurçularla əlaqələri və onları
maliyyələşdirməsi ilə bağlı ittihamlar səsləndirilir


Məmur övladları, onların dəbdəbəli həyat tərzi zaman-zaman medianın diqqət mərkəzində olub. Xüsusilə, son dövrlərdə sosial şəbəkələrdə vəzifə sahiblərinin övladları öz bahalı avtomobilərinin, zinət əşyalarının, dünyanın məhşur istirahət zonalarında təşkil etdikləri əyləncələrin fotoşəkillərini paylaşmaqla yenidən diqqət mərkəzinə gəliblər. Ümumiyyətlə, cəmiyyətdə kifayət qədər müzakirə obyekti olan məmurların övladları bir çox hallarda onların “baş bəlasına” çevrilməklə ataları üçün əlavə problemlər yaradırlar. Bu məsələ artıq bir neçə dəfə prezident səviyyəsində belə müzakirə olunub, hakim komandada təmsil olunan vəzifə sahiblərinə ciddi xəbərdarlıqlar edilib. Milli Bankın sədri Elman Rüstəmovun, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun, Prezident Aparatında mühüm postun sahibi Nazim İbrahimovun, bir çox millət vəkillərinin övladları məmur maaşına uyğun gəlməyən zənginliklərini sosial şəbəkələrdə paylaşmaqla atalarını gündəmdə saxlamağa müvəffəq olublar. Hətta ərköyün balalarının güdazına gedən məmurlar da var. Məhşur İsmayıllı qiyamının başlanmasına səbəb olan Ələkbərov qardaşlarının övladlarının cəzasını ataları-İsmayıllının icra başçısı Nizami Ələkbərov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov çəkdilər. Balalarının ərköyünlüyü hər iki qardaşın vəzifəsini itirməsi ilə nəticələndi. Elə bu günlərdə daha bir məmur övladının güdazına getdi. Xalq artisti, görkəmli tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan, bahalı “Mercedes-Benz-G 55” avtomobili ilə sərxoş vəziyyətdə qəza törədərək iki nəfərin ölümünə səbəkarlıq edən Xaliq Mədətovun atası da övladının ərköyünlüyünün cəzsını çəkdi. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətov da vəzifəsi ilə vidalaşmalı oldu. Biznesmen-deputat kimi tanınan, həm də Qaçqınkomun keçmiş məmuru olmuş Ayaz Orucovun oğlu da atasının karyerasına öz töhfəsini verib. “Gelandewagen” avtomobili ilə şəhərin mərkəzində içərisində iki qadının olduğu maşını gülləbaran etməklə adını “ərköyünlər” siyahısına yazdıran deputat oğlu deyilənə görə hələ də cəzasız gəzməkdədir. Digər bir deputat Elton Məmmədovun oğlu Aynar isə son model BMW-sini Zığ şosesində saatda 240 kilometr sürməsinin zövqünü İnstaqramda bütün xalqımızla paylaşmışdı.
Artıq bu ərköyün məmur balalarının əməlləri təkcə valideyinləri üçün yox, bütün ölkə üçün əməlli başlı problemə çevrilib. Xalqın ağır sosial şəraitdə yaşamasına rəğmən əfsanəvi zənginlik dünyasında yaşayan məmur balaları bütün əndazələri aşıblar. Demək olar ki, hər gün müxtəlif problemlər səbəbindən intihar halları ölkədə adi hal alıb. İnsanlar onların düşdüyü çətin vəziyyətə biganəlik göstərən məmurların haqsızlıqlarından bezərək canlarına qıyırlar. Xalqın böyük qismi banklardan asılı vəziyyətə düşərək borc içərisində üzür. Amma, bunun qarşılığında illərdir vəzifə kürsüsündə feodallaşmış məmurların balaları atalarının hesabına xalqı aşağılayır, həqarət edirlər. Xalq bunların atalarından çəkdikləri azmış kimi, indi də balalarının nazını çəkməyə məcbur olub. Görəsən, qiyməti yüz minlərlə ölçülən avtomobilləri, brend malları bu ərköyünlərə ataları quru maaşlamı alıblar? Əhalinin mütləq əksəriyyəti ölkə xəstəxanalarında müalicə olunmağa pul tapmayıb İran xəstəxanalarına üz tutduğu halda bu balalar hansı vəsaitlə dünyanın ən bahalı kurortlarında, restoranlarında kef çəkirlər? Məgər bu vətən səngərlərdə düşmənlə üz-üzə duran, şəhid olan kasıb balalarınındırmı? İndiyə qədər hansı məmur balası hərbi xidmətə gedib, yaxud cəbhə bölgəsində xidmət edib? Olmazmı ki, dövlətin səfasını çəkənlər bir az da zəhmət çəkib cəfasını çəksinlər!
Ziya Məmmədov “oğlunun əliylə vurulur”
Lakin, ölkə başçısının dəfələrlə sərt xəbərdarlıqlarına baxmayaraq görünən odur ki, bu ərköyün balaları durdurmaq mümkün deyil. Atalarının milyonları hesabına qayğısız həyat tərzi keçirən məmur övladları cəmiyyətdə kifayət qədər narazılıq yaradırlar. Onlar nəinki heç bir qayda-qanuna məhəl qoymur, əksinə dövlətçilik üçün təhlükə mənbəyi olan təriqətlərə, sektalara, müxtəlif QHT-lərə himayədarlıq edirlər. Bu barədə müxtəlif səviyyələrdə xəbərdarlıq siqnalları verilib, həyəcan təbili çalınıb. Son günlər xüsusilə diqqət mərkəzində olan nurçuların da ən böyük himayədarları elə məmurlar və camaat tərəfindən himayə olunan onların övladlarıdır. Vəzifə sahiblərinin övladlarının adları ən radikal dini təriqətlərə himayədarlıq etməkdə, onları maliyyələşdirməkdə hallanır. Bunlar isə təbii ki, səxavətdən irəli gəlmir, ortada konkret siyasi və iqtisadi maraqlar dayanır. Məmur balaları dövlətin özü üçün real təhlükə mənbəyinə çevrilirlər.
Nurçuların Azərbaycanda təşkilatlanması, Türkiyədə olduğu kimi burada da “dövlət içərisində dövlət” halına gəlməsi son günlərin ən çox müzakirə olunan mövzusudur. Dövlətin ən üst düzənində yer alan məmurların adları Gülən camaatı ilə işbirliyində çəkilir. Artıq bu siyahının başında yer alan deputat oğlu və Prezident Aparatının şöbə müdiri olan Elnur Aslanov antinur kompaniyası çərçivəsində görəvdən alınıb. Amma, siyahı gündən-günə durmadan genişlənir və daha çox iri məmurun adı hallandırılır. Eyni zamanda hakimiyyət daxilində əks cəbhələrdə yer alan məmurlar üçün nurçularla əlaqədə olmaq son vaxtlar sevimli kompromata çevrilib. Nüfuz dairələrini genişləndirmək, mövqelərini möhkəmləndirmək istəyən məmurlar bir-birlərinə qarşı kompromatları səxavətlə kütləvi informasiya vasitələrinə ötürürlər. Təsadüfi deyil ki, çoxlarının həyat yoluna, fəaliyyətinə son günlər “nur” düşüb. Nurçularla əlaqədar olduğu, hətta onların bir çox layihələrini maliyyələşdirdiyi barədə ittihamlar səsləndirilən şəxslərdən biri də ölkə gündəminin sevimli qəhrəmanlarından olan Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Bir müddət əvvəl KİV-lərdə Ziya Məmmədovun oğlunu vəzifəyə gətirmək istəyindən yazılmışdı. İddia olunurdu ki, Gənclər və idman naziri Azad Rəhimovun adının nurçularla əlaqələndirilməsindən sonra onun vəzifədən alınması ehtimalı var. Elə bu şansı dəyərləndirən Nəqliyyat naziri həmin posta oğlunu təyin etdirmək üçün çaba sərf edir. Bildirilirdi ki, Ziya Məmmədov ən azından oğlunu nazir müavini təyin etdirmək niyyətindədir. Lakin, bu dəfə də “təsir əks təsirə bərabərdir” prinsipi özünü çox gözlətmədi. Nurçularla əlaqədə ittiham olunan nazirin yerinə gəlmək istəyən Anar Məmmədovun özü onlarla iş birliyində ittiham olunmağa başlandı. “Qarant Holdinq”in rəhbərinə qarşı son günlər ikinci cəbhə açıldığı görünür. Bunun həm onun vəzifə təyinatı ehtimalına qarşı, həm də dolayısıyla birbaşa Ziya Məmmədova qarşı atılan addım olduğu bildirilir. Nurçularla əlaqədə ittiham olunan məmurların hədəfdə olduğunu və onlara qarşı cinayət işi açılması təhlükəsinin mövcudluğunu nəzərə alsaq, Ziya Məmmədova qarşı olan qrupun fürsətdən kifayət qədər yararlanmaq istədiyi görünür.
Azərbaycan-Amerika Alyansının rəhbəri olan Anar Məmmədovun ABŞ-da həyata keçirdiyi lobbiçilik fəaliyyətini birbaşa nurçuların nəzarəti altında etdiyi iddia olunur. Verilən məlumatlara əsasən, Anar Məmmədov Vaşinqtonda, Nyu Yorkda və bir çox digər şəhərlərdə təşkil etdiyi tədbirləri Türk-Amerikan Alyansının prezidenti Dr.Faruk Tabanın fəal iştirakı və yardımları ilə həyata keçirir. Türk-Amerikan Alyansının Fətullah Gülənin təlimatı əsasında yaradıldığı və şəxsi nəzarəti altında fəaliyyət göstərdiyi bildirilir. Alyansın prezidenti Faruk Taban isə Gülənə ən yaxın olan şəxslərdən biri hesab olunur. Anar Məmmədovun rəhbərlik etdiyi alyansın da onun fəal qatqıları ilə formalaşdırıldığı göstərilir. Həmçinin Faruk Tabanın Anar Məmmədovun maliyyə imkanlarından da yetərincə bəhrələndiyi yer alan iddialar içərisindədir. Bu isə Nəqliyyat nazirinə qarşı kifayət qədər ciddi arqument hesab olunmalıdır. Fakt təsdiq olunarsa Gülənin rəhbərlik etdiyi Hizmət hərəkatının dolayısıyla Ziya Məmmədov tərəfindən maliyyələşdirildiyi ortaya çıxacaqdır. Verilən məlumatlarda bildirilir ki, Azərbaycan-Amerika Alyansında təmsil olunan şəxslərin böyük əksəriyyəti nurçulardır.
Anar Məmmədovun adı nurçuların Azərbaycanda ən böyük fiqurlarından biri olan Elnur Aslanovla işbirliyində də hallandırılır. Bildirilir ki, bilavasitə Elnur Aslanovun nəzarətində olan çoxsaylı QHT-lərin bir sıra layihələrinin maliyyə dəstəkçisi məhz Anar Məmmədov olmuşdur. Xüsusilə, ABŞ-da həyata keçirilən təbliğat xarakterli tədbirlərin əksəriyyəti Azərbaycan-Amerika Alyansının rəhbərinin pulları hesabına baş tutub. Göründüyü kimi, Anar Məmmədov təkcə nurçularla əlaqədə ittiham olunmur, eyni zamanda onların ən böyük maliyyə qaynaqlarından biri hesab olunur. Elnur Aslanovun vəzifədən alındığını, haqqında cinayət içinin açılması ehtimalının da olduğunu nəzərə alsaq, Ziya Məmmədova qarşı çox güclü hücum planlaşdırıldığını söyləmək olar. Anar Məmmədovun himayədarlığı ilə Nəqliyyat Nazirliyinin mühüm strukturlarında xeyli sayda nurçunun yerləşdirildiyi də artıq mətbuatda işıqlandırılıb.
Beləliklə, nazirin oğlunu daha mühüm vəzifəyə gətirmək istəyi ona qarşı böyük kompaniyaya çevrilib. Ziya Məmmədov son günlərin ən sərt ittihamıyla oğlunun vasitəsilə vurulur. Görünür Nəqliyyat nazirinin hakimiyyət daxilində daha da qüvvətlənməsindən ehtiyat edən qüvvələr əllərində olan kompromatlarla onu sıradan çıxarmağa çalışırlar. Ziya Məmmədovun da oğlunun badına getməsi ehtimalı hər an güclənir.
NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmurların polis övladları...

    Məmurların polis övladları... ...

    29-10-2014, 11:30

  • 
  • “Fətullah Gülən məmurlarımızı övladları vasitəsilə nəzarətdə saxlayıb”

    “Fətullah Gülən məmurlarımızı övladları ...

    9-04-2014, 10:36

  • 
  • Ziya Məmmədovun media layihəsi baş tutmadı

    Ziya Məmmədovun media layihəsi baş tutmadı ...

    16-05-2014, 10:52

  • 
  • Allahşükür Paşazadədən məmur övladları ilə bağlı bəyanat

    Allahşükür Paşazadədən məmur övladları ilə bağlı ...

    28-01-2014, 12:00

  • 
  • Şəhid pilotumuzun övladları ilə bağlı yeni xəbər

    Şəhid pilotumuzun övladları ilə bağlı yeni xəbər ...

    19-04-2016, 00:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu