Bakıdakı nurçu təhsil müəssisələri ilə bağlı daha bir şok fakt
Türkiyənin baş naziri Ərdoğanın Bakıya səfərindən sonra “camaat məktəbləri” kimi tanınan “Çağ öyrətim”ə məxsus təhsil ocaqlarının bağlanması mövzusu getdikcə aktuallaşır. Hər iki ölkə mətbuatında çıxış edən ekspertlərin fikrincə, bağlı qapı arxasında ölkə başçıları arasında keçən görüşdə bu məsələ də ciddi şəkildə müzakirə edilib. Ekspertlər hesab edir ki, görüş sonrası keçirilən mətbuat kofransında da prezident İlham Əliyevə və baş nazir Ərdoğana ünvanlanan sualların da sözügedən camaatla bilavasitə bağlı olması məsələnin ciddiyyətini bir daha sübut edir. Ən yüksək bal toplayan tələbələri özündə cəmləyən bu məktəblərin sonunun isə necə olacağı barədə hələ ki, konkret fikir və ya qərar verilməyib. Xəbərə görə, məsələ ilə bağlı fikir bildirən politoloq Elxan Şahinoğlu bildirir ki, bu məktəblərin bağlanması doğru deyil: “Gülən Hərəkatının Azərbaycanda şəbəkələşməsinin, dövlətin içinə sızmasının və dövlətin pullarından öz məqsədləri üçün istifadəsinin əleyhinəyəm. Bununla mübarizə aparılmasının tərəfdarı olsam da, nurçu damğası ilə ucdantutma bütün məktəblərin qapadılmasını da doğru saymıram. Məncə, Ərdoğan Türkiyə və xaricdəki məktəblərin Gülən şəbəkəsinin nəzarətindən alınıb hansısa formada təhsilə davam etdirilməsi formulunu tapmalıdır. Bu məktəblər, Sabançı, Koç, Doğramacı kimi nəhəng maliyyə kapitalına malik iş adamlarının himayəsinə verilə bilər. Onların belə bir təcrübəsi var”. Bəllidir ki, bu kimi məktəblərdə yüksək təhsil haqqı olduğu üçün sosial təminatı aşağı olan ailələrin övladları, bu məktəblərdə təhsil ala bilmir. Politoloq bildirir ki, əsas diqqət bu məsələyə də yönəlməlidir: “Elə etmək lazımdır ki, bu məktəblərdə kasıb və orta təbəqənin övladları da təhsil ala bilsinlər. Yoxsa, Gülən Hərəkatı illik 7-8 manat qiymət qoymuşdu, yalnız nazir və oliqarx balaları oxuya bilirdi. Bunun da məqsədi aydın idi. Bununla varlı burjuaziya övladları vasitəsilə nəzarətə götürülməli idi”. Aydın
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?