Əli Ansuxskinin oğlu FHN rəhbərinə qarşı cəbhədə yer alıb, Zaqataladakı narazılıqların yeni nüansları üzə çıxır
Qax- Zaqatala zonasında baş vermiş zəlzələ ilə əlaqədar bölgədə fərdi yaşayış evlərinin tikintisini həyata keçirən bir qrup iş adamı və fəhlələr gördükləri işin müqabilində onlara çatası pulları ala bilmədiklərindən şikayətçidirlər. Bu haqda xəbər saytlarında yer alan xəbərdə bildirilir ki, başqa-başqa rayonlardan Zaqatalanın Danaçı kəndində aparılan tikinti işlərinə cəlb edilmiş fəhlələr “Doğan” tikinti şirkətinin rəhbərliyi tərəfindən aldadılıblar: “İnkanımız olmadığından məcbur olub döşəmənin 1 kvadratını 3 manata, alçipanı və suvağı isə 2 manata vururuq. Halbu ki, bizə əvvəlcə daha yüksək məbləğ vəd olunmuşdu” – deyə, məktub müəllifləri qeyd edib. Şikayətçilər bildirir ki, gördükləri işə görə 4 aydır pul ala bilmirlər. Halal haqlarını tələb etdikləri halda şirkət rəhbərliyi onları təhqir edir: “Bizim şikayətimizə məhəl qoyan yoxdur. Deyirlər ki, bu şirkət Kəmaləddin Heydərovundur”. Fəhlələlərin sözlərinə görə, onlar bayram günləri də pullarını ala bilməyiblər: “Əgər bizim pulumuzu veməsələr daha yüksək orqanlara şikayət edəcəyik". Xatırladaq ki, 2012-ci ilin may ayında Qaz-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə dövlət büdcəsindən 320 milyon manat vəsait ayrılıb və bu işlərin həyata keçirilməsi birbaşa Fövqəladə Hallar Nazirliyinə həvalə olunub. Baş verənlərin birbaşa FHN rəhbərinə qarşı yönəlməsi və elə bu vaxt K.Heydərovun bölgəyə səfəri diqqətimizi cəlb etdi. Məsələ ilə bağlı apardığımız araşdırmalar ortaya şok vaxtlar çıxardı. Etibarlı mənbənin verdiyi məlumata görə Zaqatalanın Danaçı kəndində avarlar yaşayır və ən çox ziyan dəyən kəndlərdən biri də bu kənddir: “Orda bir neçə şirkət ev tikir. O şirkətlərdən biri Əbdül adlı işadamına məxsusdur. Əbdül müəllim həm də Balakən sok zavodunun direktorudur və FHN rəhbərliyi ilə yaxşı əlaqələrə və etimada malikdir. Xeyli evin tikilməsi ona etibar olunub. Fəhlələrin çox ucuz işlədilməsi və pulunun bir qisminin verilməməsi məhz Əbdül müəllimin şirkəti ilə bağlıdər.” Mənbəmizin bildirdiyinə görə adıçıkilən işadamı haqqını və pulunu tələb edənləri K. Heydərovun adı ilə hədələyir və təqib elətdirir. Əslində isə baş verənlər FHN-lə bağlı deyil və bu birbaşa həmin şirkətin maxinasiyalarından irəli gəlir. Mənbəmizin bizə ötürdüyü məlumatda ən maraqlı detalsa odur ki, Əbdül müəllim keçmiş millət vəkili, əslən avar olan və qətlə yetirilmiş Əli Ansixunskinin oğludur. Mənbəmiz Ə.Ansuxskinin oğlunun FHN rəhbərinə qarşı cəbhədə yer aldığını və fəhlələrin pulunun kəsilməsinin maddi maraqlardan daha çox siyasi sifariş olduğunu bildirir. Azər Talıbov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?