FHN-nin siyahısı saxta çıxdı, nazirlik jurnalistin ailəsinə çatacaq kompensasiyanı mənimsəyib
Aprelin 22-də “Kür” Vətəndaş Qərargahının zəlzələ bölgəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən yol verilən korrupsiya faktları ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında FHN-nin ünvanına bir sıra ciddi ittihamlar səsləndirilib. “Kür” Vətəndaş Qərargahı FHN-dən tikilən evlərin ünvanları və sahiblərinin adı göstərilməklə siyahıların acıqlanmasını eləcədə konpensasiya almış vətəndaşların siyahılarının dərc edilməsini tələb edib. Mətbuat konfransından dərhal sonra FHN-nin rəsmi internet saytında tikilib təhvil verilən evlərin və kompensasiya almış şəxslərin siyahılarını yayıblar. “Kür” Vətəndaş Qərargahının monitorinq qrupunun rəhbəri Əfqan Muxtarlının "Azadlıq.TV" yə verdiyi məlumata görə, kompensasiya alan şəxslərin siyahısında ciddi korrupsiya faktları aşkarlanıb: “Mən eyni zamanda Zaqatala sakiniyəm. Ailəmə məxsus ev zəlzələ zamanı yararsız hala düşüb. Lakin FHN siyasi ayrıseçkiliyə yol verərək evimizi yenidən inşa etməkdən imtina etdi. Evimiz “Bərpa gücləndirmə” kateqoriyasına aid edilib. Bu kateqoriyaya daxil olan evləri FHN bərpa etməkdən imtina edir. Əvəzində əhaliyə cüzi miqdarda kompensasiya təklif edilir. Bizə beş min manat məbləğində pul təklif edilmişdi. Ailəmiz həmin pulu almayıb. Tələb edirik ki, evimizi FHN təmir etsin. Dünən FHN tərəfindən acıqlanan siyahı ilə tanış olduqda ailəmizin də kompensasiya alan şəxslərin siyahısında olduğunu müşahidə etdim. Guya qardaşım Muxtarlı Elşən Sabir oğlu 5 min manat kompensasiya alıb. Bu tamamilə yalandır. Görünür FHN milyonlarla manat məbləğində korrupsiya pullarından doymayıb. İndi də əhaliyə çatası qəpik quruşa göz dikiblər”. Ə. Muxtarlı qeyd edib ki, FHN korrupsiya faktlarını gizlətmək üçün həqiqəti əks etdirməyən siyahılar yayır: “Bundan əvvəl FHN “Kür” Vətəndaş Qərargahına tikilib təhvil verilən evlərin siyahısını təqdim etmişdi. 10 gün ərzində Zaqatalada həmin siyahılar üzrə monitorinq apardıq. Məlum oldu ki, FHN-nin verdiyi siyahıdakı evlərin 30 faizi belə inşa edilməyib. Onu da qeyd edim ki, FHN “Kür” Vətəndaş Qərargahı ilə birgə monitorinq keçirməkdən imtina etdi”. “Kür” Vətəndaş Qərargahının kardinatoru Oqtay Gulalıyev Zaqatala – Qax bölgəsində yeni monitorinqlərin aparılacağını bildirib: “FHN-nin acıqladığı son siyahılara ilkin baxış zamanı xeyli yanlışlıqların olduğunu müəyyən etmişik. Bu həftə ərzində bölgədə yeni monitorinqin həyata keçirilməsinə başlayacağıq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?