GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Halallıq dövlət siyasətinə çevrilir

Halallıq dövlət siyasətinə çevrilir

Tarix: 3-04-2014, 12:09 Bölmə :Manşet Baxış: 710
Halallıq dövlət siyasətinə çevrilir
Yeni “halal” standartları müəyyən etməyin vaxtı çatıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsindən bu kiçik yazımıza da halallıq verməsini istərdik


Aprel ayı başlar-başlamaz ölkəmizdə halallığa qarşı mübarizə kompaniyasına start verilib. Belə ki, “Halal qida.Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan , lakin üzərində “halal” sözü yazılan məhsulların istehsalı qadağan olunacaq. Artıq halallıq almaq üçün mütləq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmək lazım gələcək. Yaxşı plandır, halal-haram məsələlərinin dövlət nəzarətinə keçməsi təqdirəlayiqdir. Yoxsa bəzi para haramzadalar tamamilə cızıqdan çıxaraq halal adı ilə uca millətimizə torba tikirdilər. Camaatımızın kolbasaya olan ülvü məhəbbətindən məharətlə istifadə edən işbazlar növbənöv, rəngbərəng ət məhsullarının üstünə “halal” etiketi yapışdırmaqla insanların hissləri ilə oynayırdılar. Özü də hər sahədə unikallığını qoruyub saxlayan ölkəmizdə halallığın faiz dərəcəsi də kəşf olunmuşdu. 100 faiz halal kolbasa! Adam fikirləşirdi ki, görəsən 90 faiz də halallıq ola bilər? Amma, əslində bu 100 faiz halal yazılan ət məhsullarının heç bir faizi də halal deyildi. Müxtəlif bölgələrdə at, eşşək qəbristanlıqları tapan qayğıkeş yetkililərimiz bildirirdilər ki, bu nəcib heyvanların ətini qəssablarımız toyda-nişanda bəh-bəhlə bizlərə yedizdirirmiş. Özü də halal adı ilə. Xüsusilə bu halal məhsulların üstündən bir qədəh Hacı pivəsi də vurandan sonra adamın bütün günahları o dəqiqə yuyulub gedir, olur anadangəlmə pak. Hörmətli Patent Komitəsinin əməkdaşları min bir əziyyətlə vurub gediblər Hindistana ki, baxsınlar görək burada kəsilən heyvanlar “bismillah”la kəsilir ya yox. Çünki, çox adam hindlilərə inanmayıb ordan gələn ətdən hazırlanan kolbasaları ürəklə yemirdi. Komitə əmin edir ki, hind qardaşlarımız hər kəsimdən əvvəl qüsl olur, iki rükət namaz qılaraq ölkəmizə əti göndəriləcək heyvanların başına bıçaq çəkirlər.
Bu halallıq kompaniyasına başlamışkən dövlətimiz bir çox sahələrdə islahatlar aparsa, yaxşı olar. Məsələn, dəfələrlə rüşvətxorluğa, korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə başlanmasına, hətta bu işlə məşğul olan zorba bir idarə yaradılmasına baxmayaraq belə haram işin axırına çıxmaq mümkün olmur. Təklif edirik ki, hörmətli Patent Komitəsi rüşvətə də halallıq versin. Xüsusi “Halal rüşvət” kateqoriyası yaradılsın və dərəcələri müəyyən edilsin. Komitə üzərində”Halal” loqosu həkk edilən paketlər istehsal etməli, nazirliklərin, idarə və təşkilatların qarşısında insanlara havayı paylamalıdır. Əvvəllər gizli şəkildə verilən rüşvət indi mərd-mərdanə halal paketlərdə məmurlara təqdim olunmalıdır. Beləcə inanclı məmurlarımız da səksəkədən xilas olar, qazandıqları “halal” pulları alnı açıq, üzü ağ şəkildə milli iqtisadiyyatımızın dirçəldilməsinə sərf edərdilər. Yoxsa yazıqlar qorxudan əllərinə düşən beş-üç manatı aparıb xarici banklarda kifləndirir, Londonda, Dubayda villalara xərcləyirlər. Yaxud korrupsiya hallarına qarşı mübarizə aparmaq üçün “halal korrupsiya” standartı müəyyənləşdirmək yaxşı effekt verə bilər. Nazirlərimiz, komitə sədrlərimiz, icra başçılarımız bundan sonra daha rahat şəkildə fəaliyyət göstərməklə öz işlərində dönüş yaradardılar. Tutaq ki, 1 milyon manatlıq bir layihəni həyata keçirən məmura bu vəsaitin 200 min manatının halallığı verilir, bundan artıq mənimsənilən vəsait isə korrupsiya hesab olunur. Təbii ki, məbləğ artdıqca halallığın da ölçüsü artırılmalıdır, yoxsa 10 milyonluq bir layihədən ən azı iki-üç milyonunu götürmədinsə o halallıq kimə lazımdır. Bax beləcə dövlət gəlir-çıxarını hesablayar, həm də halallıq kimi bir ülvi hiss də yenidən məmurlarımızın leksikonuna qayıdardı. Halallıq kompaniyası çərçivəsində məmurların dövlət hesabına Həcc ziyarətinə də göndərmək olar. Hacı adını alan məmurların halallığı veriləndən artıq dövlət puluna əl uzatmayacağı şübhəsizdir. Halallıq kompaniyasına təcili şəkildə dövlət xəstəxanalarında, ali təhsil ocaqlarında, məktəblərdə də başlamaq lazımdır. Xalqımızı haram yeməkdən qurtarmaq vaxtıdır. Hətta halallıq mərkəzləri yaratmaq, burada məmurlara və vətəndaşlara mühazirələr oxumaqla maarifləndirmə işləri aparılmalıdır. Xüsusi bukletlər nəşr olunmalı, hər bir dövlət təşkilatında çalışanların stolüstü kitabına çevrilməlidir. Halallıq barədə hikmətli sözlər yazılan şüarlar hər yerdə cəlbedici məkanlardan asılmalıdır. Məsələn, “Haram tikə göz deşər!”, “Halal rüşvətdən artıq pul alan məmurlara ar olsun!”, “Bu layihənin 40 faizi halallıqla mənimsənilmişdir!” və s. Dünyada bir ilkə imza ataraq “Asan xidmət” yaradan dövlətimiz “Halal xidmət” yaratmaqla bütün millətləri heyrətə sala bilər. Onda bütün dünya bizə baxıb köks ötürər, ürəkdən “Halal olsun!” deyərdi.
Sonda çox hörmətli Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bu kiçik yazımıza da halallıq verməsini rica edirik!
NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Halal” sertifikatı uğrunda mübarizə başlandı

    “Halal” sertifikatı uğrunda mübarizə başlandı ...

    26-02-2014, 15:19

  • 
  • “Halal“ standartı üzrə məhsul istehsal olunmur - Rəy

    “Halal“ standartı üzrə məhsul istehsal olunmur - ...

    25-01-2014, 01:29

  • 
  • Şeyxin «halal» blefi

    Şeyxin «halal» blefi ...

    24-12-2012, 11:27

  • 
  • Şeyxin «halal» blefi

    Şeyxin «halal» blefi ...

    24-12-2012, 11:34

  • 
  • Azərbaycanda çörəyin standartları dəyişilir

    Azərbaycanda çörəyin standartları dəyişilir ...

    29-05-2013, 13:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu