GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Putin III Dünya müharibəsinə başlamaq istəyir

Putin III Dünya müharibəsinə başlamaq istəyir

Tarix: 11-04-2014, 10:47 Bölmə :Manşet Baxış: 1 071
Putin III Dünya müharibəsinə başlamaq istəyir
Birinci Dünya Müharibəsinin başlanmasının 100 illiyi tamam olan ərəfədə dünya yeni bir müharibə təhlükəsi ilə üz-üzə qalıb. Gündən günə aqressivləşən Kreml administrasiyası bütüm qüvvələrini səfərbər edərək dünyaya meydan oxuyur. Krımı işğal edərək özünə birləşdirən Rusiya indi də Ukraynanın şərq vilayətlərində stabilliyi pozmaqla aləmi qarışdırıb. Görünən odur ki, Putinin açıq aqressiyası qarşısında Qərbin yumşaq sanksiyaları işə yaramayıb. Çünki, Putin nəinki geriyə çəkilir, hətta daha da irəli gedərək imperiya ambisiyalarını gizlətmir. Ukrayna sərhədlərinə qoşun toplayan Rusiyanın rusları müdafiə bəhanəsi ilə istənilən an ölkəyə hücuma keçməsi reallaşa billər. Ukraynanın şərq bölgələrində ruslarla yerli xalq arasında nisbət demək olar ki, əllinin əlliyədir. Bu isə Rusiyaya burada vəziyyəti istədiyi məqamda nəzarətdən çıxarmağa imkan verir. Artıq şərq vilayətlərində rusiyayönlü qüvvələr aktivləşərək hökumət binalarını ələ keçirir, mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edirlər. Donetsk vilayəti öz müstəqilliyini elan edərək Rusiyaya birləşmək üçün mayın 11-də referendum keçirilməsinə dair qərar verib. Donetskin “müstəqil hökuməti” Rusiyaya bölgəyə hərbi güc göndərməsi xaişi ilə müraciət edib. Eynilə Krım variantıdır və Kreml texnoloqları uğur qazandıqları bu yolla Ukraynanı parçalamaqda davam edirlər. Artıq problem Rusiya-Ukrayna müstəvisindən çoxdan çıxıb. Sadəcə Rusiya-Qərb qarşıdurmasının fəaliyyət meydanı indi Ukraynadadır. Ötən əsrin doxsanıncı illərində Qərbin fəal qatqılarıyla dağıdılan Sovet imperiyasını bərpa etmək üçün Putin qəti hərəkətə keçib. NATO-nun günişlənərək sərhədlərinə daha da yaxınlaşması Kremli qəzəbləndirib. Dünyanın yeni düzənində Rusiyanın mövqelərini gücləndirmək üçün Putin SSRİ-yə bənzər yeni modeldə imperiya yaratmaq niyyətindədir.Adının nə olmasından asılı olmayaraq yaradılması nəzərdə tutulan birlik Rusiyanın keçmiş qüdrətini geri qaytarmasına hesablanıb. Bütün postsovet ölkələri aşkar şəkildə işğal təhlükəsi ilə üzləşiblər. Krımın ilhaqı həm də keçmiş “müttəfiq respublikalara” bir mesaj idi. Rusiya göstərdi ki, onun masasına oturmayan ölkələrin aqibəti heç də yaxşı olmayacaq. Hərbi və iqtisadi qüdrətinə görə postsovet ölkələri arasında mühüm mövqeyi olan Ukraynanı parçalanma təhlükəsi ilə üz-üzə qoyan Putin digərlərinə açıq şəkildə dərs verir. Kreml seçim üçün şans buraxmayıb. Ya mənimləsən, ya da düşmənsən siyasəti yürüdən Rusiya müstəqil dövlətləri müxtəlif vasitələrlə təhdid edir. Xüsusilə Kremlə yaxın olan siyasətçilər Moskvanın mövqeyini açıq şəkildə ifadə edirlər. Keçmiş müstəmləkələrində vəziyyətdi nəzarətdən çıxartmaq üçün Kremlin kifayət qədər variantları var. Milli zəmində qarışıqlıqlar salmaqla istənilən ölkədə Krım variantını işə salmaq Moskva üçün asandır.
Dünyada başlayan güclər savaşının gedişində Cənub Qafqaz regionu xüsusi önəm kəsb edir. Tarix boyu Rusiyanın əlaltısı olan Ermənistanla müqayisədə Azərbaycan və Gürcüstanda vəziyyət fərqlidir. Bu ölkələr imkan daxilində müstəqil siyasət yürütməyə və Qərbə meyl etməyə çalışırlar. Təbii ki, bu rəsmi Kreml üçün arzuolunan amil deyil. Odur ki, imperiyanı bərpa etmək üçün son hazırlıqları aparan Rusiya bu bölgədə də qəti hərəkətə keçəcək. Moskva bir dəfə Gürcüstanı cəzalandırıb. Azərbaycan isə müstəqillik qazandığı gündən indiyə qədər Qarabağ problem ilə təhdid olunur. Torpaqlarımızın 20 faizi faktiki işğal altındadır. Lakin, Kremlin bölgəyə təsirini artırmaq üçün planları heç də bunlarla bitmir. Rusiyalı politoloq Qriqori Trofimçuk bu günlərdə verdiyi müsahibədə Kremlin Qafqazda hansı planları olduğu barədə danışıb. Politoloq Qafqazı partlamağa hazır olan bomba adlandıraraq burada yerləşən ölkələrin hər an onlarla kiçik anklavlara parçalana biləcəyini qeyd edib. Gürcüstanda Acariya, Kvemo-Kartli, Cavaxetiya bölgələrində münaqişələrin başlanması Rusiyanın kiçik bir işarəsinə bağlıdır. Azərbaycandan bəhs edən politoloq ölkənin cənubunda yaşayan etnik talışlar vasitəsilə parçalanma təhlükəsi olduğunu söyləyib. Azərbaycanın hətta Naxçıvanla da problem yaşamasının mümkünlüyünü vurğulayan rus politoloq bildirib ki, bunların baş verməməsi imkansızdır. Çünki, dünya qeyri-stabilliyə və fəlakətə doğru gedir. Yeni dünya müharibəsi təhlükəsindən danışan Trofimçuk postsovet məkanını, Baltik dənizindən Sakit Okeana qədər olan geniş bir ərazini nəzarətə almaq üçün dünya güclərinin qarşı-qarşıya durduğunu vurğulayıb.
Ukraynada Avromaydanda alovlanan münaqişə daha böyük müstəviyə keçmək üzrədir. Rusiya tarixində bir çox sahələrdə adını tarixə yaza bilən Putin həm də III Dünya Müharibəsinin başlanmasının səbəbkarı kimi də əbədiləşə bilər. Putin aşkar surətdə beynəlxalq münasibətlər sisteminin təməl prinsiplərini pozur, rəqiblərinə qarşı əzələ nümayiş etdirir. Kreml administrasiyası dünyanın siyasi xəritəsinin yenidən çəkilməsinə iddialıdır. Bu isə bir çox müstəqil dövlətlərin xəritədən silinməsi ilə nəticələnə bilər. Təbii ki, Qərb ölkələri də Rusiyanın məqsədlərində uzağa getməsinə sona qədər səbr nümayiş etdirməyəcəklər. Rusiya ayrı-ayrı ölkələrdə ərazi münaqişələri yaratmaqla dünyada sabitliyi pozur, yeni problemlər yaradır. Lokal münaqişələrin sonda Rusiya Və NATO arasında hərbi qarşıdurmaya səbəb olması isə bəşəriyyətin faciəsi-III Dünya müharibəsi ilə nəticələnə bilər. Ukraynada münaqişə istənilən an başlaya bilər. Moskva bunun baş verməsi üçün hər şeyi edir. Yeni müharibənin başlanması üçün Viktor Yanukoviç Putinin Frans Ferdinandı da ola bilər.
Putin Krımın işğalını reallaşdırandan sonra Qərb ölkələri tərəfindən tənqid olundu, bir çox sanksiyalara məruz qaldı. Odur ki, Ukraynada yenidən fəallaşmaqla Putin Avropanı əslində təhdid edir. O, çalışır ki, Qərb Krımı Rusiyanın ərazisi olaraq tanısın və sanksiyaları qaldırsın. Moskva mesaj verir ki, Ukraynada onun variantları hələ tükənməyib. Əgər Qərb Rusiyaya təzyiqləri artırsa Putin Ukraynanı parçalamaqda davam edəcək. Özünü sığortalamaq üçün Kreml digər ölkələrdə də aktivliyini artırmaqla nəyin bahasına olursa olsun öz şərtlərini Qərbə diqtə etdirmək niyyətindədir. Avropa Birliyi və Amerika Rusiyaya təzyiqləri artırmaqda, sanksiyaları sərtləşdirməkdə israr etdikcə Moskva da postsovet məkanında aqressiyasını artırır. Tərəflər arasında başlayan iqtisadi müharibə belə davam edərsə hərbi müstəviyə də keçə bilər. Rusiya öz qoşunlarını Ukrayna sərhədlərinə cəmləməkdə davam edir. İki slavyan ölkəsinin arasında gedən münaqişə dünyanın gələcəyi üçün təhlükəyə çevrilib. Rusiyanın yeni imperatoru olmaq istəyən Putin III Dünya müharibəsinə başlayarsa bu böyük faciələrə səbəb olacaq.
Dahilərdən biri “sizcə III Dünya müharibəsində hansı silahdan istifadə olunacaq?” sualına belə cavab vermişdi: “Deyə bilmərəm bu müharibədə konkret hansı silahdan istifadə olunacaq, amma, IV Dünya müharibəsində dəqiq ox və kamandan istifadə ediləcək! Putin nüvə savaşına başlamaqla bəşəriyyəti yenidən ox və Kaman dövrünə aparmaq üzrədir.”
SƏRDAR MUSA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna Rusiyaya qarşı ərazi iddiaları irəli sürür

    Ukrayna Rusiyaya qarşı ərazi iddiaları irəli sürür ...

    13-05-2014, 10:22

  • 
  • Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq

    Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq ...

    1-04-2014, 11:36

  • 
  • Putin Ukraynanın tam işğalı üçün düyməyə basdı

    Putin Ukraynanın tam işğalı üçün düyməyə basdı ...

    30-03-2014, 14:06

  • 
  • Putin Krımı Rusiyaya birləşdirən şəxsə vəzifə verdi

    Putin Krımı Rusiyaya birləşdirən şəxsə vəzifə ...

    3-02-2016, 12:25

  • 
  • “Putin dünyanı şantaj edir”

    “Putin dünyanı şantaj edir” ...

    29-04-2014, 10:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu