GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İlham Əliyevin İran səfərinin əsas məqsədi nə idi?

İlham Əliyevin İran səfərinin əsas məqsədi nə idi?

Tarix: 15-04-2014, 09:45 Bölmə :Manşet Baxış: 677
İlham Əliyevin İran səfərinin əsas məqsədi nə idi?
“Nabucco”nun “ikinci nəfəsi”

Türkiyə mətbuatı Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhani arasında aprelin 9-da keçirilmiş danışıqların nəticələrinə misilsiz maraq göstərdi. Türkiyənin aparıcı qəzetləri bu hadisəni “Mühüm görüş”, “ikitərəfli münasibətlərdə yeni mərhələ” adlandırırdı.
Şübhəsiz ki, Türkiyə jurnalistləri bu cür nəticələr çıxarmaqda haqlıdırlar və onların səfərə marağı, əsasən, iki gözə çarpan amillə şərtləndirilib. Birincisi, İlham Əliyevin səfəri Bakı və Tehran arasındakı siyasi əlaqələrdə uzun müddət davam edən “soyuq qış”dan sonra — o zaman hər iki ölkə lideri müxtəlif bəhanələrlə ikitərəfli səfərlərdən yayınırdı, hər iki tərəfdən olan rəsmilər isə bir-birini acılamaq imkanını əldən vermirdi — baş tutub. İkincisi, Türkiyədə belə hesab edirlər ki, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri iki rejim arasında əlaqələndirici körpü rolunu oynamışdır.
Nəzərə almaq lazımdır ki, Əliyevin səfəri liberal siyasətçi Həsən Ruhaninin 2013-cü ilin iyununda prezident seçkilərində qələbəsindən sonra İran və ABŞ arasında genişlənən dialoq və bu il yanvarın sonunda ABŞ-ın Tehrana qarşı iqtisadi sanksiyaları dondurduğu bir şəraitdə keçirdi. Tehran və Vaşinqton arasında başlanan məsləhətləşmələr — onların çərçivəsində mollalar rejimi sanksiyaların təsiri altında öz nüvə proqramının genişləndirilməsini dayandırdı və bir sıra güzəştlərə getdi, xüsusilə Suriya, İraq, Əfqanıstan məsələsində — İran və Azərbaycan arasında dialoq üçün yeni zəmin yaratdı.
Klerikal İranı qərbpərəst Azərbaycandan ayıran "suayrıcı", demək olar ki, arxada qalıb, belə ki, sionist sui-qəsdi haqqında özünün bütün ritorikasına baxmayaraq İran, praqmatik mülahizələrdən çıxış edərək, yeni bir dünya düzəninin formalaşması reallıqları ilə razılaşmağa məcburdur, 1991-ci ildə müstəqillik qazandığı andan etibarən Qərb məkanına inteqrasiya başlayan Azərbaycan isə artıq çoxdan bu gerçəkliklərlə yaşayır.
Daha da açıq desək, Ukrayna böhranı nöqteyi-nəzərindən İran indi Qərbin Rusiya siyasətində mühüm rol oynamağa başlayır . İcazə verilən gündəlik 1 milyon barel limitini 600 min barrel aşaraq Tehran Asiya bazarlarına neft təchizatını çoxaldır və bu həcmləri artırmağa hazırdır ki, bu da neft qiymətlərinin azalmasına gətirib çıxara bilər.
KİV-lər Əliyevin səfərinin iki mühüm aspektinə diqqət yetirir: onlar ABŞ və əlbəttə, bölgədə onun əsas müttəfiqi olan Türkiyənin maraqlı olduğu məqamlara toxunur. Bu, regional təhlükəsizlik və kooperasiya çərçivəsində siyasi, hərbi və iqtisadi əməkdaşlığın təmin edə biləcəyi sabitlikdir.
Bu kontekstdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun aprelin 14-də İrana edəcəyi səfərin və İran qazının Avropa bazarlarına nəqli haqqında bəyanatların mahiyyətini başa düşmək olar.
İran-Azərbaycan-Türkiyə qarşılıqlı əlaqələrinin energetika aspekti ölkələri həm regional, həm də subregional səviyyələrdə yaxınlaşdıran ən çox mümkün ola bilən obyekt və ya platformaya çevrilir. Təbii qaz ehtiyatlarına görə, İran Rusiyadan sonra ikinci dövlətdir. Düzdür, Rusiyadan fərqli olaraq, İran hələ bu xammalın beynəlxalq təchizatçısı səviyyəsinə yüksəlməyib, lakin həmişə Rusiyanın “qaz təsiri”nin real alternativi hesab edilib. Yeni rol oynamaq üçün İran Qərb şirkətlərini buna cəlb etməklə yeraltı sərvətlərin irimiqyaslı hasilatına, daxili və xarici infrastrukturun yaradılmasına başlamalıdır. İran müvəqqəti olaraq dayandırılmış Nabukko üçün Qətərdən sonra ikinci potensial qaz tədarükçüsü hesab olunduğundan, bu layihənin irəli çəkilməsi üzrə danışıqlar və işlərin Tehranın fəal iştirakı ilə intensivləşəcəyini gözləmək lazımdır. Nəzərə almaq gərəkdir ki, Avropa istiqamətində İran qazının onun öz sərhədlərində böyük təbii qaz habları (mərkəzləri), mövcud infrastruktur sistemləri baxımından, Türkiyə və Azərbaycandır və onlar Avropanın enerji təhlükəsizliyi siyasətində artıq mühüm rol oynamışlar.
Əgər 2004-cü ildə baş vermiş ilk Ukrayna böhran zamanı Qərb qazın Avropaya tədarükü marşrutlarının diversifikasiyasına nail ola və qazpaylayıcı şəbəkələr üzərində Rusiyanın inhisarına son qoya bilmişdisə, ikinci Ukrayna böhranı Rusiyanın qaz göndərişlərinin həcmi ilə müqayisə oluna bilən alternativ qaz tədarükü infrastrukturunun formalaşması üçün bir platforma yaradır. Bu təmayül çərçivəsində Ön Asiya bölgəsində transmilli maraqların həyata keçməsinə səmtləşdirilmiş regional və subregional layihələrlə dolaşdırılmış münasibətlərin gələcək sabitləşməsi konturlarını görmək olar.
E.Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə və İran prezidentləri görüşdü

    Türkiyə və İran prezidentləri görüşdü ...

    26-09-2013, 11:39

  • 
  • İlham Əliyev Həsən Ruhani ilə görüşdü

    İlham Əliyev Həsən Ruhani ilə görüşdü ...

    29-09-2014, 16:54

  • 
  • Həsən Ruhani yaxın aylarda Bakıya səfər edəcək

    Həsən Ruhani yaxın aylarda Bakıya səfər edəcək ...

    27-04-2016, 11:38

  • 
  • Prezident İlham Əliyevin İrana səfəri başa çatdı

    Prezident İlham Əliyevin İrana səfəri başa çatdı ...

    23-02-2016, 22:49

  • 
  • İlham Əliyevin Türkiyə səfərinin pərdəarxası - "Paralel qurum" yenidən gündəmdə

    İlham Əliyevin Türkiyə səfərinin pərdəarxası - ...

    14-01-2015, 16:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu