GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Siyasi falçılıq”, yoxsa dələduzluq?

“Siyasi falçılıq”, yoxsa dələduzluq?

Tarix: 15-04-2014, 10:38 Bölmə :Manşet Baxış: 1 020
“Siyasi falçılıq”, yoxsa dələduzluq?
Teleaparıcı İlham Mirzəyevin həbsində siyasi motivlər olduğu barədə məlumatlar dolaşır

Azərbaycan teleməkanının “ulduzlarından” biri olan, ekranlarda bir çox məşhurları “etiraf” etdirərək ağladan, fala baxan, rəml atan İlham Mirzəyev həbs olunub. Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə, yəni dələduzluqda ittiham edərək saxlayıb. Nərimanov rayon məhkəməsində İlham Mirzəyevə irəlli sürülmüş ittihamlarla bağlı 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Həbs xəbərini eşidən “etirafçı”nın məhkəmə zalında ürəyi gedib və ona təcili tibbi yardım göstərilib. Təbii ki, bir çox sənət sahələri ilə bahəm teleaparıcılıq da edən İ.Mirzəyev cəmiyyətdə az-çox tanınan isimlərdən biri olduğu üçün onun həbsi maraqla qarşılanıb. Amma, məsələni daha maraqlı edən digər bir nüans isə həbsdən dərhal sonra aparıcı ilə bağlı çox maraqlı informasiyaların yayılması oldu. Dələduzluq maddəsi ilə həbs olunan İ.Mirzəyevin cinayət işində hətta siyai motivlər belə tapıldı. Şairliklə, publisistliklə, psixoloqluqla, falçılıqla, alimliklə, aparıcılıqla, həkimliklə məşğul olan İ.Mirzəyev haqqında bir-birindən maraqlı məlumatlar üzə çıxır. İlk öncə onun ittiham olunduğu dələduzluq maddəsi barəsində ilginc faktlar aşkarlanıb.

“Fala baxıram, rəml atıram”

Tamaşaçılarına öz verilişlərində dindən, şəriətdən, imandan danışan aparıcı əslində insanların inamından istifadə etməklə fala baxmaqla, bəxt açmaqla, proqnozlar verməklə məşğul imiş. Bizim telekanallarımızın ucuz reytinq qazanmaq naminə falçıları, ekstrasensləri reklam etməsi çoxdanın təcrübəsidir. Bu gün sadəlövh insanların falçıların qapısı önündə növbəyə durmasında, aldadılmasında telekanalların günahı heç də az deyil. Elə bu “reytinq yarışında” İlham Mirzəyevin “Etiraf”ları da hər həftə evlərin çağırılmamış qonağı idi. Dininmizin ən günah əməllərdən sandığı falçılıq, gələcəkdən xəbər vermək kimi əməlləri camaata “sırıyan” telekanallar üçün İ.Mirzəyev əsl tapıntıdır. Beləcə həm kanal “qazanır”, həm də aparıcı. Arada isə avam camaat “İlhaMed”dən imdad ummağa sürüklənirdi. İnsanların “tale yolları”na baxmaq üçün o, Gənclik metrosunun yaxınlığında icarəyə götürdüyü 5 mərtəbəli ofisdən istifadə edib. Bildirilir ki, İ.Mirzəyevin bu nəhəng ofisində qəbuluna düşməyin qiyməti 1000 manatdan ucuz olmayıb. Amma, təbii ki, hər “xidmətin” qiyməti də fərqli imiş. Bəxti açılıb ərə getmək istəyənlər bir məbləğdə, çoxlu toy tutmaq istəyənlər isə başqa məbləğdə pul ödəməli olublar. İ.Mirzəyevin “müştəriləri” arasında studiyada qonağı olarkən ağlatdığı tanınmışların da sayı kifayət qədər olub. Onun həm də siyasilərin də bəxtini açmağa cəhd etdiyi haqqında informasiyalar var. Amma, “İlhaMed”ə üz tutanların arzuları çin olmasa da, çin-çin pulları əldən gedib. Bu gün iş işdən keçəndən sonra Səhiyyə Nazirliyi bildirir ki, onlar “İlhaMed”ə heç bir lisenziya verməyiblər. Bəs görəsən, bu qədər müddətdə şəhərin mərkəzində bu qanunsuz fəaliyyətə kimlər imkan yaradıblar? Dinimizin günah sandığı bir əməllə qazandığı pullarla Həcc ziyarətinə gedən “Münəccim”i (İ. Mirzəyevin belə bir verilişi də olub) ekranlarda axşam-sabah təbliğ edənlər əslində xalqı şüurlu şəkildə cəhalətə sürükləyirdilər. Məlumatlara görə, reklamı güclü olan İ.Mirzəyevin müştərilərinin çeşidi də müxtəlif olub. Onların arsında müasir tibbin müalicə etməsi mümkün olan xəstələr də var. Amma, “əcnəbilərin seyrə balonlarla çıxdığı” müasir dövrümüzdə hələ də İlham “həkimin” kiminsə lal dilini açacağına, şikəstlərə şəfa verəcəyinə, dəlini ağıllandıracağına təəssüf ki, inananlar var. Bildirilir ki, “İlhaMed” klinikasında 150-200 min manatlıq aparatlar var. Maraqlıdır ki, fala baxmaqla bu boyda bir klinikanı saxlamaq və belə bahalı avadanlıqları almaq necə mümkün olub? İ.Mirzəyevin Xırdalan ərazisində yerləşən “Tale yolları” şadlıq sarayının qiyməti isə miyonlarla ölçülür. Ümumiyyətlə, mətbuatda verilən məlumatlarda etirafçı aparıcının Bakıda bir neçə mənzilinin, Abşeronda bağlarının, kommersiya müəssisələrinin olduğu aşkar olunub. Rəsmi dövlət mətbuatında yer alan informasiyalarda bütün bunların İlham Mirzəyevin hansısa gizlin əlaqələri vasitəsilə əldə etməsinə dair eyhamlar vurulub.

Falçılıqdan böyük siyasətə gedən yol?

Ölkənin aparıcı kütləvi informasiya vasitələrində, iqtidar yönlü mətbu orqanlarda İlham Mirzəyevin həbsi ilə bağlı siyasi motivlər də səsləndirilməyə başlayıb. Hər halda bu həbs adi bir teleaparıcı, falçı həbsindən daha çox səs-küy doğurub. Və belə bir nəticə də çıxarmaq olar ki, məgər İ.Mirzəyevin falçılığı, klinikasının lisenziyasız fəaliyyəti indimi yada düşüb?! Onun qəflətən həbs olunması, obyektlərində yoxlamalar aparılması belə əsas verir ki, bu həbsin arxasında daha mühüm amillər durur. Falçılıqdan böyük siyasətə gedən yol haqqında artıq bəzi detallar da səsləndirilir. İqtidar yönlü mətbuatda İlham Mirzəyevin Abbas Abbasovla, Telman İsmayılovla əlaqələri barəsində ittihamlar yer alıb. Bildirilir ki, aparıcının belə böyük biznes şəbəkəsinin formalaşdırılmasında, uzun müddət gündəmdə saxlanılmasında adı çəkilən şəxslərin əməyi az deyil. Bu barədə “Xalq qəzeti”nin yazarı İttifaq Mirzəbəylinin Facebook səhifəsində məlumat verilib. Yazar bildirir ki, İlham Mirzəyevi yerində saxlayan adamlardan biri ötən ilki prezident seçkilərindən əvvəl Moskvadan İstanbula gələrək Azərbaycanda siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib. İndi isə həmin məsələnin detalları araşdırılır.
Aparıcının həbsindən sonra məhz həmin ərəfədə onun Türkiyədə-Antaliya və İstanbulda dincəldiyi üzə çıxıb. İlham Mirzəyev qalmaqallı “istirahət turu”nda Antaliyada AST Telmana məxsus olan “Mardan Palace”-da 10 gün dincəlib və otelin sahibindən (T. İsmayılov) qiymətli hədiyyələr alıb. İ.Mirzəyev səfərindən sonra verdiyi açıqlamada T.İsmayılov tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu və “dünyanın dörd bir yanından gələn azərbaycanlılarla görüşlərinin təşkil olunduğunu” bildirib. Bu səfərdə AST Telman İ.Mirzəyevdən öz səxavətini əsirgəməyib. Teleaparıcıya qızıl və gümüşlə işlənmiş müqəddəs Quran kitabı və hündürlüyü 40 sm, eni 20 sm ölçülü, qızıl əqrəbinin çəkisi 500 qr olan “Mardan Palace” leybi bağışlanılıb. Məsələni ciddiləşdirən əsas səbəb isə İlham Mirzəyevin Antaliyada dincəldiyi və qiymətli hədiyyələr aldığı zaman Abbas Abbasov və Telman İsmayılovun həmin məkanda görüşməsi və Azərbaycanda siyasi vəziyyətə müdaxilə etmək planları müzakirə etdikləri barədə səsləndirilən ittihamlardır. Hətta bəzi məlumatlarda aprıcının da həmin görüşlərdə iştirak etdiyi və indiyə qədər adları çəkilən şəxslər tərəfindən himayə olunduğu bildirilir. Bu ərəfədə məlum olub ki, İlham Mirzəyev aparıcısı olduğu “Space” kanalında heç də arzulanan şəxs olmayıb, sadəcə kanal rəhbərliyi onu efirdən “uzaqlaşdıra bilməyib”. Bunu İlham Mirzəyevin xüsusi şəxslər tərəfindən himayə olunması ilə əlaqələndirirlər. Hər halda bütün söylənilənlərə yəqin ki, yaxın günlərdə istintaq orqanları açıqlama verəcək. Amma, hər halda bu həbsin dələduzluqdan daha çox “siyasi dəcəlliklə” bağlı olduğu görünür.
NICAT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Mirzəyevin həbsində şok isim

    İlham Mirzəyevin həbsində şok isim ...

    15-04-2014, 10:47

  • 
  • Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - İNANILMAZ FAYDALARI

    Şaftalı çəyirdəyini qırın, toxumunu əzin və... - ...

    25-07-2016, 23:58

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Dələduzluqda təqsirləndirilən aparıcı həbs edilib

    Dələduzluqda təqsirləndirilən aparıcı həbs edilib ...

    15-05-2014, 16:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu