GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanda nurçular ilk dəfə necə kök saldılar?

Azərbaycanda nurçular ilk dəfə necə kök saldılar?

Tarix: 18-04-2014, 09:47 Bölmə :Manşet Baxış: 948
Azərbaycanda nurçular ilk dəfə necə kök saldılar?
Milli Azadlıq Hərəkatı dönəminin ilk illərində onları Bakıya kim gətirdi?

“Gülən camaatı” üzvlərinin Azərbaycana ilk gəlişi nə vaxta təsadüf edir? Onların Azərbaycanla birbaşa təmasları nə vaxtdan başlayıb? Ölkəmizə gələn ilk nurçular kimlər olub?
Bu yazıda “Gülən camaatı”nın Azərbaycana gələn ilk üzvləri, gəldikləri ilk gündən ölkədə gördükləri işlər, “camaat”a bağlı olan müəssisələrin necə fəaliyyət göstərməyə başlaması haqda məlumat verəcəyik. Bu yazı “Gülən camaatı”nın 160-dan çox ölkədə açılan liseylərinin fəaliyyəti, həmin ölkələrə dərs deməyə gedən müəllimlərin həyat hekayələrinin yer aldığı “Yeşeren ümidlər” verilişi əsasında hazırlanıb. “Samanyolu” TV-nin hazırladığı bu verilişin ilk hissəsində - Azərbaycanla bağlı olan 5 bölümlük hissəsində “hizmət” adı ilə başladılan “camaat” hərəkatının ölkəmizdə gördüyü işlər haqda məlumatlar yer alır.
1990-cı il, yanvarın 10-da aralarında Sadetdin Başar, Mehmet Tanrısevər, Sadetdin Kültürel, Cahid Dəyərli, Muammer Türkyılmaz, Halit Esendir, Mehmet Şefki Erol və digərləri olan 11 nəfərlik qrup Türkiyədən avtomobillə yola çıxaraq Azərbaycana doğru yola düşürlər.
Onlar əvvəlcə Batumiyə, sonra isə Tiflisə gəlirlər. Gürcüstandan keçərək Azərbaycana gəlməyi planlaşdıran bu qrup yanvarın 11-də Gürcüstan ərazisinə daxil olur. Onlar bir həftəlik viza alırlar. Azərbaycanın Gürcüstanla sərhəddinə çatırlar. 11 nəfərdən 6-sı Gürcüstanda qalır, 5-i isə Azərbaycana gəlir. Onları Azərbaycanın Qazax rayonunda azərbaycanlı əsgərlər qarşılayır.
Qrup üzvləri sərhəddə Xalq Cəbhəsi hərəkatının nümayəndələri ilə görüşür və onların köməyi ilə Gəncəyə gəlirlər. Xalq Cəbhəsi hərəkatının üzvləri türkiyəliləri döyüş gedən sərhəddə gətirirlər. 5 nəfərlik qrupa azərbaycanlıların ələ keçirdikləri tankları göstərir, onları çoxsaylı yaralıların yerləşdirildiyi xəstəxanaya aparırlar. Oradan da Bakıya gəlirlər. Gəncədən Bakıya gələrkən yol üstündə olan rayonlarda, kəndlərdə yerli camaatla görüşə-görüşə sovet ordusunun əsarətində olan Bakıya çatırlar. Lakin heç bir oteldə onlara yer verilmir. Köhnə “Bakı” mehmanxanası da daxil olmaqla heç bir otel onları məhz türkiyəli olduqları üçün qəbul etmir.
Türkiyəlilər Bakıda olan məscidlərdən birinə namaz qılmağa gedirlər. Həmin məscidin imamı onları qəbul edir.
Qrup üzvləri Bakıdakı vəziyyətlə, insanların yaşayış şəraiti, ölkədəki iqtisadi-siyasi durumla tanış olduqdan sonra yanvarın 17-də yenidən Gəncəyə qayıdırlar. Gəncədə yerli camaat tərəfindən böyük izdihamla qarşılanırlar. Buradan Gürcüstana keçir, oradan isə Türkiyəyə yola düşürlər.
11 nəfərlik qrup 1990-cı il, yanvarın 19-da Fətullah Gülən və “camaat”ın üzvləri ilə görüşürlər. Azərbaycanda olan 5 nəfərlik qrupun üzvləri gördüklərini, eşitdiklərini, yerli camaatla ünsiyyətdə olarkən gəldikləri nəticəni F.Gülənin də iştirak etdiyi söhbətdə “camaat”a çatdırırlar.
Azərbaycandan gələnlərin danışdıqlarından sonra F.Gülən “camaat” üzvlərinin mütləq Azərbaycana getməli olduqlarını deyir, bu dar gündə azəri qardaşlarının yanında olmağı onlara məsləhət görür.
Bu söhbətin səhəri - 20 yanvarda Azərbaycanda Qızıl ordu tərəfindən qətliam törədilir, dinc insanlar qətlə yetirilir. Həmin gün İzmirdə məscidlərin birində xütbə oxuyan F.Gülən “camaat”a səslənərək Azərbaycanda cənazəsi qaldırılmamış, qanı qurumamış şəhidlərin bu insanların yardımına ehtiyacı olduğunu söyləyir. Bu ərəfədə “Zaman” qəzeti Azərbaycana Yılmaz Polad adlı müxbirini və bir neçə əməkdaşını göndərir. Onlar 20 yanvar hadisələri və Azərbaycanda baş verənlərlə bağlı qəzetdə yazılar yazırlar. “Zaman” qəzetindən gələn bu şəxslər o zamankı baş nazir Həsən Həsənovla görüşür. H.Həsənov “Zaman” qəzetindən gələn türkiyəli jurnalistlərə Azərbaycanda ilk dəfə olaraq zamin durur və 1990-cı ilin əvvəllərində qəzetin Azərbaycanda ilk bürosu açılır. Beləliklə, “Zaman” qəzetinin əməkdaşları Azərbaycanda rəsmi səviyyədə dəstək alaraq çalışmağa başlayan ilk xarici mətbuat nümayəndələri olurlar.
Təhsil xətti ilə atılan bu addımlar Azərbaycanla Türkiyə arasında çətin bir vaxtda görülən ən önəmli iş kimi qiymətləndirilir. “Gülən camaatı” Azərbaycana gələn bu şəxləri “adanmış (yəni bir məqsəd uğrunda özlərini fəda etməyə hazır olan şəxslər) insanlar” deyə adlandırır. “Camaat”ın üz tutduğu növbəti istiqamət vəziyyəti Bakıdan da çətin olan Naxçıvan olur. O zaman Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev idi. “Zaman” qəzetinin baş direktoru İlham İşbilənlə əlaqə saxlayan Heydər Əliyev onlarla görüşmək istədiyini bildirir. “Zaman” qəzetinin Şərqi Anadolu təmsilçisi Ali Bayram və Naxçıvan Ali Məclisinin üzvləri Türkiyə-Azərbaycan sərhəddində görüşürlər.
Ali Bayramın dediklərinə görə, onlarla görüşən naxçıvanlılar Heydər Əliyevin salamını çatdıraraq Türkiyədən dəstək gözlədiklərini deyirlər. Danışıqlardan sonra Türkiyədən ərzaq, dərman, geyim və başqa ləvazimatlardan ibarət yardımın Naxçıvana göndərilməsi üçün Türkiyəyə xəbər göndərilir. Lakin bu yardımın Naxçıvana çatması üçün Türkiyə ilə sərhəddə olan “Həsrət körpüsü”nün açılması gərək idi.
Azərbaycanda nurçular ilk dəfə necə kök saldılar?
Başda Heydər Əliyev olmaqla Naxçıvandan gələn minlərlə insan bu körpünün üzərində toplaşır.
“Gülən camaatı”nın üzvlərindən Ali Bayramın sözlərinə görə, körpünü ilk keçən şəxs Heydər Əliyev azərbaycanlıların Türkiyə ərazisnə keçməsinə icazə verməyən, onların qarşısını süngü ilə alan türk əsgərlərinin komandirinə yaxınlaşaraq deyir: “Biz 70 ildir bu süngü ilə mübarizə aparırıq. İndi bizi öz qardaşımızın süngüsümü qorxudacaq? Bu insanlar 20 gündür yata bilmir. Həyəcanla bu günü gözləyirlər. Tək məqsədləri Anadolu torpağına ayaq basmaq, bu torpağı öpüb geri qaytımaqdır”. “Həsrət körpüsü” adlandırılan Sədərək-Dilucu körpüsü 1992-ci il, may ayının 28-də prezident Turqut Özalın və Heydər Əliyevin təşəbbüsü ilə açılır. Körpünün açılışında baş nazir Süleyman Dəmirəl və Heydər Əliyev də iştirak edir.
Bundan sonra iki ölkə arasında tələbə mübadiləsi genişlənməyə başlayır. Hər il Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə təhsil almaq üçün tələbələr göndərilir. Azərbaycandan Türkiyəyə göndərilən 25 tələbədən sonra “Gülən camaatı”nın 36 tələbə və 8 müəllimdən ibarət üzvləri Bakıya gəlir. Bu qrup 1991-ci il, noyabrın 15-də Bakıya çatır.
Əvvəlcədən gələn “camaat” üzvlərinin dəstəyi ilə Azərbaycan Təhsil Nazirliyi ilə danışıqlar aparılır. Təhsil Nazirliyi bu tələbələrin yerləşdirilməsi üçün yataqxanada yer təşkil edir. O zaman “Parti şkola” (Ali Partiya Məktəbi) adlanan binada həmin tələbələrə yer verilir.
Bu ərəfələrdə Azərbaycana gələn “camaat” üzvləri arasında Ahmet Öksüz, Ahmet Salih Güren, Mehmet Durmuş, Şükrü Yıldız, Murat Erkan, Zəfər Yalçın, Muaz Menekşe, Mustafa Atalay (rəhmətə gedib), Halil İbrahim, Necmi Aydın, Kemal Dadaşoğlu, ilahiyyatçı Reşit Haylamaz, Abdulkadir Erdur, Mövlud Turan, Faruk Güllü və başqaları olur.
Bu şəxslərin əksəriyyəti fəaliyyətlərini indi iş adamları kimi dünyanın müxtəlif ölkələrində davam etdirirlər.
1992-ci ildə Ərzurumda buraxılan “Zaman” qəzeti ilk dəfə Naxçıvana göndərilir. Zaman keçdikcə fəaliyyətlərini genişləndirən “camaat” üzvləri Türkiyədən gələn tələbələri Bakının ətraf rayon və şəhərlərinə göndərirlər.
“Gülən camaatı”nın üzvü Mehmet Selim 1992-ci ilin aprel ayında Balakən rayonunda düşdüyü avtomobil qəzasında həlak olur. M.Selim “adanmış insanların” ilk şəhidi kimi bilinir. Türkiyədə dəfn edilən M.Selimin dəfn mərasimində Fətullah Gülən də iştirak edir. 1993-cü ildə “camaat” üzvləri “Parti şkola”dan yavaş-yavaş ayrılaraq kirayə mənzillərə köçürlər. Mərkəz olaraq isə “Neftçilər” metrosunun yaxınlığındakı ev seçilir. “Camaat”a məxsus “Araz kursları” ilk dəfə 1991-ci ilin dekabrında açılır. Universitetə hazırlıq kursuna 100-ə qədər şagird cəlb olunur.
1991-ci ilin dekabr ayından “Gülən camaatı”na məxsus məktəblərin açılmasına geniş şəkildə start verilir. Məktəblərin açılması üçün maddi dəstək Türkiyədən, “camaat” üzvləri tərəfindən göndərilir. “Camaat”a məxsus ilk lisey Naxçıvanda, Sumqayıtda və Bakıda açılır.
1992-ci ildə Türkiyədən Azərbaycana gələn iş adamlarının da sayı artır. Ailəsi ilə Azərbaycana köçən ikinci “Gülən camaatı” üzvü Ali Osman Uysal olur. 1994-cü il, dekabrın 16-da Azərbaycanda Türk İş Adamları Cəmiyyəti (indiki TÜSİAB) yaradılır.
Fethin Kazancı və Faik Başoğlu adlı iş adamları da Bakıya gəlir. “Camaat”dan olan iş adamları Azərbaycana gələndə ilk olaraq Türk İş Adamları Cəmiyyətinə üzv olurlar.
1993-cü ildə Azərbaycanda ilk dəfə olaraq xarici televiziya kanalı açılır. “Camaat”a məxsus olan “Zaman” TV ilk dəfə yayıma çıxır. Telestudiyanın binasında bir neçə otaq icarəyə götürülür. Bu kanal həftədə cəmi 4 saat efir çıxır.
“Gülən camaatı”nın Azərbaycanda aktivləşməyə başladığı zamanlarda prezident Turqut Özal 1993-cü ilin aprel ayında Azərbaycana gəlir. “Gülən camaatı”nın Azərbaycanda olan üzvlərindən tələbə Ahmet Salih Güren Turqut Özalla görüşməyə imkan tapır. Heydər Əliyevlə Turqut Özal onları qarşılayan insanları salamlayarkən A.S.Güren özünü Turqut Özalın qarşısına atır və Azərbaycanda oxumağa gəldiklərini, böyükləri Fətullah Gülən tərəfindən göndərildiklərini deyir.
Onun sözlərinə görə, T.Özal belə cavab verir: “Başqa cür mümkün deyildi ki... Mən sizi burada ziyarətə gəlmişəm”.
Ahmet Salih Gürenin dediyinə görə, Turqut Özal orada Heydər Əliyevə “Bu uşaqlara sahib çıxın. Bunlardan sizə zərər gəlməz” deyir.
1993-cü ildə açılan Naxçıvan, Sumqayıt və Bakı liseylərindən sonra Əlibayramlı (indiki Şirvan-red.), Dədə Qorqud, Ağdaş, Mingəçevir, Quba və Lənkəran türk liseyləri, Naxçıvanda isə Şərur və Ordubad qız liseyləri açılır.
1993-cü ildə Bakıda köhnə binaların birində Qafqaz Universitetinin açılması üçün işlər görülür. Azərbaycanda Qafqaz Universitetinin açılması üçün “Gülən camaatı”nın Azərbaycana gələn ilk üzvlərindən Ali Bayram prezident Heydər Əliyevlə görüşür və universitet tikmək üçün onlara yer ayırılmasını xahiş edir. Heydər Əliyev onlara indiki Qafqaz Universitetinin yerləşdiyi Xırdalan şəhəri ərazisində 200 hektar yer verir. Universitetin binalarının təməlatma mərasimlərində prezidentlər Heydər Əliyev və Abdullah Gül də iştirak edir. Beləliklə, Azərbaycanda ilk xarici təhsil verən ali məktəb “Gülən camaatı” tərəfindən açılır.
“Camaat”a məxsus liseylərin şagirdləri 1994-cü ildə Bolqarıstanda keçirilmiş beynəlxalq olimpiadada iştirak edərək 4 qızıl medal qazanırlar. Bir ilkə imza atan bu liseylər bunun sayəsində öz reklamlarını da geniş şəkildə apara bilirlər. Bu hadisənin mətbuatda geniş şəkildə yer alması liseylərin daha da tanınmasına şərait yaradır.
Bundan sonra liseylərin fəaliyyəti genişlənməyə başlayır. Hazırda Azərbaycanda “Fətullah Gülən camaatı”na məxsus 12 lisey, bir gimnaziya, Qafqaz Universiteti və Azərbaycanın 10 müxtəlif şəhər və rayon mərkəzlərində - paytaxt Bakıda Xətai, Sabunçu, Nərimanov, bölgələrdə olan Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Şamaxı və Qax “Araz kursları” fəliyyət göstərir. Adlarını qeyd etdiyimiz müəssisələr “Çağ Öyrətim İşlətmələri”nə aiddir. Rəhbəri isə Ənvər Özerendir. Yalnız Naxçıvanda fəaliyyət göstərən 3 lisey “Zaman” öyrətim şirkətinə daxildir.
Seymur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gülən camaatı” terrorçu elan olunacaq

    “Gülən camaatı” terrorçu elan olunacaq ...

    13-10-2014, 15:01

  • 
  • Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa Çağırdı

    Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa ...

    17-02-2014, 12:55

  • 
  • Əməliyyatların arxasında Gülən durur - Dünya mətbuatı

    Əməliyyatların arxasında Gülən durur - Dünya ...

    19-12-2013, 21:21

  • 
  • Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur

    Türkiyədə qiyamın arxasında Fətulla Gülən durur ...

    16-07-2016, 03:27

  • 
  • “Gülən camaatı”nın Bakıdakı fəaliyyəti “Wikileaks”də- Səfirin məxfi məktubu

    “Gülən camaatı”nın Bakıdakı fəaliyyəti ...

    24-02-2014, 23:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu