GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rusiyanın Azərbaycanda “beşinci kolonu” kimlərdir?

Rusiyanın Azərbaycanda “beşinci kolonu” kimlərdir?

Tarix: 18-04-2014, 09:56 Bölmə :Manşet Baxış: 988
Rusiyanın Azərbaycanda “beşinci kolonu” kimlərdir?
Cənubi Qafqazda nə baş verir?

Deyəsən, tarix təkrarlanır. XXI əsrin başlanğıcı nədənsə XX əsrin əvvəllərini xatırladır. Yenə də dünya savaş ab-havasındadır, böyük güclər üz-üzə durublar. Rusiyadan imperiya küləkləri əsir, Putin yeni əsrin yeni Lenini olmaq ərəfəsindədir. İndi ən böyük təhlükə keçmiş müstəmləkə respublikalarının başının üstünü alıb. SSRİ-nin dağılmasından sonra zəif duruma düşən Rusiya yenidən güclənərək öz köhnə qüdrətini bərpa etmək istəyir. İmperiyanın dağılmasından 23 il keçməsinə baxmayaraq, Kreml ideologiyası hələ də beyinlərdən silinməyib. Hələ də özünü Moskvanın pioneri, komsomolçusu hesab edən xeyli həmvətənimiz var ki, gecələr yuxuda Kommunist partiyasının plenumlarını görür, səhərə qədər uzun sürən sürəkli alqışlarla əl çalır. Azərbaycanda Moskva nisgili ilə yaşayan çoxsaylı insanlar üçün ölkənin müstəqilliyi əhəmiyyətli deyil, belələri öz hakimiyyət ambisiyalarını hər şeydən üstün tuturlar. Elə ötən əsrin iyirminci illərində də belə olmuşdu. Milli respublikaya qarşı çıxan, bolşeviklərin maraqlarına xidmət edən “milli komunistlər”imiz hətta ermənilərlə işbirliyinə belə getmiş, daşnakların soyqırım siyasətində iştirak etmişdilər. 23 aylıq müstəqillik dönəmində Rusiyanın əlaltıları fürsət düşdükcə pozuculuq, təxribat əməlləri törətmiş, istər parlamentdə, istərsə də hökumət daxilində Rusiyanın maraqlarını təmin etmişdilər. İndi 23 illik müstəqillik dövründə də aktiv fəaliyyət göstərməsələr də, Moskvanın Azərbaycanda kifayət qədər dayaqları var. Onlar bütün sahələrdə mövcuddur - iqtidarda da, müxalifətdə də. Sadəcə münbit şərait yaranmadığı üçün hələ ki, gözləmə mövqeyində dayanaraq Kremlin komandasını gözləyirlər.
Müstəqilliyimizə xəyanət edərək Leninin işğal siyasətinə xidmət edən yerli bolşeviklərin “hədiyyəsini” Sovet dövləti vaxtında vermişdi. Stalin repressiyalarının ən böyük qurbanları elə bolşevizmin Azərbaycanda yayılmasına xidmət edən insanlar oldu. Övladlarının adlarını Leninin şərəfinə Vladlen qoyanlar ən dəhşətli üsullarla cəzalandırıldılar, sürgün olundular, güllələndilər. Çünki, Moskva Azərbaycanda məqsədlərinə nail olandan sonra daha “ərköyün” bolşeviklərə ehtiyac duymurdu. Odur ki, vaxtı keçmiş köhnə qvardiya ilə vidalaşmaq daha məqsədə uyğun sayılırdı. Tarixin ironiyası onda idi ki, bolşevizmin təntənəsi üçün hər şeydən keçən Moskva kölələri sonralar əksinqilabi fəaliyyətdə günahlandırılaraq məhv olundular.
Sovet imperiyası dağılan zaman Rusiya Azərbaycanda mövcud olan eloktoratını qorumaq üçün xüsusi tədbirlər gördü. Məfkurəsində Kremlin ideologiyası əsas olan insanlar müxtəlif vasitələrlə bütün strukturlara “paylaşdırıldı”. Rusiyanın “beşinci kolonu” Azərbaycanda həmişə olub - aktiv və ya passiv durumda. Onlar yeri gəldikdə müstəqilliyin ən fəal müdafiəçisi olur, lazım olduqda müxalifətin döyünən ürəyi, uyğun zamanda iqtidarın vuran əlinə çevrilirlər. Həmin şəxslərin hamısı Rusiyanın nəzarəti altındadır, fəal şəkildə təlimatlandırılır, fəaliyyət strategiyaları planlaşdırılır. Xüsusilə, Ukrayna böhranının yaranması ilə dünyaya meydan oxuyan Rusiya özünün “beşinci kolonunu” səfərbərliyə alıb. Keçmiş SSRİ-ni bərpa etmək istəyini gizlətməyən Putin artıq Azərbaycanda da aktiv fəaliyyətə keçib. Müxtəlif şəxslər vasitəsilə səsləndirilən bəyanatlar cəmiyyətin nəbzini tutmağa hesablanıb. Bu yolla Rusiya Azərbaycanın ictimai rəyini tədricən özünə uyğun gələn formaya salmağı hədəfləyir. Kreml Cənubi Qafqaz regionunda fəal hərəkətə keçərsə, yeni bolşeviklər dərhal fəallaşacaqlar. Təsadüfi deyil ki, Krımın işğalı zamanı Azərbaycandan Putinə dəstək bəyanatları səslənməyə başlandı. Müasir dövrümüzün nərimanovları, Həmid Sultanovları, musabəyovları təşkilatlanırlar. İqtidarla iqtidar, müxalifətlə müxalifət olan Kreml əlaltıları səbirsizliklə 11-ci Qızıl ordunun gəlişini gözləyirlər. Ölkənin təhlükəsizlik orqanlarında, hərbi qüvvələrində, polis sistemində siqnal gözləyən pavlik morozovlar üçün Putinin bir işarəsi kifayətdir. Kim təminat verə bilər ki, sabah Azərbaycan parlamentində Kreml mandatını daşıyanlar ortaya çıxmayacaq? Bu gün Azərbaycanın yarısından çoxu rus pulu ilə dolanır. Moskva istənilən an miqrantlar məsələsini gündəmə gətirməklə Azərbaycana təzyiq edir. Rusiya üçün bazarlarında alver edən həmvətənlərimiz də xüsusi önəm daşıyır. Onlar da beşinci kolonun mühüm tərkib hissəsi olmaqla Rusiyanın mühüm təsir mexanizmidir. Rusiyanın imperiya ambisiyalarını reallaşdırmasında istifadə etdiyi vasitələrdən biri də etnik münaqişələrdir. Rusiya fəallaşan kimi ölkənin müxtəlif etnik azlıqları arasında siyasi fəallıq müşahidə olunur. Elə son dövrlərdə Azərbaycanda müxtəlif etnik azlıqların hüquqlarının tapdalanması haqqında cəfəng bəyanatlar səsləndirilməsi də təsadüfi deyil. Rusiyada radikal dini qruplaşmalarda təmsil olunan xeyli sayda “mömin tərəfdarları” da az deyil. Beşinci kolonun içərisində xüsusi yeri olan “əhli Kreml” lazım olduğu təqdirdə Rusiyanın Azərbaycanı vurması üçün ən zəif nöqtədən hərəkətə keçməyə hazırdır. Azərbaycanda dini cərəyanların içərisində Rusiyadan maliyyələşən, təlimatlandırılan xüsusi qruplar mövcuddur və onlar komanda verilən kimi sabitliyin pozulması üçün öz “töhfələrini”verməyə hazırdırlar. Pyotrun vəsiyyət etdiyi dini qarşıdurma yaratmaq siyasəti Rusiya üçün hər zaman mühüm kart olaraq əhəmiyyətini saxlayır.
Bu gün Azərbaycanda “Vətən haradan başlayır” sualına “Vətən Kremldən başlayır” cavabını verənlər kifayət qədərdir. Ölkədə hökm sürən korrupsiya, rüşvət ab-havası onlara yetərincə arqumentlər qazandırır. Ukraynada işğalçılıq siyasətini reallaşdıran Rusiyanın təbliğat maşınının ən çox qabartdığı məsələ məhz insanların məmur oliqarxların əməllərindən narazılıq etməsidir. Sabah Azərbaycanda eyni ssenarini işə salmaq üçün Rusiyanın əlində kifayət qədər arqumentlər var. Leninin “fəhlə-kəndli” siyasətini davam etdirmək üçün sosial narazılıq dalğası yaratmaq bu işin ustası olan Moskva texnoloqları üçün çətin deyil. Sosial narazılq yaradan məmurların Rusiya maraqlarına xidmət etmədiyinə kim qrantiya verə bilər? Belə nəticəyə gəlmək olar ki, hökumət daxilində də beşinci kolona xidmət edənlərin sayı az deyil.
Azadlıq hər bir xalqın hüququdur. Lakin, öz hakimiyyət ambisiyalarını həyata keçirmək istəyən qüvvələr hər zaman olub və oplacaq. Rusiyanın işğalçılıq siyasətinin kölgəsində maraqlarını təmin etməyə çalışan beşinci kolon Azərbaycan üçün indi hər zamankından daha təhlükəlidir. Özünüzü beşinci kolonun təkəri olmaqdan qoruyun! Tarix belə səhvləri bağışlamır.
NICAT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Biz SSRİ-ni bərpa etmək istəmirik”

    “Biz SSRİ-ni bərpa etmək istəmirik” ...

    25-05-2014, 13:14

  • 
  • Putin üçün 1 May sıradan bir may olmadı

    Putin üçün 1 May sıradan bir may olmadı ...

    4-05-2014, 11:09

  • 
  • Putin III Dünya müharibəsinə başlamaq istəyir

    Putin III Dünya müharibəsinə başlamaq istəyir ...

    11-04-2014, 10:47

  • 
  • 80 ilə dünya su altında qalacaq

    80 ilə dünya su altında qalacaq ...

    29-11-2014, 21:38

  • 
  • Kim kimin “beşinci kalonudur”?

    Kim kimin “beşinci kalonudur”? ...

    9-05-2014, 12:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (62)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu