MHP sədri Dövlət Baxçalı hökuməti və baş nazir Rəcəb Tayyib Ərdoğanı tənqid edib
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup iclasında hökuməti və baş nazir Rəcəb Tayyib Ərdoğanı kəskin tənqid edib. Xüsusilə Ərdoğanın qondarma erməni “soyqırımı” barədə bəyanatından danışan Baxçalı, dövlətin acınacaqlı hala düşdüyünü deyib. “Baş nazir Ərdoğan, ermənilərin o dövrdə yaşadıqları acıların xatirələrini yada salmalarını anlamağın və paylaşmağın humanist bir vəzifə olduğunu deyir. Haqsız yerə, günahsız yerə kim ölsə kədərlənmək təbii olaraq humanizmdir. Amma qondarma “soyqırımı” iddialarından silah kimi istifadə edən, beynəlxalq arenada illərdir əleyhimizə lobbiçilik fəaliyyəti aparan hansı erməninin, hansı Ermənistan rəsmisinin müsəlman türk millətinin acılarını paylaşdığı eşidilib? İstanbulda, “hamımız erməniyik” – demək haqdır da, İrəvanda, “hamımız türkük!” – demək niyə imkansız və xəyallardan uzaqdır?” Çıxışında, o dövrdə Anadoluda qətlə yetirilən türklər, süngülənən körpələr və erməni quldurlar tərəfindən zorlamaya məruz qalan qadınlar barədə rəqəmləri açıqlayan Baxçalı ermənilərin İrəvanda Türkiyə bayrağını yandırmağını da xatırladıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?