GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ziya Məmmədovun “X günü” planı

Ziya Məmmədovun “X günü” planı

Tarix: 1-05-2014, 10:26 Bölmə :Manşet Baxış: 857
Ziya Məmmədovun “X günü” planı
Nəqliyyat nazirinin gələcək siyasi hədəfləri hakimiyyətə yiyələnməkdir

Hakimiyyət elitasında təmsil olunan, illərdir vəzifə kürsüsündə yaşlanaraq sonsuz var dövlət sahibinə çevrilən bəzi məmurlar artıq iqtidar üçün baş bəlasına dönərək addımbaşı problemlər yaradırlar. Son zamanlar Azərbaycanda yüksək mövqe tutan məmurların bir çox xarici qüvvələrlə iş birliyində olması, dini-siyasi hərəkatlara, cərəyanlara himayədarlıq etməsi əsas müzakirə mövzularından biridir. Heç kimə sirr deyil ki, ölkəmiz müxtəlif güclərin maraqlarının toqquşduğu mühüm geosiyasi əhəmiyyətə malik bölgədə yerləşir. Maraqlı qüvvələr Azərbaycanda möhkəmlənmək üçün təşkilatlanır, bir sıra dövlət məmurları ilə əlaqə yaratmaqla planlarını həyata keçirirlər. Təsadüfi deyil ki, iqtidarın ən üst düzənində yer alan məmur-oliqarxlar da belə güclərlə əlaqələr qurmaqdan çəkinməyib, bir çox hallarda onlara himayədarlıq ediblər. Bütün bunlar isə təkcə biznes əlaqələri ilə kifayətlənməyib. Ortada konkret siyasi hədəflər və iddialar var. İqtidar düşərgəsində uzun illər qüvvətlənən, böyük biznes şəbəkələrinə malik olan iri məmur oliqarxlar içərisində hakimiyyət ambisiyaları güclənən, konkret siyasi maraqlar güdən qüvvələr meydana gəlib. Belə qüvvələr özlərini Azərbaycanın gələcək siyasi hakimiyyətinin iddiaçıları hesab edir, bütün planlarını və addımlarını bu istiqamətdə qururlar.
Ziya Məmmədovun “X günü” planı
İqtidar komandasında güclü rıçaqlara malik olan, ölkənin ən güclü məmur-oliqarxlarından birinə çevrilən nəqliyyat naziri Ziya Məmmədovun adı son dövrlər müxtəlif siyasi qalmaqallardan düşmür. Türkiyədə başlanan anti-nur kompaniyasının Azərbaycanda da geniş əks səda doğurması Z. Məmmədovun da personasını yenidən diqqətə gətirdi. Fətulla Gülən tərəfdarları ilə əlaqədə ittiham olunan məmurların adları mediyada tirajlananda nəqliyyat nazirinin də adı “unudulmadı”. Araşdırmalar nəticəsində məlum oldu ki, nazirin yaxın çevrəsində uzun illərdir ki, nurçular çox rahat şəkildə düşərgə salaraq fəaliyyət göstəriblər. Belələri Nəqliyyat Nazirliyində müxtəlif yüksək postlarda təmsil olunub, vəzifələrdə yerləşdiriliblər. Hətta nazirin oğlu Anar Məmmədovun da nurçularla əlaqəsi təsdiqini tapdı, onun Amerikada həyata keçirdiyi bir çox layihələri məhz hizmətçilər vasitəsilə reallaşdırdığı məlum oldu. Ziya Məmmədovun son zamanlarda atdığı addımlara nəzər saldıqda onun fəaliyyət planının gələcəyə hesablanmış sırf siyasi məqsədlər daşıdığını görmək olar. Məlumdur ki, nəqliyyat nazirinin adı həmişə Baş nazir postuna iddialılar içərisində yer alıb. Onun bu istiqamətdə həmişə çaba sərf etdiyi də bildirilir. Lakin, regionda baş verən son böhranlı hadisələrdən sonra nəqliyyat nazirinin siyasi iddiaları daha da böyüyüb. Ziya Məmmədovun bu gün qurduğu planlar, atdığı addımlar gələcəkdə Azərbaycanda siyasi hakimiyyətə sahiblənməyə hesablanıb. O, “X günü” planını reallaşdırmaq üçün müxtəlif variantlar üzərində işləyir, xüsusilə beynəlxalq miqyasda özünə dayaqlar yaradır. Azərbaycanın dünyada tanıtımı adı ilə təqdim olunan bu lobbiçilik fəaliyyəti, əslində gələcək siyasi hakimiyyətə gedən yolun ilk mərhələləridir.
Qərb ölkələri, xüsusilə Amerikanın müxtəlif siyasi dairələri ilə sıcaq əlaqələr yaratmaq üçün Ziya Məmmədov oğlunun “siyasi karyerasından” yararlanmaq qərarına gəlir. Azərbaycanda əsasən “ayı qalmaqalı” ilə tanınan Anar Məmmədov birdən-birə lobbiçilik fəaliyyətinə başlayır, “Azərbaycan-Amerika Alyansı”nı yaradaraq siyasi fəaliyyət müstəvisinə keçir. Təbii ki, öz böyük siyasi maraqlarını təmin etmək üçün Z. Məmmədova Qərbdə siyasi dayaqlar lazımdır. Onun Amerikada siyasi maraqlarının təmin olunması üçün nüfuzlu Gülən tərəfdarlarının xidmətlərindən yararlanması lazım idi. Türkiyəyə və dolayısıyla Amerikaya bu çıxışı saxlamaq üçün nazirin yaxın qohumları Sabir və Tənzilə Rüstəmxanlıların əlaqələrindən istifadə olunur. Həmin əlaqələr hesabına Gülən icması ilə münasibətlər yaradılır və Anar Məmmədovun Amerikada lobbiçilik fəaliyyətinin əsası qoyulur. A. Məmmədovun Vaşinqtonda, Nyu-Yorkda və bir sıra digər ABŞ şəhərlərində təşkil etdiyi lobbiçi tədbirləri Fətullah Gülənin ən yaxın çevrəsində yer alan Faruk Tabanın fəal qatqıları ilə həyata keçirilib. Türk-Amerikan Alyansının rəhbəri olan F. Taban “gənc siyasətçiyə” Amerikadakı fəaliyyətində lazımi dəstəyi verib. Təbii ki, əlaqələr qarşılıqlı olub. Faruk Taban Gülən hərəkatının reallaşdırdığı bir sıra layihələri məhz Ziya Məmmədovun maliyyə dəstəyi ilə gerçəkləşdirib. Gülən icmasına maliyyə dəstəyi verməklə nəqliyyat naziri özünün gələcək siyasi karyerası naminə Amerikadakı siyasi dairələrlə yaxın əlaqələr qurmağı hədəfləyib. Lakin, Anar Məmmədovun “Amerika lobbiçiliyini” heç də uğurlu layihə hesab etmək olmaz. Amerikanın siyasi dairələrinə “gələcəyin perespektivli siyasətçisi” kimi təqdim edilən Anar Məmmədov ABŞ-da heç də müsbət imic formalaşdıra bilməyib. Bir çox konqresmenlər, senatorlarla fotolora yayılaraq reklam olunmasına baxmayaraq onun ABŞ-dakı fəaliyyəti fiaskoya uğradı. İntellektual və siyasi baxımdan Anar Məmmədov heç də Qərb texnoloqlarında müsbət rəy formalaşdırmağı bacarmadı. Amma, təbii ki, güclü maliyyə qaynaqları hesabına Ziya Məmmədov oğlunun “Amerika diplomatiyası” nəticəsində Qərb ölkələri ilə münasibətlər qurmaqda israr edir. Anar Məmmədovun son zamanlar nəhəng mediya holdinq formalaşdırması da bu fəaliyyətin tərkib hissəsidir. Artıq bir çox saytlar, mediya orqanları satın alınaraq holdinqə daxil edilib. Nazirin Türkiyə əlaqələrində müstəsna rol oynayan Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının rəhbərlik etməsi planlaşdırılan media holdinq nazirin siyasi karyerasını qorumaqla yanaşı, əsas rəqiblərinin də vurulmasına xidmət etməlidir. Maraqlıdır ki, özünü müstəqil mətbuat kimi və özlərini ölkənin aparıcı qəzeti kimi qələmə verən bir çox media orqanları da bu layihələrdə aktiv iştirak edir, xüsusi fəallıq göstərirlər. Yəqin ki, yeni media holdinqin güclü maliyyə qaynaqları bir çoxlarını öz cazibəsinə sala bilib.
Hakimiyyətə iddialı siyasi qüvvəyə çevrilmək üçün təbii ki, regionun “jandarmı” olan Rusiya ilə münasibətlər qurmamaq mümkün deyil. Ziya Məmmədov bu istiqamətdə də fəal hərəkət edir. Məlumat verilir ki, nazirin Kremlə çıxışlarını saxlamaq üçün Çeçenistan prezidentinin imkanlarından istifadə olunur. Nazirin özünün və deputat qardaşı Elton Məmmədovun güclü biznes əlaqələri olan R. Kadırov Kremllə və Rusiyanın digər siyasi dairələri ilə Məmmədovların əlaqələrini qurmaq üçün öz dəstəyini verir. Ziya Məmmədovun Milyarderlər İttifaqının rəhbərliyi ilə də yaxın dostluq münasibətləri var. Telman İsmayılovla, Abbas Abbasovla olan çox sıcaq əlaqələri Ziya Məmmədovun Rusiya siyasi elitası ilə təmaslarında mühüm rol oynayır. Təbii ki, Azərbaycanda mövqeyini qorumaq üçün nazir bu münasibətlərin açıq müstəviyə keçməsinə imkan vermir. Amma, gələcək projenin reallaşması üçün Rusiyada olan dostların da dəstəyi çox önəmlidir.
Göründüyü kimi, nəqliyyat naziri bütün əlaqələrini işə salaraq gələcək siyasi karyerasını təmin etmək üçün çalışır. Sırf siyasi maraqlara hesablanan bu proje Ziya Məmmədovun hakimiyyətə yiyələnməsinə xidmət edir. “X günü” planı son zamanlar Ukrayna böhranının dərinləşməsi ilə regionda yaranan gərgin siyasi şəraitdə yenidən aktuallaşıb. Bu yolla Ziya Məmmədov özünü real siyasi güc kimi təqdim etməklə siyasi hakimiyyətə alternative sayır. Əlverişli məqam yetişən kimi nazir öz planını fəal siyasi müstəviyə keçirərək real addımlar atmağı hədəfləyir. Təmsil olunduğu komandanın “X günü” Ziya Məmmədovun gələcək siyasi karyerasının başlanğıcı olmalıdır. Çox çətin siyasi düsturdur, çoxları bu “X”oyunun qurbanları olub.
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu