12 dekabr 2011-ci il, İmişli RİH-nin keçmiş başçısı Ə. Ağayev Heydər Əliyev parkında 10 il əvvəl tikilmiş 3 çayxananı sökdürdü. H. Əliyev parkında tikilmiş 5 çayxana, 3 restoranın yerini 10 il əvvəl həmin sahibkarlara Tofiq İsayevin arxasında dayandığı başçı Vidadi Quliyev satmışdı. Başçı Ə. Ağayev Prezident Administrasiyasından göstəriş almışdı. Heydər Əliyev adına parkda H. Əliyev mərkəzi tikilməlidir.
İcra Başçısının Tofiq İsayevlə işbirliyi
6 may 2011-ci il İmişliyə səfəri zamanı prezident İ. Əliyev İmişliyə 2 milyon manat pul ayırmış, "Orion-MMC", yaraşıqlı park salmışdı. İmişlidə söhbət gəzdi ki, "Messanat-Holdinq"-in prezidenti, "titanik Tofiq" başçı Ə. Ağayevə mesaj göndərib:"Mərkəzi bu şərtlə mən tikdirirəm ki, prezident İ. Əliyev İmişliyə mərkəzin açılışına gələrkən, mənim görüşməyimə vasitəçi ol. Peşəkar siyasətçı olan, 8 il İmişlidə hökmranlıq edən, var-dövlət qazanan Ə. Ağayev arxası general V. Axundov olan oyunçu-başçı, "titanik Tofiq"-in bu planına razılıq vermədi və mərkəzin tikintisi ləngidi. Həmin parkda yerləşən tarixi abidə olan Dəmir Yolu Mədəniyyət Sarayını Tofiq İsayev çox ucuz qiymətə özəlləşdirmişdi. Əhali arasında söhbət gəzir ki, T. İsayev Sarayı Şadlıq Sarayına çevirmək istəyinə başçı mane olub:"H. Əliyev parkında Şadlıq Sarayı ola bilməz." Həmin yox cavabı Ə. Ağayevin vəzifədən getməsinə nədən oldu? İmişliyə başçı təyin olunan Vilyam Hacıyev Tofiqin pulu qarşısında "smirno" dayandı. H. Əliyev mərkəzi T. İsayevə həvalə olundu. Qısa müddətdə Dəmir Yolu Mədəniyyət Sarayı söküldü. Parkın ərazisində 500-ə yaxın nadir ağaclar kəsildi. Parkın ərazisində yerləşən Vilayətin restoranı, Bələdiyyə sədri olmuş S. Şirinovun böyük çayxanası qısa müddətdə tar-mar edildi. İmişlidə söhbət gəzir ki, Aslan Manafov adlı iş adamının "Azərbaycan Xörəkləri" çox yaraşıqlı dekorasiyası olan restoranı, Həmid Şirinov adlı iş adamının "Fərid" restoranı, "Jora" ayamalı avtoritet İlham Şükürovun çayxanası prezident İ. Əliyev İmişliyə səfərindən sonra Tofiq İsayev, Vilyam Haciyevə diqtə etdirəcək ki:"Park ərazisində, Bayraq meydanında hər hansı obyektin olmasına prezident etiraz bildirib." "Elin sözü əvvəl-axır duz olar." Prezident səfərindən sonra Vilyam Hacıyev hər 3 nüfuzlu iş adamına və avtoritetə bildirib ki:"Prezident sizin obyektinizin sökülməsini istəyir." T. İsayevin planı onluğa dəymişdi. Prezidentin səfəri zamanı tv-ləri izləyənlər mərkəzin açılışı zamanı T. İsayevin prezidentdən 2 metr irəli çixmasını, protokol qaydasını pozmasını İmişlilərqıcıqla qarşıladı. Prezidentin kinayəli baxışını isə V. Hacıyev hiss etmədi, nə də T. İsayev bu kinayəni dərk etmədi. Keçmiş başçını ustalıqla zərərsizləşdirən T. İsayev nəinki prezidentlə görüşdü, həm də H. Əliyev parkının qanuni sahibi oldu. Mərkəzin 20 metrliyində "Gənclər mərkəzi" adı altında öz Şadlıq Sarayı planını da reallaşdırdı. Obyektləri sökülən iş adamlarının sahələrində, uzunluğu 120 metr, eni 50 metr, dərinliyi 6 metr olan ərazini qazdırdı, əvvəlcə həmin ərazidə olan 250 ədəd qiymətli ağacları kötüyü qarışıq məhv etdirdi və Kərbəlayi İsmayıl kimi biabır oldu.
Biznes planları
İmişlidə 1982-ci illərdən qalma planını reallaşdırılır. Vilyam Hacıyevin əli ilə onu qabağa verməklə, İmişlili sahibkarlara, büdcə təşkilatlarına əsasən Su İdarələri H. Əliyev mərkəzinin tikilməsinə məcbur edildi. 2000-ci il İmişliyə başçı təyin olunan Vidadi Quliyevin əli ilə 100 ha-larla ərazisi olan dədə-baba qum-çınqıl karxanasını Məhəmməd Vəliyevin əlindən aldırıb, özəlləşdirmişdi. Hətta M. Vəliyevi həbs etdirmiş, o isə 3 gün sonra dünyasını dəyişmişdi. Muğan-Qes və beton zavod da, V. Quliyevin dövründə T. İsayev tərəfindən özəlləşdirilmişdi. Başçı Ə. Ağayevin dövrü isə vaxtı ilə İmişli KP.MK-nın birinci katibi olmuş Q. İsmayılzadəyə mərhum Heydər Əliyev tərəfindən pay verilmiş, analoqu olmayan son model uşaq bağçasını və onun 6 hektar ərazisini özəlləşdirib, qaynı Vüqar Qəhrəmanovun adına keçirmiş, 27 nəfər bağça işçisini işsiz, uşaqları isə yaraşıqlı bağçadan məhrum etdirdi. Uşaq bağçasının ərazisindəki 33 ədəd xan çinarı və qiymətli ağacları kəsdirib, yerində 28 ədəd mağazalar şəbəkəsi və Bank binası tikdirdi. Deyilənə görə başçı həmin bağçanın özəlləşdirməsinə hələ də sərəncam verməyibmiş. İndi həmin 28 mağazanın hər birinin 300-500 manatdan icarəyə verdirib. T. İsayev bütün planlarını mərhum MSK sədri olmuş Cəfər Vəliyevə söykənərək edirdi. Hətta onun belə hökmranlığı fövqəlnazir K. Heydərovu qiciqlandırmış, nazir "Titanik Tofiqi" ağır surətdə cəzalandırıldığı da şaiə kimi ölkə boyunca yayıldı. H. Əliyev mərkəzinin tikintisində artıq qum-çınqıl, Qarabağ daş karxanasının kubiklərinin pulunu Vilyam Hacıyev İmişlinin büdcə-təşkilatlarına, xüsusi ilə Su İdarələrinə verdirir, texnikalarda Su İdarələrinin maşınları, ekskavator, traktorları havayı işlədildi, ad T. İsayevin oldu,ona dividend qzandırırdı. Həmdə onun qum çınqılının, daşlarının karxanalarında pulu ödənilirdi. T. İsayev Qaradağ daş karxanasından qovduğu Həmid Şirinovdan 2-ci qisasını da aldı, Vilyam Hacıyevə onun Fərid restoranını da sökdüdü. Restoranı isə Vilyam Hacıyevin göstərişi ilə Su İdarə rəisi Hacı Mütəllibə sökdürdü. Yəni "Titanik Tofiq" Həmid Şirinova mesaj verirdi ki:"Görürsən də, mənim xəbərim yoxdu..., yəni mən sənə nə istəsəm edə bilərəm." Vaxtı ilə 1984-cü illər onu vəzifə pillələrində irəlilədən Həmid Şirinov olmuşdu. Ümumiyyətlə kim bu Tofiq İsayevin irəliləməsində vasitəçi olmuşdusa, hamısını cəzalandırdı, kim ona yaxşılıq etdisə, son aqibəti, yaxşılığın əvəzini pisliklə ödədi. Artıq H. Əliyev parkındakı sökülmüş restoran, çayxanaların yerində T. İsayev 7 mərtəbəli mehmanxana tikdirir, yerini isə Su İdarəsinin ekskavatoru qazır, "KAMAZ"-lar isə torpaqları, Tofiq İsayevin 1991-ci il A. Mütəllibov dövrü özəlləşdirdiyi Sok Zavod ərzisindəki çalalara daşınıb tökülür. Hər tərəfli qazanc əldə edir. İmişlinin ağası da, koxası da, tək sahibkarı da olan "Titanik Tofiq"-dən Siciliya, İtalyan mafiozları gəlib öyrənsələr uduzmazdılar, amma burası Azərbaycan, çox uzağa gedə bilməz, özünün olmayacaq, hansısa oliqarx əlindən alacaq.
İmişlinin qeyri-qanuni, gözəgörünməz sahibi
Amma ortada fakt var, nə qədər ki, "Titanik"-in bu planı yox idi, İmişlidə az-çox hörməti var idi. Artıq imişlilər ona şəbədələr qoşur, hamı ondan uzaqlaşır, ondan məsafə saxlayır, ona "hacı" deməyi bir-birinə yasaq edir. Vilyam Hacıyev isə onun girovu kimi nüfuzdan düşüb, çünki, "Titanik"-in fətvası ilə İmişli müdir-rəisləri onların təəbələri borc, kredit işində boğulur, hamısı müflisdir. İmişliləri hazırki rejimə Vilyam Hacıyev kimi nifrət etdirən Vidadi Quliyev olub ki, onu da "Titanik" idarə edirdi. T. İsayevin prezidentlə görüşməsi, Heydər Əliyev parkındakı çayxana, resatoranları sökdürüb, özünə Şadlıq Sarayı, mehmanxana tikdirməsi, İmişliləri müxalifətə çevirib. O, bu görüşdən məharətlə istifadə edib, ağlagəlməz var-dövlət qazanıb İmişlini özəlləşdirib. İmişlilər öz aralarında belə deyir:"İsayev Tofiq adına H. Əliyev mərkəzi və parkı." T. İsayev Vilyam Haciyevin şəxsində, həm də İmişlinin qeyri-qanuni, gözəgörünməz sahibidir, gec-tez üstü açılacaq, cavabını da çox sərt alacaq. Vaxtı ilə mərhum prezident H. Əliyev İmişlini müxalifət rayonu kimi qeydə saldırmışdı. T. İsayevin Vilyam Hacıyevin əli ilə "bespredel" yaratmasını, İmişlilər ona bağışlamayacaq, eləcə də prezident İlham Əliyev keçmiş başçı Ə. Ağayevin siyasət kombinatoru olmasını, az müddətdə Vilyam Haciyevin qeyri-ciddi siyasət yürütməsini, rayonu T. İsayevin varlaşmasına xidmətini ona bağışlamayacaq. Ə. Ağayev müsavatçı İ. Əkbərlini 2005-ci il deputat olmasına şərait yaratmaqla, İmişlidə müxalifət ocağını demək olar ki, söndürmüşdü. Vilyam Hacıyev həmin ocağı daha da körüklədi. Əslində ACP lideri Rəsul Quliyev, AXCP sədri Əli Kərimili Vilyam Hacıyevə əslində təşəkkür etməlidir. Artıq Müsavat, İmişli RT-nın sədri İ. Əkbərli sədrlikdən istefa verib. 1982-ciildən RayPO sədri Ağamir Əmirovun imzası ilə "Texnika" mağaza müdiri təyin edilən T. İsayev 1984-cü il, İmişli rayon KP.MK-nın birinci katibi Q. İsmayılzadənin vasitəsi ilə Kooptorq rəisi, 1986-cı il Tədarük İdarəsinin rəisi təyin edildi. Ona bu mənsəbi tanıtmış Ağamir Əmirova, Ağasəd Əhmədov, eləcə də Həmid Şirinova yaxşılıq əvəzinə pislik etdi. 1990-cı il İmişlinin abadlaşdırılmasında müstəsna xidməti olan Davud Zülfüqarovu Ayaz Mütəllibovun əli ilə həbs etdirdi. Bu həbs barədə Davud bəyə 1992-ci illər Ali MƏhkəmənin hakimi Ənvər Seyidov etiraf etdirmişdi. 1992-ci illər AXC hakimiyyəti dövrü qınına çəkildi, 1993-cü ilin iyun qiyamı ərəfəsi Surət Hüseynovu İmişliyə dəvət etdi. İmişliyə X. Bəyfərovu başçı təyin etdirib, kolxoz idarə müəssisələrindən öz Sok Zavod Səhmdar Cəmiyyətinə pullar köçürtdürüb, guya qaçqınlara öz hesabından havayı çörək vermə reytinqi fiaskoya uğradı. Mətbuat onun belə ucuz reklamını ifşa etdi. 1995-cı il İmişliyə başçı təyin edilən Əli Məmmədov T. İsayevi İmişlidən sürgün etdirdi. 2000-ci illərin Parlament Seçkilərinə namizədliyini verməsi onun Əli Məmmədovla "razborkası" ilə nəticələndi və Vidadi Quliyevin əli ilə İmişlilərə qan uddurdu. İndi də Vilyam Hacıyevin əli ilə qan uddurur. Bu dəfə T. İsayev İmişlilərə Pirr qələbəsi ilə məğlub olacaq.
İmişli zülmünün sonu
Zaman o zaman deyil, müflisləşmiş əhali gec-tez onu dalana dirəyənin kim olduğunu yəqin edəcək. Əhali pensiya ilə dolanırdı, artıq pensiya kartlarını da banklara girov qoyub, çapalayırlar. Əgər mağaza-dükanlar borc dəftərlərini yığışdırsalar, bir ay ərzində ac qılınca çapacaq. Keçmiş başçı Ə. Ağayev idarə müəssisə rəislərindən, sahibkarlardan "xəracı" elə alırdı ki, onlar həm özləri dolanır, həm də bir 10 nəfəri dolandırırdılar. Vilyam Hacıyev isə hamını müflis edib. 3 metr hasarlatma və üzlüklərin materialları deyilənə görə T. İsayevin Qarabağ daş karxanasının məhsullarıdır. İmişlilərin milyonları daşa-üzlüyə çevirilib, havaya sovurulur. Heydər Əliyev parkında Aslan Manafov, Həmid Şirinov, İlham Şükürova hördürülən 3 metr hasarlar və onlara işlənmiş üzlüklər yenidən yerlə yeksan edildi, nə var, nə var T. İsayev 7 mərtəbəli mehmanxana tikdirir. Bəs deyirdniz ki, İlham Əliyev deyir ki, parkda və Bayraq meydanında hər hansı tikili və obyekt ola bilməz. Ola bilər, yalnız Tofiq İsayevə hər şey ola bilər. Allah evini ziyarət etmiş hacı titulu qazanmış Tofiq İsayevi var-dövlət, vəzifə, mənəm-mənəmlik İmişli elə büdrətdi. Mənəm-mənəmliyi himayə edən də şeytandır ki, şeytan onu İmişlidə büdrətdi, gərək onu bu səviyyəyə çatmaqda vasitəçi olmuş Həmid Şirinova qarşı qisas mərəzini boğa idi. Bu il hacı Tofiq Qurban Bayramı günündə qurban paylamadı. Mənim Qusar rayonunda bir hacı dostum var. Bayram ərəfələri kasıb kəndlərin mağazalarını gəzər, nisyə dəftərlərini istəyər, kənd camaatının nə qədər borcu varsa siyahını alıb yandırar, borcu ödəyər, özünü Allah qarşısında bəndə qarşısında duruya çıxarar. Əsl hacının məqam, vəzifə mərəzi, dünyaya, pula, mala düşgünlük məhəbbəti olmaz. Elə ona görə də İmişlilərin xatirinə T. İsayevə hacı titulu yazıda işlənmədi. Məkkəni ziyarət edənlər Həzrəti İbrahimi (ə), Həcər xanımı, Həzrət İsmayıl (ə) fədakarlığını yad edərlər. Qurani Kərimin sözləri ilə yazı bitir:"Bilin ki, insanların sizə olan ehtiyacları-Allahın sizə verdiyi nemətlərdən biridir. Allahın nemətlərindən üz döndərməyin, yoxsa sonra o nemətlər sizə müsibət olar." Vilyam Hacıyevin İmişlilərə etdiyi pisliyin arxasında dayanmağın hacılıqla bir araya sığmır. Borca düşüb, ailəsinin, övladının işlədiyi idarə müəssisədə tabeliyində onların üzünə baxa bilməyən müdir-rəislərin, onların qəlblərində Allahdan başqa sığınmağa məkan tapmamağın günahından yayın. Ölkəni yiyəsiz bilmə, ölkə başçısı ilə görüşüb, bu görüşdən əhalinin xeyrinə çalış, ya da etiraf et ki, dünya malı şirindir. Şirkətinin adını Messenat qoyub Hacı Zeynalabdinin ruhunu incitmə, Hacının Axundla söhbətini soruş öyrən hömətli Tofiq İsayev. Xüsusi olaraq "Gundəm-Xəbər" üçün Gəray Rüstəmov, İmişli
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?