GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vilham Hacıyev İmişlini işğal edib

Vilham Hacıyev İmişlini işğal edib

Tarix: 20-01-2013, 13:11 Bölmə :Ölkə Baxış: 1 890
Vilham Hacıyev İmişlini işğal edib

İcra başçısı ilə iş adamı Tofiq İsayevin
gizlinləri “Gündəm Xəbər”də


12 dekabr 2011-ci il, İmişli RİH-nin keçmiş başçısı Ə. Ağayev Heydər Əliyev parkında 10 il əvvəl tikilmiş 3 çayxananı sökdürdü. H. Əliyev parkında tikilmiş 5 çayxana, 3 restoranın yerini 10 il əvvəl həmin sahibkarlara Tofiq İsayevin arxasında dayandığı başçı Vidadi Quliyev satmışdı. Başçı Ə. Ağayev Prezident Administrasiyasından göstəriş almışdı. Heydər Əliyev adına parkda H. Əliyev mərkəzi tikilməlidir.

İcra Başçısının Tofiq İsayevlə işbirliyi

6 may 2011-ci il İmişliyə səfəri zamanı prezident İ. Əliyev İmişliyə 2 milyon manat pul ayırmış, "Orion-MMC", yaraşıqlı park salmışdı. İmişlidə söhbət gəzdi ki, "Messanat-Holdinq"-in prezidenti, "titanik Tofiq" başçı Ə. Ağayevə mesaj göndərib:"Mərkəzi bu şərtlə mən tikdirirəm ki, prezident İ. Əliyev İmişliyə mərkəzin açılışına gələrkən, mənim görüşməyimə vasitəçi ol. Peşəkar siyasətçı olan, 8 il İmişlidə hökmranlıq edən, var-dövlət qazanan Ə. Ağayev arxası general V. Axundov olan oyunçu-başçı, "titanik Tofiq"-in bu planına razılıq vermədi və mərkəzin tikintisi ləngidi. Həmin parkda yerləşən tarixi abidə olan Dəmir Yolu Mədəniyyət Sarayını Tofiq İsayev çox ucuz qiymətə özəlləşdirmişdi. Əhali arasında söhbət gəzir ki, T. İsayev Sarayı Şadlıq Sarayına çevirmək istəyinə başçı mane olub:"H. Əliyev parkında Şadlıq Sarayı ola bilməz." Həmin yox cavabı Ə. Ağayevin vəzifədən getməsinə nədən oldu? İmişliyə başçı təyin olunan Vilyam Hacıyev Tofiqin pulu qarşısında "smirno" dayandı.
H. Əliyev mərkəzi T. İsayevə həvalə olundu. Qısa müddətdə Dəmir Yolu Mədəniyyət Sarayı söküldü. Parkın ərazisində 500-ə yaxın nadir ağaclar kəsildi. Parkın ərazisində yerləşən Vilayətin restoranı, Bələdiyyə sədri olmuş S. Şirinovun böyük çayxanası qısa müddətdə tar-mar edildi. İmişlidə söhbət gəzir ki, Aslan Manafov adlı iş adamının "Azərbaycan Xörəkləri" çox yaraşıqlı dekorasiyası olan restoranı, Həmid Şirinov adlı iş adamının "Fərid" restoranı, "Jora" ayamalı avtoritet İlham Şükürovun çayxanası prezident İ. Əliyev İmişliyə səfərindən sonra Tofiq İsayev, Vilyam Haciyevə diqtə etdirəcək ki:"Park ərazisində, Bayraq meydanında hər hansı obyektin olmasına prezident etiraz bildirib." "Elin sözü əvvəl-axır duz olar." Prezident səfərindən sonra Vilyam Hacıyev hər 3 nüfuzlu iş adamına və avtoritetə bildirib ki:"Prezident sizin obyektinizin sökülməsini istəyir." T. İsayevin planı onluğa dəymişdi.
Prezidentin səfəri zamanı tv-ləri izləyənlər mərkəzin açılışı zamanı T. İsayevin prezidentdən 2 metr irəli çixmasını, protokol qaydasını pozmasını İmişlilərqıcıqla qarşıladı. Prezidentin kinayəli baxışını isə V. Hacıyev hiss etmədi, nə də T. İsayev bu kinayəni dərk etmədi. Keçmiş başçını ustalıqla zərərsizləşdirən T. İsayev nəinki prezidentlə görüşdü, həm də H. Əliyev parkının qanuni sahibi oldu. Mərkəzin 20 metrliyində "Gənclər mərkəzi" adı altında öz Şadlıq Sarayı planını da reallaşdırdı. Obyektləri sökülən iş adamlarının sahələrində, uzunluğu 120 metr, eni 50 metr, dərinliyi 6 metr olan ərazini qazdırdı, əvvəlcə həmin ərazidə olan 250 ədəd qiymətli ağacları kötüyü qarışıq məhv etdirdi və Kərbəlayi İsmayıl kimi biabır oldu.

Biznes planları

İmişlidə 1982-ci illərdən qalma planını reallaşdırılır. Vilyam Hacıyevin əli ilə onu qabağa verməklə, İmişlili sahibkarlara, büdcə təşkilatlarına əsasən Su İdarələri H. Əliyev mərkəzinin tikilməsinə məcbur edildi. 2000-ci il İmişliyə başçı təyin olunan Vidadi Quliyevin əli ilə 100 ha-larla ərazisi olan dədə-baba qum-çınqıl karxanasını Məhəmməd Vəliyevin əlindən aldırıb, özəlləşdirmişdi. Hətta M. Vəliyevi həbs etdirmiş, o isə 3 gün sonra dünyasını dəyişmişdi. Muğan-Qes və beton zavod da, V. Quliyevin dövründə T. İsayev tərəfindən özəlləşdirilmişdi.
Başçı Ə. Ağayevin dövrü isə vaxtı ilə İmişli KP.MK-nın birinci katibi olmuş Q. İsmayılzadəyə mərhum Heydər Əliyev tərəfindən pay verilmiş, analoqu olmayan son model uşaq bağçasını və onun 6 hektar ərazisini özəlləşdirib, qaynı Vüqar Qəhrəmanovun adına keçirmiş, 27 nəfər bağça işçisini işsiz, uşaqları isə yaraşıqlı bağçadan məhrum etdirdi. Uşaq bağçasının ərazisindəki 33 ədəd xan çinarı və qiymətli ağacları kəsdirib, yerində 28 ədəd mağazalar şəbəkəsi və Bank binası tikdirdi. Deyilənə görə başçı həmin bağçanın özəlləşdirməsinə hələ də sərəncam verməyibmiş. İndi həmin 28 mağazanın hər birinin 300-500 manatdan icarəyə verdirib.
T. İsayev bütün planlarını mərhum MSK sədri olmuş Cəfər Vəliyevə söykənərək edirdi. Hətta onun belə hökmranlığı fövqəlnazir K. Heydərovu qiciqlandırmış, nazir "Titanik Tofiqi" ağır surətdə cəzalandırıldığı da şaiə kimi ölkə boyunca yayıldı. H. Əliyev mərkəzinin tikintisində artıq qum-çınqıl, Qarabağ daş karxanasının kubiklərinin pulunu Vilyam Hacıyev İmişlinin büdcə-təşkilatlarına, xüsusi ilə Su İdarələrinə verdirir, texnikalarda Su İdarələrinin maşınları, ekskavator, traktorları havayı işlədildi, ad T. İsayevin oldu,ona dividend qzandırırdı. Həmdə onun qum çınqılının, daşlarının karxanalarında pulu ödənilirdi. T. İsayev Qaradağ daş karxanasından qovduğu Həmid Şirinovdan 2-ci qisasını da aldı, Vilyam Hacıyevə onun Fərid restoranını da sökdüdü. Restoranı isə Vilyam Hacıyevin göstərişi ilə Su İdarə rəisi Hacı Mütəllibə sökdürdü. Yəni "Titanik Tofiq" Həmid Şirinova mesaj verirdi ki:"Görürsən də, mənim xəbərim yoxdu..., yəni mən sənə nə istəsəm edə bilərəm."
Vaxtı ilə 1984-cü illər onu vəzifə pillələrində irəlilədən Həmid Şirinov olmuşdu. Ümumiyyətlə kim bu Tofiq İsayevin irəliləməsində vasitəçi olmuşdusa, hamısını cəzalandırdı, kim ona yaxşılıq etdisə, son aqibəti, yaxşılığın əvəzini pisliklə ödədi. Artıq H. Əliyev parkındakı sökülmüş restoran, çayxanaların yerində T. İsayev 7 mərtəbəli mehmanxana tikdirir, yerini isə Su İdarəsinin ekskavatoru qazır, "KAMAZ"-lar isə torpaqları, Tofiq İsayevin 1991-ci il A. Mütəllibov dövrü özəlləşdirdiyi Sok Zavod ərzisindəki çalalara daşınıb tökülür. Hər tərəfli qazanc əldə edir. İmişlinin ağası da, koxası da, tək sahibkarı da olan "Titanik Tofiq"-dən Siciliya, İtalyan mafiozları gəlib öyrənsələr uduzmazdılar, amma burası Azərbaycan, çox uzağa gedə bilməz, özünün olmayacaq, hansısa oliqarx əlindən alacaq.

İmişlinin qeyri-qanuni, gözəgörünməz sahibi

Amma ortada fakt var, nə qədər ki, "Titanik"-in bu planı yox idi, İmişlidə az-çox hörməti var idi. Artıq imişlilər ona şəbədələr qoşur, hamı ondan uzaqlaşır, ondan məsafə saxlayır, ona "hacı" deməyi bir-birinə yasaq edir. Vilyam Hacıyev isə onun girovu kimi nüfuzdan düşüb, çünki, "Titanik"-in fətvası ilə İmişli müdir-rəisləri onların təəbələri borc, kredit işində boğulur, hamısı müflisdir. İmişliləri hazırki rejimə Vilyam Hacıyev kimi nifrət etdirən Vidadi Quliyev olub ki, onu da "Titanik" idarə edirdi. T. İsayevin prezidentlə görüşməsi, Heydər Əliyev parkındakı çayxana, resatoranları sökdürüb, özünə Şadlıq Sarayı, mehmanxana tikdirməsi, İmişliləri müxalifətə çevirib. O, bu görüşdən məharətlə istifadə edib, ağlagəlməz var-dövlət qazanıb İmişlini özəlləşdirib. İmişlilər öz aralarında belə deyir:"İsayev Tofiq adına H. Əliyev mərkəzi və parkı." T. İsayev Vilyam Haciyevin şəxsində, həm də İmişlinin qeyri-qanuni, gözəgörünməz sahibidir, gec-tez üstü açılacaq, cavabını da çox sərt alacaq.
Vaxtı ilə mərhum prezident H. Əliyev İmişlini müxalifət rayonu kimi qeydə saldırmışdı. T. İsayevin Vilyam Hacıyevin əli ilə "bespredel" yaratmasını, İmişlilər ona bağışlamayacaq, eləcə də prezident İlham Əliyev keçmiş başçı Ə. Ağayevin siyasət kombinatoru olmasını, az müddətdə Vilyam Haciyevin qeyri-ciddi siyasət yürütməsini, rayonu T. İsayevin varlaşmasına xidmətini ona bağışlamayacaq. Ə. Ağayev müsavatçı İ. Əkbərlini 2005-ci il deputat olmasına şərait yaratmaqla, İmişlidə müxalifət ocağını demək olar ki, söndürmüşdü. Vilyam Hacıyev həmin ocağı daha da körüklədi. Əslində ACP lideri Rəsul Quliyev, AXCP sədri Əli Kərimili Vilyam Hacıyevə əslində təşəkkür etməlidir. Artıq Müsavat, İmişli RT-nın sədri İ. Əkbərli sədrlikdən istefa verib.
1982-ciildən RayPO sədri Ağamir Əmirovun imzası ilə "Texnika" mağaza müdiri təyin edilən T. İsayev 1984-cü il, İmişli rayon KP.MK-nın birinci katibi Q. İsmayılzadənin vasitəsi ilə Kooptorq rəisi, 1986-cı il Tədarük İdarəsinin rəisi təyin edildi. Ona bu mənsəbi tanıtmış Ağamir Əmirova, Ağasəd Əhmədov, eləcə də Həmid Şirinova yaxşılıq əvəzinə pislik etdi.
1990-cı il İmişlinin abadlaşdırılmasında müstəsna xidməti olan Davud Zülfüqarovu Ayaz Mütəllibovun əli ilə həbs etdirdi. Bu həbs barədə Davud bəyə 1992-ci illər Ali MƏhkəmənin hakimi Ənvər Seyidov etiraf etdirmişdi. 1992-ci illər AXC hakimiyyəti dövrü qınına çəkildi, 1993-cü ilin iyun qiyamı ərəfəsi Surət Hüseynovu İmişliyə dəvət etdi. İmişliyə X. Bəyfərovu başçı təyin etdirib, kolxoz idarə müəssisələrindən öz Sok Zavod Səhmdar Cəmiyyətinə pullar köçürtdürüb, guya qaçqınlara öz hesabından havayı çörək vermə reytinqi fiaskoya uğradı. Mətbuat onun belə ucuz reklamını ifşa etdi.
1995-cı il İmişliyə başçı təyin edilən Əli Məmmədov T. İsayevi İmişlidən sürgün etdirdi. 2000-ci illərin Parlament Seçkilərinə namizədliyini verməsi onun Əli Məmmədovla "razborkası" ilə nəticələndi və Vidadi Quliyevin əli ilə İmişlilərə qan uddurdu. İndi də Vilyam Hacıyevin əli ilə qan uddurur. Bu dəfə T. İsayev İmişlilərə Pirr qələbəsi ilə məğlub olacaq.

İmişli zülmünün sonu

Zaman o zaman deyil, müflisləşmiş əhali gec-tez onu dalana dirəyənin kim olduğunu yəqin edəcək. Əhali pensiya ilə dolanırdı, artıq pensiya kartlarını da banklara girov qoyub, çapalayırlar. Əgər mağaza-dükanlar borc dəftərlərini yığışdırsalar, bir ay ərzində ac qılınca çapacaq. Keçmiş başçı Ə. Ağayev idarə müəssisə rəislərindən, sahibkarlardan "xəracı" elə alırdı ki, onlar həm özləri dolanır, həm də bir 10 nəfəri dolandırırdılar. Vilyam Hacıyev isə hamını müflis edib. 3 metr hasarlatma və üzlüklərin materialları deyilənə görə T. İsayevin Qarabağ daş karxanasının məhsullarıdır. İmişlilərin milyonları daşa-üzlüyə çevirilib, havaya sovurulur. Heydər Əliyev parkında Aslan Manafov, Həmid Şirinov, İlham Şükürova hördürülən 3 metr hasarlar və onlara işlənmiş üzlüklər yenidən yerlə yeksan edildi, nə var, nə var T. İsayev 7 mərtəbəli mehmanxana tikdirir. Bəs deyirdniz ki, İlham Əliyev deyir ki, parkda və Bayraq meydanında hər hansı tikili və obyekt ola bilməz. Ola bilər, yalnız Tofiq İsayevə hər şey ola bilər.
Allah evini ziyarət etmiş hacı titulu qazanmış Tofiq İsayevi var-dövlət, vəzifə, mənəm-mənəmlik İmişli elə büdrətdi. Mənəm-mənəmliyi himayə edən də şeytandır ki, şeytan onu İmişlidə büdrətdi, gərək onu bu səviyyəyə çatmaqda vasitəçi olmuş Həmid Şirinova qarşı qisas mərəzini boğa idi. Bu il hacı Tofiq Qurban Bayramı günündə qurban paylamadı. Mənim Qusar rayonunda bir hacı dostum var. Bayram ərəfələri kasıb kəndlərin mağazalarını gəzər, nisyə dəftərlərini istəyər, kənd camaatının nə qədər borcu varsa siyahını alıb yandırar, borcu ödəyər, özünü Allah qarşısında bəndə qarşısında duruya çıxarar. Əsl hacının məqam, vəzifə mərəzi, dünyaya, pula, mala düşgünlük məhəbbəti olmaz. Elə ona görə də İmişlilərin xatirinə T. İsayevə hacı titulu yazıda işlənmədi. Məkkəni ziyarət edənlər Həzrəti İbrahimi (ə), Həcər xanımı, Həzrət İsmayıl (ə) fədakarlığını yad edərlər. Qurani Kərimin sözləri ilə yazı bitir:"Bilin ki, insanların sizə olan ehtiyacları-Allahın sizə verdiyi nemətlərdən biridir. Allahın nemətlərindən üz döndərməyin, yoxsa sonra o nemətlər sizə müsibət olar."
Vilyam Hacıyevin İmişlilərə etdiyi pisliyin arxasında dayanmağın hacılıqla bir araya sığmır. Borca düşüb, ailəsinin, övladının işlədiyi idarə müəssisədə tabeliyində onların üzünə baxa bilməyən müdir-rəislərin, onların qəlblərində Allahdan başqa sığınmağa məkan tapmamağın günahından yayın. Ölkəni yiyəsiz bilmə, ölkə başçısı ilə görüşüb, bu görüşdən əhalinin xeyrinə çalış, ya da etiraf et ki, dünya malı şirindir. Şirkətinin adını Messenat qoyub Hacı Zeynalabdinin ruhunu incitmə, Hacının Axundla söhbətini soruş öyrən hömətli Tofiq İsayev.
Xüsusi olaraq "Gundəm-Xəbər"
üçün R.Hüseynov, İmişli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İmişlidə Vilyam Hacıyev-Tofiq İsayev tandemi

    İmişlidə Vilyam Hacıyev-Tofiq İsayev tandemi ...

    11-01-2013, 10:31

  • 
  • Heydər Əliyev Mərkəzi sökülür

    Heydər Əliyev Mərkəzi sökülür ...

    7-12-2012, 10:48

  • 
  • Heydər Əliyev Mərkəzi sökülür

    Heydər Əliyev Mərkəzi sökülür ...

    7-12-2012, 10:48

  • 
  • İmişlidə “korrupsiya triosu”

    İmişlidə “korrupsiya triosu” ...

    28-01-2013, 10:46

  • 
  • İmişlidə “korrupsiya triosu”

    İmişlidə “korrupsiya triosu” ...

    30-01-2013, 10:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu