GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda media mühiti necədir?

Azərbaycanda media mühiti necədir?

Tarix: 4-05-2014, 11:01 Bölmə :Ölkə Baxış: 580
Azərbaycanda media mühiti necədir?
Cənubi Qafqazdakı vəziyyətlə bağlı daha bir beynəlxalq hesabat

“Freedom House” təşkilatının media azadlığına dair son hesabatında deyilir ki, Avrasiya ölkələri bu sahədə bütün dünyada ən aşağı reytinqə malikdir və bu ərazidə heç bir ölkə “azad” kateqoriyasına daxil edilməyib.
ABŞ-da mənzillənmiş bu təşkilat mayın 1-də “Media Azadlığı 2014: “Media azadlığı son on ilin ən aşağı həddinə çatıb”” adlı illik hesabatını açıqlayıb. Bu hesabatda 197 ölkə mediasının 2013-cü ildəki durumu əksini tapıb.
Hesabata görə, Rusiyada vəziyyət bərbad olaraq qalır. Bu ölkədə “RİA Novosti” xəbər agentliyi bağlanıb və hökumət internet üzərinə əlavə hüquqi məhdudiyyətlər qoyub.
Sənəddə deyilir ki, Rusiya yerli mediaya nəzarəti daha da gücləndirib, eyni zamanda dəfələrlə bloqosferin və xarici xəbər mənbələrinin sıxışdırılmasına cəhd göstərib.
Ukrayna da 2013-cü ilin “azad olmayan ölkə”ləri sırasında yer alıb. Bu zaman Avromeydan olaylarını işıqlandıran jurnalistlərə hücumlar əsas götürülüb.
“Media azadlığı – 2014” layihəsinin direktoru Karin Karlekar-ın sözlərinə görə, Ukraynada fiziki zorakılıq halları və əsas siyasi hadisələri işıqlandıran jurnalistlərə hücumlar kəskin çoxalıb.
Belarus, Türkmənistan, Özbəkistan və İran mətbuat azadlığına görə dünyanın ən pis 8 ölkəsi sırasında qalır. Karlekar həmin ölkələrdə media mühitinin çox əlverişsiz olduğuna diqqət çəkir: “burada müstəqil səslər dövlət repressiyaları və təqibləri ilə batırılır”. O, Mərkəzi Asiyanın başqa yerlərində də media mühitinin bərbad durumda olduğunu bildirir. Hesabatda “azad olmayan” kateqoriyasına düşsə də, Qırğızıstanda baş verən müsbət dəyişikliklər təqdir edilir.
Karlekar-ın sözlərinə görə, 2013-cü il boyunca Qırğızıstanda fiziki hücum və məhdudlaşdırıcı qanunlardan mətbuat əleyhinə istifadə halları azalıb. Azərbaycan mediasının da durumu hesabatda əksini tapıb. Sənəddə deyilir ki, bu ölkədə hökumət jurnalist və bloggerlərin internet fəaliyyətini və telefon danışıqlarını güdür və bunu get-gedə artırır. Nəticədə onsuz da mövcud repressiv media mühiti daha da pisləşir.

Media azadlığının yüksək səviyyəsinə görə fərqlənənlər...

Hesabatda Azərbaycanda internet azadlığını məhdudlaşdıran tədbirlərin də həyata keçirildiyi bildirilir. “Freedom House” qonşu Gürcüstanda kabel operatorlarından bütün telekanalları yaymağı tələb edən qanunvericiliyin qəbuluna müsbət meyl kimi diqqət çəkir. Təşkilat Avrasiyada “qismən azad” kateqoriyasına yalnız Gürcüstan və Moldovanı daxil edib və dünyada media azadlığının yüksək səviyyəsinə görə Avropanı fərqləndirib. Bununla belə, sənəddə bir sıra Avropa ölkələrində baş vermiş geriləmələr də diqqətə yetirilir. Məsələn, rəsmilərin mediaya düşmən münasibəti və hücumları ucbatından Çernoqoriyada vəziyyət pisləşib. Burada cəzasızlıq mühiti yaranıb, jurnalistlər və xəbər qurumları bomba hücumlarına məruz qalırlar.
Münaqişə şəraitində olan Əfqanıstan və İraqda əsas çətinlik güvənliyin olmamasından və jurnalistlərin fiziki hədələnməsindən qaynaqlanır. Bu ölkələrdə 2013-cü ildə baş vermiş jurnalist qətllərinə də diqqət çəkilir.

Karin Karlekar: “ Azərbaycan... Yanlış istiqamətdə hərəkət edir”

“Mətbuat azadlığı – 2014” layihəsinin direktoru Karin Karlekar Azadlıq Radiosuna müsahibəsində də sözügedən hesabata dayanaraq, Avrasiya məkanına daxil postsovet ölkələrində medianın durumunu dəyərləndirib. Aprelin 29-da gerçəkləşdirilən həmin müsahibədən bəzi məqamları diqqətinizə yetiririk.

Rusiya barədə

“Yayım mediasının əksəriyyəti dövlət nəzarətindədir və bunu özəl çap mediası haqqında da demək mümkündür. Beləcə, internet Rusiyada ifadə azadlığının yeganə məkanı olaraq qalır. Ötən il internet materiallarına görə məhkəməyə yol açan qanunvericiliyin qəbulu internetə nəzarət məqsədi güdür”.

Ukrayna barədə

“2013-cü ilin sonlarında – Avromeydan hərəkatı və etirazlar başlananda bu hadisələri işıqlandıran jurnalistlərə hücumların şahidi olduq. Beləcə, fiziki zorakılıq halları və Ukraynada baş verən əsas siyasi hadisələri işıqlandırmaq istəyən jurnalistlərə hücumlar artdı”.

Belarus, İran, Türkmənistan və Özbəkistan barədə

“Belarus, İran, Türkmənistan və Özbəkistan ən pis səkkiz ölkə sırasındadır... Bu ölkələrin hamısında media mühiti son dərəcə məhdudlaşdırılıb. Bu ölkələrdə heç bir özəl media qurumu yoxdur. İnternet mediasının təsir gücü də çox azdır. Hətta internet üçün də məhdud mühit var. Burada hər hansı müstəqil səs dövlət repressiyaları və təqiblərlə batırılır”.

Mərkəzi Asiya barədə

“Ümumiyyətlə, Mərkəzi Asiyada vəziyyət son dərəcə ümidsizdir. Biz buradakı beş ölkədən ikisini – Türkmənistan və Özbəkistanı “pislərin pisi” kateqoriyasına daxil etmişik. Qazaxıstan və Tacikistanın da göstəriciləri çox pisdir. Bu ölkələrin hamısında media mühiti, deyərdim ki, güclü şəkildə məhdudlaşdırılıb və bu mühit getdikcə pisləşir. Bu yaxınlarda Qazaxıstanda qanundan istifadə və cinayət məcəlləsinin dəyişdirilməsi cəhdləri çoxalıb”.

Qırğızıstan barədə

“Qırğızıstan, doğrudan da Mərkəzi Asiyanın parlaq nöqtəsidir. Bu ölkə “azad olmayan ölkələr” kateqoriyasına daxildir, amma onun kəmiyyət göstəriciləri başqalarından yaxşıdır. Üstəlik, bu il də Qırğızıstanda bəzi müsbət meyl və inkişafı görürük. Əslində, burada mənfi meyllər azalmaqdadır. Söhbət fiziki hücum və məhdudlaşdırıcı qanunların sayca azalmasından gedir”.

Qafqaz barədə

“Azərbaycan çox pis qiymətləndirilib. Bu ölkə yanlış istiqamətdə, mən deyərdim ki, əsasən, internetdə olub-qalan az-çox müstəqil səslərin də boğulması istiqamətində hərəkət edir. Şərait Ermənistandakından bir azca yaxşıdır. Gürcüstanda müəyyən yaxşılaşma müşahidə etmişik. Bəzi müsbət meyllər ona görə yaranıb ki, ötən il müxtəlif kabel xidməti provayder və yayımçılarının müxtəlif məzmunlu işinə yol açan qanunvericilik qəbul olunub. Biz Gürcüstanda jurnalistlərə hücumların azaldığını da müşahidə edirik. Bu, ona görə önəmlidir ki, ötən il ölkədə seçkilər keçirilib”.

Moldova barədə

“Son bir neçə ildə yayım mühitinin genişlənməsini, çox sayda televiziya və radio stansiyalarının açılmasını, ölkədə media müxtəlifliyinin yaxşılaşmasını görmüşük. Daha az məhdudiyyətli mühitin oturuşması üçün bir sıra qanunlara düzəlişlərin də şahidi olmuşuq. Hakimiyyət tənqidə daha çox dözümlülük göstərir. Beləcə, daha çox informasiya axınına imkan yaranır”.
KƏRİM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Biz niyə azad ola bilmirik?

    Biz niyə azad ola bilmirik? ...

    6-05-2014, 09:33

  • 
  • “Freedom House”un Azərbaycanla bağlı - Hesabatı

    “Freedom House”un Azərbaycanla bağlı - Hesabatı ...

    3-10-2013, 11:39

  • 
  • “Freedom House”dən yeni hesabat

    “Freedom House”dən yeni hesabat ...

    16-01-2013, 10:44

  • 
  • Azərbaycanla bağlı daha bir hesabat

    Azərbaycanla bağlı daha bir hesabat ...

    11-01-2013, 11:19

  • 
  • Azərbaycan avtoritar rejimli ölkələr sırasında

    Azərbaycan avtoritar rejimli ölkələr sırasında ...

    25-03-2013, 19:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu