GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ukraynada 2 şəhər separatçılardan təmizləndi

Ukraynada 2 şəhər separatçılardan təmizləndi

Tarix: 6-05-2014, 09:42 Bölmə :Manşet Baxış: 755
Ukraynada 2 şəhər separatçılardan təmizləndi
“Vahid ölkə naminə hər şeyə hazırıq”

Ukrayna baş naziri sərt bəyanat verdi

Ukraynanın baş naziri Arseniy Yatsenyuk mayın 4-də Kiyevdə BBC-yə müsahibə verib. O, deyib: “Biz anlayırıq ki, təhlükəsizlik qüvvələri qanunu pozublar. Ukrayna prokurorluğu təhqiqata başlayıb və biz Odessa regionunun polis rəisini işdən çıxarmışıq. İnanıram ki, prokurorluq hamını yoxlamalıdır. Tam bitkin və müstəqil təhqiqat aparılmalıdır, çünki şəxsən mən təhlükəsizlik və hüquq mühafizə idarəsini zorakılığın qarşısını almaq üçün heç nə etməməkdə günahlandırıram”.

Rusdilli əhaliyə mesaj

Yatsenyuk Ukraynanın cənub-şərqinə nəzarətin tam itirilmədiyini bildirib: “Rusiyanın rəhbərlik etdiyi etirazçıların nəzarətində olan bəzi nöqtələr var. Ancaq antiterror əməliyyatı davam edir və çox şey yerli əhalidən asılı olacaq – yəni onların sülhü və sabitliyi və ya Rusiyanın sponsorluq etdiyi şəxsləri dəstəkləməsindən”. “Biz ölkədəki, rusca sərbəst danışa bilən hər bir kəsə aydın mesaj göndəririk; konstitusiyanı dəyişməyə hazırıq; yerli hökumətlərə səlahiyyət verməyə hazırıq; vahid ölkə naminə hər şeyə hazırıq. Ancaq bu yolla qulaq asmaq istəyənlə danışmaq olar – əlində AK-74 tutanlar heç bir dialoqda maraqlı deyil”,- Yatsenyuk sözlərinə əlavə edib.

Baş nazir Odessaya getdi

Mayın 4-də Ukraynanın baş naziri Arseniy Yatsenyuk Odessaya səfər edib. Yatsenyuk bundan əvvəl BBC-yə deyib ki, o, şəxsən təhlükəsizlik qüvvələrini zorakılığı önləmək üçün “heç nə etməməkdə” ittiham edir. Ancaq o, rusiyayönlü nümayişçiləri zorakılığı “qızışdırmaqda” ittiham edib. O, həmçinin “tam, bitkin və müstəqil təhqiqat” vəd edib. Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton bəyanatında bildirib ki, AB “hər bir kəsi təmkin göstərməyə və bu (Odessa) faciədən daha çox nifrəti, bölücülüyü və şüursuz zorakılığı qızışdırmamağa” çağırıb.
Eşton Odessadakı yanğının “müstəqil” araşdırılmasına çağırıb.

Ukraynada ən qanlı hadisə

Odessada baş verənlər Ukraynada fevraldan bəri ən qanlı hadisə sayılır. Fevralda Kiyevdə indi artıq devrilmiş prezident Viktor Yanukoviç əleyhinə etirazlarda 80-dən çox adam ölmüşdü.
Rusiya hökumətinin sözçüsü deyib ki, indi Ukraynanın mayın 25-də prezident seçkisi keçirməsi “absurd” olardı. ABŞ Dövlət KatibiCon Kerri Rusiyanın xarici işlər naziri Sergei Lavrovla telefon söhbətində vurğulayıb ki, Rusiya separatçıları dəstəkləməyə davam etsə, daha çox sanksiya ilə üzləşə bilər.Azadlığa buraxılmış ATƏT müşahidəçilərindən biri, çex müşahidəçi Josef Prerovsky televiziya müxbirlərinə deyib ki, onlar əsirliyin ilk saatlarını zirzəmidə əlləri və gözləri bağlı keçiriblər.

Ukraynanın şərqində daha çox qarışıqlıq gözlənir

Ukraynanın şərqində hökumət rusiyayönlü üsyançılara qarşı antiterror əməliyyatını davam etdirir. Mayın 3-də Slavyansk şəhərində toqquşmalar barədə xəbərlər gəlib. Kramatorsk yaxınlığında isə əsgərlər təhlükəsizlik xidmətləri binasını və televiziya stansiyasını tutublar. Luqanskda isə rusiyayönlü separatçılar təhlükəsizlik xidmətinin bazasına hücum ediblər. Mariupol və Konstantinovka şəhərlərində də atışma olub.
2 gün ərzində Ukraynanın şərqində 50 nəfər həlak olub.
Donetsk vilayətində, Azov dənizi sahilində yerləşən Mariupol şəhərində də antiterror əməliyyatının başlandığı bildirilir. AzadliqRadiosu Ukrayna xidməti xəbər verir ki, şəhərin mərkəzində, Lenin və Lazantsev küçələrinin kəsişməsində Rusiya meylli fəallar təkər yandırırlar. Yaxınlıqdakı şəhər sovetinin binasını separatçılar zəbt ediblər. Şəhərdə antiterror əməliyyatının başladığını elan edən həyəcan siqnalı və atəş səsləri eşidilir. Bəzi şahidlər iddia edir ki, gələn səslər odlu silah atəşinin deyil, separatçıların tonqallara atdığı fişənglərin səsidir.
Separatçılar Luqansk vilayət hərbi komissarlığına hücum ediblər. AzadliqRadiosu Rusiya xidmətinin məlumatına əsasən, ərazidə atışma və partlayış səsləri eşidilir.
Eyni zamanda Ukraynanın şərqindəki bu şəhərdə “Luqansk ictimai sektoru” təşkilatının fəalları Aleksei Bida və Anna Mokorusova separatçılar tərəfindən oğurlanıb. Hüquq müdafiəçisi Konstantin Reutskiy AzadlıqRadiosu Ukrayna xidmətinə bildirib ki, girovları ələ Ukrayna təhlükəsizlik xidmətinin (SBU) zəbt edilmiş binasında saxlayırlar.
Dünən Luqansk separatçılarının başçısı, özünü “xalq qubernatoru” elan etmiş Valeriy Bolotov bəyan edib ki, “Çənubi-şərq ordusu”nun qərargahı müharibə elan edərək Kiyevə üzərinə hücuma başlayır.
Qorlovka şəhərində naməlum şəxslər yerli Mütəşəkkil cinayıtkarlığa qarşı mübarizə idarəsinin binasını zəbt edərək onun üzərində separatçıların elan etdikləri “Donetsk xalq respublikasının” bayrağını qaldırıblar. Həmin gün Ukrayna daxili işlər naziri xəbər verirdi ki, bu şəhərdə bir sıra vacib strateji obyektləri yaraqlılardan təmizləyib. Ukrayna televiziyasında isə Kramotorsun mərkəzi ilə hərəkət edən Ukrayna hərbi texnika karvanı nümayiş olunurdu.
Donetskdə separatçılar “Rusiya!” sədaları altında Ukrayna təhlükəsizlik xidmətinin Donetskdəki inzibati binasına hücum ediblər. Hücum cəmir bir neçə dəqiqə çəkib. Bina mühafizə olunmadığından separatçılar pəncərələri sındırıb binanı zəbt ediblər.
Bundan bir qədər əvvəl 8 silahlı şəxsin Ukrayna milli qvardiyasının partrul xidmətinə hücum ediblər. Ukrayna daxili işlər nazirinin xəbərinə əsasən, yaraqlılar Donetskdə Ukrayna ordusuna məxsus obyekti mühafizə edən Milli qvardiya əsgərlərindən qoruduqları hərbi hissənin sayı və silahlanması haqda məlumat almağa cəhd ediblər.
ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatlar və Almaniya Rusiyanın Ukraynadakı hərəkətlərinin “qiymətini ona ödətmək” əzmində yekdildirlər. Prezident Rusiyanı Ukraynanın şərqində “ağır silahlanmış yaraqlılara” “əhəmiyyətli dəstək” verməkdə ittiham edib.
O deyib ki, Rusiyanın ödəməli olduğu “qiymətə” onun diplomatik və iqtisadi baxımdan təklənməsinə yönəlmiş “koordinasiyalı sanksiyalar” da daxildir. Mayın 2-də, Ağ Evdə Almaniya kansleri Angela Merkel-lə birlikdə çıxış edən Obama bildirib ki, Almaniya və Birləşmiş Ştatlar NATO müttəfiqlərini birləşdirən müqavilənin “təhlükəsizlik barədə pozulmaz 5-ci maddəsinə” sadiqdirdirlər. Hərbi alyansın müqaviləsindəki 5-ci maddə bütün NATO üzvlərini alyansın xarici hücum qarşısında qalan hər hansı üzvünün yardımına gəlməyə təhkim edir.
Obama deyib ki, 5-ci maddə həm də Almaniya hərbi təyyarələrinin Rusiya ilə sərhəddə Baltika üzərində patrul keşiyi çəkən NATO təyyarələrinə qoşulmasını nəzərdə tutur.
Obamanın çıxışı mayın 2-də Kiyevin şərqi Ukraynadakı Slavyansk şəhəri üzərinə hərbi əməliyyata başladığı vaxta təsadüf edir. Slavyanskda rusiyapərəst separatçı qüvvələr hökumət binalarını zəbt etmiş, şəhəri blokadaya almış və dörd alman da daxil olmaqla ATƏT-in beynəlxalq müşahidəçilərini tutub saxlamışlar.
Obama bildirib ki, “Ukrayna qüvvələri şərqi Ukraynada qayda-qanunu bərpa etməyə başlayıb və bütün dünya üçün Rusiya tərəfindən dəstəklənən bu separatçıların dinc etirtazçılar olmadığı bəllidir”. Prezident deyib ki, Kiyev hökuməti “ölkə ərazisində qanun və qaydaları qorumaq məsuliyyəti və haqqına sahibdir” və “Rusiya bu hərbiləşdirilmiş qruplar üzərindəki nüfuzundan onların tərk-silah olunmaları və zorakılığı qızışdırmağı dayandırmaları üçün istifadə etməldir”.
Obama deyib ki, o və Merkel Şərqi Ukraynada rusiyapərəst separatçılar tərəfindən tutulmuş ATƏT müşahidəçiləri ilə “rüsvayçı rəftardan doğan hiddəti” bölüşürlər.
Merkel deyib ki, əgər “Rusiya şərqi Ukraynanı qarışdırmaqda davam edərsə və Ukraynada mayın 25-də keçiriləcək seçkiləri pozmağa cəhd göstərərsə, Rusiya rəhbərliyinin üzərinə yeni sanksiyalar qoyulacaq”. Birləşmiş Ştatlar və Avropa İttifaqı artıq bundan əvvəl Rusiyadan olan onlarca şəxs və bəzi rusiyapərəst ukraynalıların üzərinə Krım yarımadasının ilhaqı ilə bağlı sanksiyalar qoyublar.
Rusiyanın enerji sektoru üzərinə qoyulacaq yeni sanksiyalar Vaşinqton və Brüsseldə müzakirə olunub. Merkel qeyd edib ki, Avropa Birliyinin 6 ölkəsi Rusiya qaz təchizatından 100 faiz asılıdır. Lakin o deyib ki, AB Avropanın Rusiya enerjisindən asılılığını azaldacaq uzunmüddətli strategiyanı nəzərdən keçirir.
RÜFƏT
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Ukrayna ordusu ölkənin şərqində daha bir şəhəri separatçılardan geri alıb

    Ukrayna ordusu ölkənin şərqində daha bir şəhəri ...

    11-07-2014, 01:15

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi müdafiə edəcəyik”

    “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi ...

    4-04-2014, 16:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu