PA rəhbərinin övladları ilə də bağli video yayimlanacaq
Elşad Abdullayev əlindəki videoları sistemli şəkildə paylaşır. Bu barədə onun sözçüsü, bloqçu Elnur Məcidli son açıqlamasında deyib: “Sevinc Babayeva, Gülər Əhmədova ilə bağlı videoların yayılması Elşad müəllimin sırf deputatlıq məsələsi ilə bağlı dediklərinin sübutu idi. Amma Rövşanə Əliyeva videoları Mahir Abdullayevin oğurlanması işi üçün sübutlardır”. E.Məcidlinin sözlərinə görə, bu, heç də bütün güclü videoların yayımlandığı, əllərində maraqlı sübutların qalmadığı anlamına gəlmir. O deyib ki, ən təsirli və güclü videolar prezident seçkiləri ərəfəsində yayılacaq: “Məsələn, Ramiz Mehdiyevin oğlunun və qızının videolarını yayacağıq. Mehdiyevə yaxın olan nazirlər, komitə sədrləri ilə bağlı videolarımız da var. Onlar seçki ərəfəsində yayılacaq. Çünki Müstəqil İstintaq Komissiyasının fəaliyyəti bizim üçün qənaətbəxş deyil”. E.Məcidli videolardan başqa təsirli addımlar atacaqlarını da söylədi. O, bunları indidən açıqlayıb hakimiyyətə əks-təsir üçün imkan yaratmaq istəmədiklərini deyib: “O addımlar da hakimiyyətin yumşaq yeridir. Özlərini lazımi səviyyədə müdafiə edə bilməyəcəklər”. Bu günlərdə Elşad Abdullayev tərəfindən belə bir açıqlama gəldi ki, onların əlində başqa videolarda var ki, bunların sırasında PA rəhbəri Ramiz Mehdiyevin qızınında danışıqları var. Bununla bağlı redaksiyamıza mötəbər mənbələrdən daxil olan məlumata görə həqiqətəndə Ramiz Mehdiyevin qızının danışıqları var. Amma bunlar Elşad Abdullayev tərəfindən lentə alınmayıb. Mənbənin sözlərinə görə məclislərdən birində Ramiz Mehdiyevin qızı atası haqqında xoş sözlər deyib. Amma fikir ümumilikdə belə çıxıb ki, Ramiz Mehdiyev olmazsa Azərbaycan hakimiyyəti çökər. Sadəcə olaraq bu danışığın bir hissəsi çıxarılıb və ortaya ziddiyətli məqamlar çıxıb. Mənbə bunu da bildirir ki, tək Ramiz Mehdiyevin qızı yox, həm də Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən bəzi məmurlarında belə səs yazıları var. Bu yazıları sistemli şəkildə gündəmə gətirməklə də PA rəhbərinə qarşı yuxarı dairələrin mənfi rəyini formalaşdırmaq mümkün ola bilər. Azər
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?