“Azərbaycan AŞ PA-nın üzərinə götürdüyü öhdəliklərini vicdanla yerinə yetirir”
Bu fikri jurnalistlərə açıqlamasında politoloq Elman Nəsirov deyib. O bildirib ki, Azərbaycan 2001-ci ildə AŞ-na üzv olduğu zaman üzərinə konkret öhdəliklər götürüb: “Həmin öhdəlikləri vicdanla yerinə yetiririk. Əks təqdirdə hesab edirəm ki, onlar Azərbaycanı AŞ Nazirlər Komitəsinin sədrliyinə qəbul etməzdilər. Ancaq təəssüf ki, AŞ PA bəzi hallarda bu reallıqlara adekvat olmayan dəst-xət nümayiş etdirir. Bir çox hallarda isə onlar “öz gözlərində tili görməyib, başqalarının gözündə qıl axtarırlar” məntiqi ilə işləyirlər. Əgər AŞ-nın missiyası insan hüquqlarını qorumaqdırsa, bəs nə üçün Azərbaycanın məcburi köçkünlərinin hüquqları qorunmayıb. AŞ PA bizə dərs verəcək qədər ədalətli deyil. Bizim bir milyondan artıq vətəndaşımız ermənilər tərəfində vəhşiliyə məruz qalıblar. Onların hüquqları çox kobudcasına pozulub”. Politoloqun sözlərinə görə, AŞ PA öz missiyasını doğru yerinə yetirmir: “Bir milyon insanın hüquqlarını qorumayan AŞ PA rəsmiləri nə düşünür bəs? Ukrayna hadisələri ilə bağlı AŞ PA Rusiyaya sərt mövqe nümayiş etdirərək, səsvermə hüququndan məhrum etdi. Ancaq Ermənistanla bağlı oxşar addımlar atılmır. Ancaq AŞ PA öz fəaliyyətində Azərbaycanın daxili işlərinə qarışır. İnsan hüquqları ilə bağlı təhriflərə yol verən mövqe nümayiş etdirir. Onlar insan hüquqları ilə bağlı informasiyaları Azərbaycanda etibarlı və rəsmi mənbələrdən deyil, müxalifət mövqeyində dayanan qərəzli qüvvələrdən alırlar. Hesab edirəm ki, AŞ PA-nın bu mövqeyi heç bir halda onun nizamnaməsinə uyğun deyil. Ümummilli lider Heydər Əliyevin gözəl bir fikri var: “Hər bir şeydə müxalif olmaq olar. Ancaq vətənə, torpağa münasibətdə müxalifətdə dayanmaq doğru deyil.” Doğrudan da biz demokratik islahatlar keçirdiyimiz halda AŞ PA bu məsələdə fərqli mövqedən çıxış edib, bu həqiqətləri görmək istəmir. Onlar yalnız Azərbaycanda müxalif mövqedə dayanan insanları özləri üçün yaxın bilirlər. Mən hesab edirəm ki, bunlar AŞ-nın üzv ölkələrlə bağlı üzərinə götürdüyü öhdəliklərə, nizamnaməyə uyğun deyil. Hesab edirəm ki, bununla AŞ özünün imicinə zidd siyasət həyata keçirir”. İsmayıl
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?