GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Yeni rektorla Şəmsəddin Hacıyevin arasında “psixoloji müharibə” qızışıb

Yeni rektorla Şəmsəddin Hacıyevin arasında “psixoloji müharibə” qızışıb

Tarix: 10-06-2014, 11:28 Bölmə :Manşet Baxış: 0
Yeni rektorla Şəmsəddin Hacıyevin arasında “psixoloji müharibə” qızışıb
“Gündəm-xəbərə”ə şok sənədlər və disk təqdim olunub;
Prorektorların iştirak etdiyi iclasda küçə söyüşləri işlədilib


Professor Şəmsəddin Hacıyev haqda dəhşətli ittihamlar irəli sürdü

Mart ayının 5-də prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunan Ədalət Muradov sələfi Şəmsəddin Hacıyevin kadrları ilə bağlı sərt mövqe tutmasından sonra sözügedən universitetdə gərginlik hökm sürür.
Bu barədə qəzetimizə Azərbaycan Dövlət İqtisad Universitetindən məlumat daxil olub. Məlumatda bildirilir ki, yeni rektorun sonrakı addımlarını əngəlləmək üçün keçmiş rektorun yaxın ətrafı universitetdə yaşananların ictimailəşməsindən xüsusi maraqlı qüvvəyə çevriliblər: “Onlar bütün imkanları ilə çalışırlar ki, universitetdə rektorun atdığı hər bir addım cəmiyyətdə mənfi istiqamətdə geniş müzakirəyə səbəb olsun. Çünki belə də onlar universitetdəki mövqelərini nəinki qoruya bilərlər, hətta başda prorektor Damət Bağırov və Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın vəzifələrində qalması təmin edilər. Ancaq hadisələrin gedişi göstərir ki, Şəmsəddin Hacıyev və yaxın ətrafının bu planı yeni rektor Ədalət Muradovu dayandırmaq gücündə deyil: “Ədalət Muradov da bir neçə gediş edərək, Ş.Hacıyevin tərəfdarlarının “mərkəzi nüvəsi”ni zərərsizləşdirmək istiqamətində önəmli addım atdı. O, hələki prorektorlar - Əvəz Bayramovla Damət Bağırovu vəzifələrindən saxlamaqla yanaşı, onlara qarşı olduqca səmimi davranır. Rektor onlarla yanaşı, universitetin kadrlar şöbəsinin müdiri ilə hüquqşünasını da hələki vəzifələrində saxlayıb. Hansı ki, hər iki şəxsin barəsində də rektorda olduqca ciddi faktlar var. Görünür, o, həmin faktlardan istifadə etmək üçün münasib zamanı gözləyir”.
Xəbərə görə, vaxtı ilə universitetdə Şəmsəddin Hacıyevin korrupsiya şəbəkəsinin başında dayananlardan arasında olan Əsəd Mirzəyevi zərərsizləşdirən Ədalət Muradov Damət Bağırov və bir neçə vəzifəli şəxsin isə universitetdən birdəfəlik uzaqlaşdırılmasını planlayıb: “Artıq Şəmsəddin Hacıyevin universitetdəki qohumları və adıçəkilən vəzifəli şəxslər böyük qorxu altındadırlar. Çünki universitetdə bir neçə qurumdan ibarət heyət yoxlama aparır. Maraqlı budur ki, o qruplardan birinin yoxlamasını universitetin kollektivinin mütləq əksəriyyəti xəbərsizdir. Yəni təftiş məxfi aparılır. Buna görə keçmiş rektorun komandasının yeni rektora müqavimət göstərmək gücləri də minimuma enib”.
Məlumatda o da vurğulanır ki, Şəmsəddin Hacıyev gələn il keçiriləcək parlament seçkisində kənarda saxlanılacağından ehtiyat edərək qızı Çeşmi Hacıyevanın elmi ad almasını da sürətləndirib: “Aprelin 30-da o, İqtisad Universitetində rəhbəri olduğu Müdafiə Şurasında qızının elmi işini müdafiə etməsinə şərait yaradıb. Görünür, rektor hazırda universitetdə İstedadlar qrupunun rəhbəri olan qızının gələcəyini bəri-başdan təminat altına almaq istəyir”.
Yeri gəlmişkən, son bir həftə ərzində redaksiyamıza Şəmsəddin Hacıyevin keçmiş müşaviri və həmin universitetdə 40 ilə yaxın kafedra müdiri olan professor, iqtisad elmləri doktoru Bədirxan Musayev tərəfindən prezident İlham Əliyev və digər rəsmilərə ünvanlanmış bir neçə müraciətin surətləri də daxil olub. Həmin müraciətlərə professorun prezident İlham Əliyevin qəbuluna düşmək üçün topladığı 2000 nəfərə yaxın müxtəlif sahələrdə çalışan elm adamlarının imzaları da əlavə olunub. Hazırda cəmiyyətin müxtəlif kəsimlərindən imza toplamasının davam etdiyini bildirən B. Musayev keçmiş rəhbərliklə bağlı sərt ittihamlar səsləndirib.
Professor yazır ki, təhsil sahəsində nəzarət edən məmurlar Şəmsəddin Hacıyevin milyardları, havadarları və vəzifələri qarşısında aciz olmasaydı, 2011-ci ildə qanunsuz azad edildiyi vəzifəsinə bərpa edilər, keçmiş rektor isə həm universiteti, həm də məhkəmələri alverxanaya çevirdiyi üçün çoxdan həbsxanada islah olunmalıydı: “Lakin bunların heç biri olmayıb. Tam əksinə, hələ də Ş.Hacıyevin təmir-tikinti işlərində dövlət vəsaitini mənimsəməsi, struktur islahatları adı altında bəd və bədnam fəaliyyəti, bölgələr arasında nifaq salması və sair təkzibedilməz faktlara hüquqi qiymət verilməyib. Bu isə mənim hüququmu kobud pozulmasına səbəb verməkdədir. Bəli, Heydər Əliyevin və Sizin siyasətinizə sadiq qaldığım üçün 3 ildir Hacıyev tərəfindən əzab-əziyyətlərə məruz qalmışam. İş o yerə qalıb ki, məhkəmə hakimləri belə, Ş.Hacıyevin puluna satılıb. Və hakimlər onun bəd əməllərini pərdələmək və universiteti alverxana mərkəzinə çevirməklərini gizlətmək üçün kafedra seçkisi üzrə komissiyasının video-kasetini (bizim təkidimizə baxmayaraq) nümayiş etdirməkdən imtina və digər çoxsaylı ədalətsizliklərə imza atmaqla ədalət məhkəməsini hörmət və nüfuzdan salmaqda davam edirlər.
Müraciətdə daha sonra bildirilir: “İnkar olunmaz sənədlər əsasında Ş. Hacıyevin rüşvətxorluğu və çoxsaylı saxtakarlıqlarına qarşı mübarizə aparıb, onu ifşa etdiyimə görə məndən intiqam almaq məqsədi ilə bir həftə ərzində məni üç vəzifədən (sənədləri saxtalaşdırmaq yolu ilə) qeyri-qanuni azad edib, universitet binalarına daxil olmağa qadağa qoymuş və mənə «vətən xaini» damğası vuraraq, vətənimi zorakı yollarla tərk etməyə cəhd göstərmişdir.
Ş.Hacıyev rektorluğu dövründə mənim kafedra müdirliyimdən imtina ərizəmi nəzərə almadan, Təhsil Nazirliyinin təlimatının 2.9 maddəsini pozaraq, məni seçki komissiyasının iclasına dəvət etdirdi. Mən seçki komissiyasının iclasında imtina ərizəmi oxuyub, mənim idarəetmə qabiliyyətim və bacarığım haqda ictimai rəy sorğusu keçirilmədiyini, müvafiq kafedra və ekspertlərin rəylərinin olmadığını nəzərə alıb, seçki komissiyasında kafedra müdiri seçilmək haqda müzakirənin keçirilməsinin heç bir hüquqi əsası olmadığını bildirib, zalı tərk etdim. Belə şəraitdə Ş. Hacıyev tərəfindən seçki komissiyasında müzakirə aparmadan məni gizli səsə buraxdırıb, yeşikdə qoydurması yeni rəhbərlik tərəfindən nəzərə alınmır.
Hörmətli cənab Prezident! Universitetdə mənim yaşımda 17 nəfər, mənim yaşımdan çox 22 nəfər, əməkdaşların əksəriyyəti vəzifə ilə təmin olunmuşlar. Necə olur ki, Ş.Hacıyev kafedra müdiri, 4 ştat aspirant və dissertantlara rəhbər (25-30 nəfərə), millət vəkili, komissiya sədri, təşkil etdiyi şirkətlərə rəhbərlik edə bilir, mən isə yaratdığım "İqtisadi Kibernetika” ixtisasının kafedrasında professor və ya məsləhətçi kimi qəbul edilə bilmirəm?
Necə olur ki, Ş.Hacıyevin təhlükəli dəstə üzvləri kafedra müdiri əvəzi, 0,5 ştat əvəzçiliklə kafedra əməkdaşı, 250 saat hesabı dərs deyir və tam pensiya ilə təmin olunurlar, mən isə İqtisadi Kibernetika ixtisasının yaradıcısı və təhsil sisteminin milli qəhrəmanı kimi yaratdığım və formalaşdırdığım “İqtisadi Kibernetika” kafedrasında professor və ya məsləhətçi ola bilmirəm?
Son üç ildə 60 dəfə rayon, apellyasiya və ali məhkəmələrdə Ş. Hacıyevin cinayətləri müzakirə olunub. Müzakirələrdə 120 nəfər hakim iştirak edib. Hakimlərin bəzisi qabaqcadan səmimi etiraf edirlər ki, ədalət və həqiqət sənin (Musayev B) tərəfindədir, ancaq Ş.Hacıyev imkan vermir ki, ədaləti bərpa edək.
Hörmətli cənab Prezident! Sabiq rektor Ş.Hacıyevin sayəsində 10 il ərzində Dərbənd filialına qəbul olan tələbələrin 60-70%-i nə qəbul, nə də semestr imtahanları vermədən (onların imtahanlarını valideynləri verir) 40-50 min manata diplom əldə ediblər. Bir çoxları hərbi xidmətdə olduqları halda, birinci kursu oxumadan, ikinci kursa köçürülüblər. Riyaziyyat fənnindən bilikləri sıfır olduğu halda, qəbul və semestr imtahanlarından əla və yaxşı qiymətlər yazılır. Bunlar Ş. Hacıyevin vəzifə başında cinayətləri deyildirmi? Müvafiq orqanlar bunlara nə üçün göz yumurlar?
Hörmətli cənab Prezident! Necə olur 100-200 manat rüşvət alanlar həbs olunur, amma Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət yığan Ş.Hacıyev həbs olunmaq əvəzinə, günəş kimi yanıb, ulduz kimi parıldayır. Bunlarla əlaqədar olaraq Baş prokurora yazdığım müraciətlərə cavab olaraq, aldığım məktubda deyilir: “Təhsil Nazirliyindən aldığımız məktubdan məlum olmuşdur ki, Sizin müraciətinizdə göstərilənlər Ş.Hacıyev tərəfindən araşdırılmış və öz təsdiqini tapmamışdır”. Axı, Ş.Hacıyev və ya belə hərəkətə yol verən kim deyər ki, bu, düzdür? Niyə bunlar onun üstünə geri qaytarılıb? (İstənilən vaxt cavabları təqdim edə bilərəm).
Qeyd edim ki, harınlıq və özbaşınalığın pik nöqtəsi sayıla biləcək dövlət səlahiyyətini mənimsəyərək Şəmsəddin Hacıyevin mənə qarşı «Bədirxan Musayevə «Vətən xaini» damğası vuraraq universitetdən qovmuşam» ifadəsi ilə bağlı onu məhkəməyə də vermişəm. Lakin nə Nizami, nə də Xətai rayon məhkəmələri nəinki şikayətimə baxıb, bir-birinin üzərinə göndərməklə, keçmiş rektorun «caynağı»nın hakimləri necə qamarlamasının bariz təsdiqidir”.
Son olaraq onu da qeyd edək ki, sözügedən universitetdəki «mavi qalmaqalı» ilə bağlı redaksiyamıza məhkəmə qətnamələri ilə yanaşı, Şəmsəddin Hacıyevin yaxın ətrafından ibarət komissiyasının keçirdiyi iclaslardan birinin video-kaseti daxil olub. Heyrət doğuracaq sənədlər və diskdə elm adamlarının küçə səviyyəsində söyüş və təhqirlərin işlətməsi universitetə ciddi ləkə gətirir. Maraqlı budur ki, universitetin prorektorlarının iştirak etdiyi həmin iclasda qadınlar da olub. Lakin görünür, küçə söyüşləri işlədənlər qadınlara da əhəmiyyət verməyiblər. Həmin «mavi olayı» ilə bağlı məhkəmə qətnamələri və disklə bağlı yazını növbəti sayımızda oxuya bilərsiniz.
Qarşı tərəfi də dinləməyə hazırıq.
FƏRİD
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi”

    Şəmsəddin Hacıyevin bütün kadrları “təmizləndi” ...

    28-04-2014, 10:03

  • 
  • Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" qoydu

    Yeni rektor Şəmsəddin Hacıyeni "küncə" ...

    9-10-2014, 03:46

  • 
  • Şəmsəddin Hacıyevə şok ittiham

    Şəmsəddin Hacıyevə şok ittiham ...

    19-08-2013, 22:21

  • 
  • Şəmsəddin Hacıyev niyə «vuruldu»?

    Şəmsəddin Hacıyev niyə «vuruldu»? ...

    6-03-2014, 16:31

  • 
  • Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal

    Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal ...

    5-09-2014, 23:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu