GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ölkəni ayağa qaldıran əsgər ölümü

Ölkəni ayağa qaldıran əsgər ölümü

Tarix: 15-01-2013, 11:33 Bölmə :Manşet Baxış: 771
Ölkəni ayağa qaldıran əsgər ölümü

Cəmiyyət artıq mövcud köhnə qaydalarla
barışma istəmir, yeniliyə hazırdır!


Azərbaycan ordusunun əsgəri Ceyhun Qubadov yanvarın 7-də Daşkəsəndə N saylı hərbi hissədə xidmət edərkən həlak olub. Bu ölüm elan edilməyən müharibə vəziyyətində olan ölkədə bu il birinci, ötən il 78-ci qeyri-döyüş itkisidir.
Döyülmə nəticəsində (qeyri-rəsmi məlumat) və ya komandirlərin cinayətkar səhlənkarlığı (rəsmi versiya) üzündən baş verən bu ölüm ənənə üzrə KİV-in xəbər lentində sezilmədən getməli, sonra qayğısız və infantil Azərbaycan cəmiyyəti tərəfindən unudulmalı və qeyri-döyüş itkilərin soyuq hərbi raportlarında itib-batmalı idi. Amma bu, baş vermədi – hərbçilərin öldürülməsi faktını standart şəkildə vurub salan statistikanın tüfəngi açılmadı. Həlak olan əsgərin anasının oğlunun qanını yerdə qoymamaq çağırışı gənclərin ürəyinə təsir etdi. Bakının mərkəzində Fəvvarələr meydanında etiraz aksiyası keçirmək barədə sosial şəbəkələrdə minlərlə çağırış oldu və yanvarın 12-də gənclər öz vədlərinə əməl edərək güclü polis kardonuna baxmayaraq küçələrə çıxdı.
Hökumətyönlü deputatlar, hakim partiyanın funksionerləri hərçilərin ünvanına tənqiddən istifadə etdi, ombudsman öz varlığını xatırlatdı, demokratik gənclərin çağırışına hökumətyönlü gənclər təşkilatları səs verdi. Demokratik QHT-lərin, siyasi partiyaların, KİV-in reaksiyasına diqqət ayırmağa ehtiyac yoxdur – onların tənqidi mövqeyi belə hallarda hər zaman ardıcıl və prinsipial olur. Amma deputatların, hərbçilərin, gənc və qeyri-gənc hakimiyyətyönlü fəalların reaksiyası diqqətəlayiqdir. Bu kateqoriya insanların əvəvlki bu cür ölüm hadisələrinə və Qubadovun həlak olmasına reaksiyasının müqayisəsi ölkənin avtoritar siyasi-iqtisadi kursuna xalqın artan hiddəti qarşısında onların qorxu və mütərəddidliyindən xəbər verir.
Bu kateqoriya insanlar əvvəllər heç vaxt öz narahatlığını belə açıq şəkildə ifadə etməmişdi, xüsusən Azərbaycan əsgərinin ölümü ilə bağlı. KİV faktik olaraq adsız gəncin ölümü barədə quru stastistik hesabat verir, ictimai xadimlər itkini sezmir, prokurorluq isə müxalifəti vəziyyəti siyasiləşdirməməyə çağırırdı. Bu gün hakimiyyət ictimai töhmətdən gizlənmək üçün mərhum əsgərin dərddən qovrulan anasını da bunu etməyə məcbur etdi. Azərbaycan ordusu 2012-ci ildə qeyri-döyüş şəraitində 77 hərbi qulluqçu itirib. Onların 11 nəfəri hərbçi yoldaşları tərəfindən öldürülüb. Onlardan ölmüş kimi danışmaq doğru olmaz, çünki əsgərdirlər, əsgərlər isə yalnız həlak olur. Qalmaqallı qızıl yataqları ilə məşhur olan Daşkəsəndə son 4 ildə 10 əsgər qəribə situasiyalarda həlak olub, deyə “Doktrina” Hərbi Tədqiqatlar Mərkəzi bildirir.
Üç il əvvəl həmin birlikdə, həmin rayonda 28 yanvar 2010-cu ildə iki əsgər təhqirlərə dözməyərək dörd zabiti qətlə yetirdi, artdivizionun hərbçilərini yaraladılar, sonra intihar etdilər. Üç gün sonra Respublika Prokurorluğunun hərbi kollegiyasında onun rəhbəri Xanlar Vəliyev silahlı qüvvələrdə hüquqi vəziyyət barədə hesabat verəndə Daşkəsəndəki faciə barədə bir söz belə demədi. Hərbi birliyin komandiri Rövşən Əkbərov Qubadovun həlak olmasını öz şəxsi faciəsi adlandırdı, minlərlə inzibati cəza almağa hazır olduğunu bildirdi. Amma Əkbərov ali baş komandana vəzifəsinə uyğun gəlmədiyi barədə raport vermək əvəzinə, prezidentə sadiqliyi və müharibə başlamağa hazır olduğu bəyan etdi. Əkbərovun bəyanatının birinci hissəsi belə hallarda onun adi standart davranışına uyğun gəlmirdi.
Ötən ilin aprelində ona etibar edilən birlikdə əsgər Vüqar Məmmədov iki əsgər yoldaşını avtomatla öldürüb, daha ikisini yaralayanda heç bir reaksiya göstərmədi. Əsgər Əkbər Bəşirov Bakı qarnizonunda qəddarcasına döyülmə nəticəsində birinci qrup əlil oldu. O, həmin hissədə 2007-ci ilin oktyabrından xidmət edirdi və o vaxt birliyin komandiri Rövşən Əkbərov idi. Heç kəs cəzalandırılmadı və təəssüf ifadə edilmədi.
Ancaq bunlar təəssüf və peşmançılıq deyil, qorxu refleksiyası nümunələridir. Bunlar əsgərlərin ölümünə səbəb olan problemləri həll etməyəcək, məqsəd yalnız hakimiyyətin anlamında kütləni sakitləşdirməkdir. Bu problemlər ordunu və bütövlükdə Azərbaycan cəmiyyətini çulğayan korrupsiya, qanunsuzluq, ədalətsizlik, əxlaqi düşkünlükdür. Əsgər Qubadovun həlak olmasına vətəndaş cəmiyyətinin həddən artıq reaksiya verməsi hakimiyyət üçün siqnal olmalıdır. Cəmiyyət artıq mövcud köhnə qaydalarla barışma istəmir, yeniliyə hazırdır. Bunu qarşıdan gələn prezident seçkiləri vəd edir - bu tarixi şansı o, boşa vrmək istəməzdi.
Azərbaycan cəmiyyətinin dəyişikliklərə və onun uğrunda mübarizyə hazır olmaması barədə yerli və xarici ekspertlərin bədbin rəylərinə rəğmən, ötən ilin payızından cəmiyyətdə siyasi qaynaşma artır. Cəmiyyətin və gənclərin o cümlədən əsgər Qubadovun həlak olmasına reaksiyası şübhəçilərin skeptik rəylərini təkzib edir. Hətta ABŞ səfirliyi dinc aksiyanın qarşıdurmaya çevrilməsindən ehtiyatlanaraq öz ölkəsinin vətəndaşlarını sayıq olmağa və şəxsi təhlükəsizliyinin artırılması üçün müvafiq addımlar atmağa çağırdı. Vəziyyətin ciddiliyini o fakt da göstərir ki, prezident İlham Əliyev məzuniyyətini dayandırıb iş yerinə qayıtdı ki, Fəvvarələr meydanında baş verənləri şəxsi kabinetindən izləsin.
Turan Analitik Xidməti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Əbiyevə ardıcıl zərbələr

    Səfər Əbiyevə ardıcıl zərbələr ...

    17-01-2013, 10:59

  • 
  • Azərbaycan Ordusunun əsgəri elektrik cərəyanı vurması nəticəsində ölüb

    Azərbaycan Ordusunun əsgəri elektrik cərəyanı ...

    20-06-2013, 11:16

  • 
  • Ordumuzun əsgəri həlak oldu

    Ordumuzun əsgəri həlak oldu ...

    4-09-2015, 16:54

  • 
  • Əsgər güllə partlamasından həlak olub

    Əsgər güllə partlamasından həlak olub ...

    9-09-2013, 11:20

  • 
  • Hərbi hissədə zabit əsgərin ləyaqətini alçaldıb

    Hərbi hissədə zabit əsgərin ləyaqətini alçaldıb ...

    18-09-2014, 16:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (372)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu