“Sabirabadda tam sakitlikdir. Sadəcə olaraq bir nəfər dini təriqətçi lazımsız təbliğat aparıb”. gundemxeber.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Sabirabaddan olan deputat Rüstəm Xəlilov deyib. “Sabirabad əhli İslam dininə sadiq olub. Ona görə də həmin şəxs rayonda əhalini başqa təriqətə cəlb etməyə cəhd etdiyindən əhalinin qəzəbinə tuş gəlib. Baş verənlərlə bağlı rayon əhalisi şikayətlənir. Mənə də bununla bağlı müraciət ediblər”, – deyə R. Xəlilov qeyd edib. “Sabirabadlılar dindar olsa da, fanatizmə meylli deyil. Ümumən azərbaycanlılar dini məsələlərə, o cümlədən başqa dinlərin nümayəndələrinə hər zaman ehtiramla yanaşıblar”. Qeyd edək ki, bu günlərdə Sabirabadda sələfi təriqətinə mənsub bir nəfərin saqqalının qırxılması geniş rezonans doğurub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?