“Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRİ adlı evimizi müxtəlif “milli mənzillərə” böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək”.
gundemxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya Xalqları Assambleyasının toplantısında çıxışı zamanı bildirib. Abbasov bir qədər də irəli gedərək qeyd edib ki, indi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir.
Sabiq Baş nazir müavini onu da əlavə edib ki, bu məqsədlə Rusiya ərazisində yaşayan bütün xalqlar bir yumruq kimi birləşməlidir: “”AzerRos” və azərbaycanlılar isə bu istiqamətdə ön sıralarda olacaqlar”.
Abbasovun bu çıxışından sonra Rusiya Xalqları Assmbleyasının sədri Svetlana Smirnova onu “Fəxri Fərman”la təltif edib.
Maraqlıdır ki, tədbir zamanı Abbasovun Rusiya Prezidenti yanında Şuraya üzv olması üçün namizədliyi də irəli sürülüb və yekdilliklə dəstəklənib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?