“Abbas Abbasovun Azərbaycana qarşı çirkli işlərdə iştirak etməsi barədə müəyyən fikirlər səslənməkdədir. Əgər bu faktlar həqiqətə uyğundursa, mən buna ancaq təəssüflənirəm”.Bunu Yeni Azərbaycan Partiyasının müavini-icra katibi Əli Əhmədov baş nazirin sabiq müavini, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun bu həftə yaydığı bəyanatına münasibət bildirərkən deyib.
Azərbaycanda Abbas Abbasov uzun müddət yüksək dövlət vəzifələrini icra etdiyini eyən, Əhmədov istər Heydər Əliyevin, istərsə də, prezident İlham Əliyevin ona böyük etimad göstərdiyini xatırladıb. “Bütün bu etimaddan sonra əgər Abbas Abbasov Azərbaycanda Heydər Əliyev xəttinə qarşı çıxan hərəkətlər edəcəksə, addımlar atacaqsa, Azərbaycan vətəndaşları bunu qəti şəkildə pisləyəcəklər. Güman edirəm ki, Abbas Abbasov bundan zəruri nəticə çıxarmalıdır. Hər bir Azərbaycan vətəndaşı dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycanın milli maraqlarını qorumalıdır”, - Əli Əhmədov deyib.
Qeyd edək ki, Abbas Abbasov yaydığı bəyanatında son bir neçə ayda Azərbaycanda Rusiya əleyhinə kampaniya aparıldığını və bunun oarada yaşayan soydaşlarımıza zərərvurduğunu qeyd edib. O, Rusiyanın simasında özlərinə düşmən uydurmaqdansa şlkədəki mövcud problemləri həllk etməyi tövsiyə edib.
Sorğu
Yeni dizaynımız necədir?