Tanınmış hüquq müdafiəçisi Oktay Gualiyev şəxsi feysbuk səhifəsində cəhbəçiləri təbrik etdi. gundemxeber.az həmin məktubu olduğu kimi təqdim edir:
Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasından 29 il ötür. Xalq Cəbhəsi Əbülfəz Elçibəyin rəhbərliyi altında müstəqilliyimizin bərpa olunmasında müstəsna rol oynayıb. Təşkilatın minlərlə üzvü torpaqlarımızın qorunmasında könülllü olaraq iştirak edib və şəhid olub. Təşkilatın minlərlə üzvü şərlənib həbs olunub, ölkədən didərgin salınıb, məşəqqətli həyat yaşayıb. Amma bütün bunlara baxmayaraq mübarizəni davam etdirib və bu gün də davam etdirir.
Xalqımızın mübarizə tarixində AXC- nin şərəfli yeri var. Cəbhəçilər 29 ildir ölkədə azadlıq və demokratiya uğrunda dayanmadan, qətiyyətlə mübarizə aparır. Cəbhəçilik təkcə bir əqidə deyil, mübarizə, əyilməzlik, dönməzlik simvoludur. Cəhbəçilik bir məktəbdir. Bu məktəbi şərəflə başa vuranlar, kəsilib yarı yolda qalanlar da oldu...
AXC- nin məramı müstəqil, demokratik, bütöv Azərbaycan qurmaqdır. Müstəqillik əldə etdik. İnanıram ki, yenə də mübarizənin önündə olan cəbhəçilərin iştirakı və xalqımızın dəstəyi ilə Demokratik, Bütöv Azərbaycanı da quracayıq!
Əbülfəz Elçibəy başda olmaqla şəhid olmuş cəhbəçilərə Allahdan rəhmət diləyirəm. Əqidəsini, yolunu dəyişməyib mübarizəsini davam etdirən cəbhəçiləri təbrik edirəm. Onlara Azadlıq və Demokratiya uğrunda apardığımız mübarizədə uğurlar arzulayıram!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?