GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Elmira Axundovanın “Böyük yalanı”...

Elmira Axundovanın “Böyük yalanı”...

Tarix: 18-07-2014, 03:04 Bölmə :Manşet Baxış: 0
Elmira Axundovanın “Böyük yalanı”...


(AntiAXC anatomiyasına dair qeydlər... 2-ci yazı)

xxx

“Böyük yalan”ı termin kimi təbliğat nəzəriyyəsinə Adolf Hitlerin gətirdiyi qəbul edilir. Bu anlayışı ifadə etmək üçün ən çox onun “Mein Kampf”ındakı aşağıdakı fikirləri, bir qayda olaraq kontekstdın çıxarılaraq, sitat gətirilir.

“Kütlələr hisslərlə hərəkət edər və daim ifrata qaçarlar. Buna görə də qocaman yalanlara inanarlar... Ən böyük yalanların belə daim bir hissəsinə inanılır. Geniş kütlələr bəzən hisslərinin bəsit və sadəliyi üzündən xırda bir yalana inanmasa belə böyük yalanlara aldana bilir, ümumilikdə isə özü kiçik yalanlar uydurur, amma böyük yalanlar uydurmaqda utanır. Geniş kütlələr böyük yalanlar uydurma saxtakarlığını ağlına gətirməz. O mözuda izahlar verilsə belə, yenə də şübhə, tərəddüd içində qalarlar. Amma nəticədə ona təqdim olunan təsadüfi bir açıqlamanı doğru hesab edib qəbul edərlər. Ən sadə və bəsit yalanlar da daim iz buraxır”. (bax: Adolf Hitler. Mənim Savaşım. Bakı 2004, səh. 123, 162)

xxx

Yazını ondan başladıq ki, bir jurnalist mənə zəng edib deputat E. Axundovanın Milli Məclisin binasında brifinq keçirib orda “ 1990-cı ildə Əbdürrəhman Vəzirov Ermənistandan gələn qaçqınların Şuşa və Xankəndində məskunlaşması haqqında qərar vermişdi. Bu proses də başlamışdı. Xalq Cəbhəsi bəyanat verdi ki, Şuşa, Xankəndi və başqa rayonlarda qaçqınların yerləşdirilməsinə yol verməyəcək... ” məzmunundakı açıqlamasına şərh istəmişdi və mən də: “Birisi parlament binasında bir dəstə jurnalisti başına yığıb uydurma olduğu açıq aydın görünən şeylərdən danışır, sizi və oxucularınızı bu cür cəfəngiyyata inanacaq qədər axmaq yerinə qoyur, biz də durub buna vaxt itirməliyik?!” deyib, cavabdan çox təpki göstərmişdim.

Mən həmin və sonrakı günlər məsələ ilə bağlı saytlara məsələ ilə bağlı göz atarkən jurnalistin mənə telefonla şərh istədiyi məsələnin yazılı şəkili ilə də rastlaşdım. Yazılı variantda yeni informasiya vardı. “1990-cı ildə Əbdürrəhman Vəzirov Ermənistandan gələn qaçqınların Şuşa və Xankəndində məskunlaşması haqqında qərar vermişdi. Bu prosesə də başlamışdı. O zaman Əbdürrəhman Vəzirovun köməkçisi Rasim Ağayevin də dediyi kimi, məhz Xalq Cəbhəsi bəyanat verdi ki, Şuşa, Xankəndi və başqa rayonlarda qaçqınların yerləşdirilməsinə imkan verməyəcək. Tərəf qəzetinin saytı 16 fevral. Məlum oldu ki, E. Axundova hər halda dediyinin təsdiqi kimi bir mənbə - həmin mənbənin nə qədər mötəbər olmasının özü bir başqa məsələ olsa da - hər halda konkret bir mənbə göstəribmiş.Təbii ki, mən göstərilən mənbədə araşdırma apardım.

Məlum kitabın Rasim Ağayevə məxsus bölməsində 137-ci səhifədə bu məsələ haqqında deyilir: “Artıq azərbaycanlı qaçqınlar haqqında ilk xəbərlər alınan kimi bir çoxları respublika rəhbərliyinə təklif etdilər ki, onlar DGMV rayonlarında yerləşdirilsin… Lakin nə K. Bağırovun, nə də Ə Vəzirovun vaxtında millətçiliyi cilovlamağ üçün olan bu şansda istifadə olunmadı. Bu imkan üzərində vətənpərvər qeyri formallar da çalışırdılar. Əbülfəz Qədirqulu oğlu Əliyevin silahdaşları bildirir ki, AXC liderləri həmin vaxt ona təkidlə tövsiyə edirdilər ki, hakimiyyət qaçqınları mümkün olduğu qədər Dağlıq Qarabağ və onunla həmsərhəd rayonlarda yerləşdirilməyə məcbur edilsin. Lakin AXC- nin lideri qaçqınların hərakatın zərbə qüvvəsi olduğunu bəyan edərək bu təklifin əleyhinə çıxıb. Ə. Əliyevin taktikası həm hadisələri inkişafı, həm demokratiyanın və respublikanın taleyi üçün acı nəticələrə səbəb oldu. Bir anda hər şeyini itirmiş şəxslərə istelakçı kimi yanaşması respublikanın gələcək prezidentinin mənəvi əxlaqi xüsusiyyətləri göstərməklə bir şeyi də açıb göstərirdi. Fəaliyyəin vətənpərvərlik motivasiyaları xudbin siyasi haqq hesablara qurban verilirdi. Təxminən həmin vaxtda Ə. Vəzirov vilayətin azərbaycanlılar yaşayan məntəqələrinin yardım edilməsi üçün Qarabağa yardım Komitəsi yaradılmasına təşəbbüs edildi. Yeri gəlmişkən tikintilərin aparılması ilə yanaşı bəzi kəndlərə qaçqın ailələrinin göndərilməsi də nəzərdə tutulurdu. AXC liderləri bir nəfər kimi Şuşa və digər yaşayış məntəqələrinin social iqtisadi inkişafına dair hökümət proqramına qarşı çıxdılar. AXC liderləri bildirirdilər ki, “Biz bu Proqramı müdafiə edə bilmərik, çünki o azərbaycanlı əhalinin vəziyyətinin yaxşılaşdıracaq. Buna isə yol vermək olmaz, çünki Qarabağda vəziyyətin yaxşılaşması Kompartiyaya əl verir, o bundan ancaq güclənir”
Qaçqınların yerləşdirilməsinə AXC-nin münasibətinə dair Rasim Ağayevin dediklərinin tümü bundan ibarətdir.

Diqqət edin, Rasim Ağayev və Z. Əlizadənin kitabında “Xalq Cəbhəsi bəyanat verdi ki, Şuşa, Xankəndi və başqa rayonlarda qaçqınların yerləşdirilməsinə imkan verməyəcək. Çünki Ermənistandan gələn qaçqınların Qarabağda yerləşdirilməsi Əbdürrəhman Vəzirovun və Kommunist Partiyasının möhkəmlənməsinə xidmət edirdi.” fikri, cümləsi yerli dibli yoxdur.

R. Ağayev “sadəcə və yalnız” iddia edir ki, həmin vaxt Ə. Vəzirov Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinin yardım edilməsi üçün Dağlıq Qarabağda Şuşa və digər yaşayış məntəqələrinin social – iqtisadi inkişafına dair hökümət proqramı qəbul edibmiş, və AXC liderləri, biz bu Proqramı müdafiə edə bilmərik, çünki o azərbaycanlı əhalinin vəziyyətinin yaxşılaşdıracaq, buna isə yol vermək olmaz, çünki Qarabağda vəziyyətin yaxşılaşması Kompartiyaya əl verir, o bundan ancaq güclənir” deyərək buna qarşı çıxıblar. Doğrudur, R. Ağayev Dağlıq Qarabağda Şuşa və digər yaşayış məntəqələrinin social – iqtisadi inkişafına dair hökümət proqramından danışarkən ötəri olaraq qeyd edir ki, həmin proqramda tikintilərin aparılması ilə yanaşı bəzi kəndlərə qaçqın ailələrinin də yerləşdirilməsi nəzərdə tutulubmuş, lakin AXC- nin mövqeini məsələnin bu cəhəti ilə qətiyyən heç bir şəkildə əlaqələndirmir.

E.Axundova R. Ağayevin “azərbaycanlılar yaşayan Şuşa və digər yaşayış məntəqələrinin social iqtisadi inkişafına dair hökümət proqramında bəzi kəndlərə (azərbaycanlılar yaşayan kəndlərə! – P. H.) qaçqın ailələrinin də yerləşdirilməsi nəzərdə tutulurdu” ifadəsini , “1990-cı ildə Əbdürrəhman Vəzirov Ermənistandan gələn qaçqınların Şuşa və Xankəndində məskunlaşması haqqında qərar vermişdi” şəklində, ”AXC liderləri bir nəfər kimi Şuşa və digər yaşayış məntəqələrinin social iqtisadi inkişafına dair hökümət proqramına qarşı çıxdılar, AXC liderləri bildirirdilər ki, biz bu Proqramı müdafiə edə bilmərik, çünki o azərbaycanlı əhalinin vəziyyətinin yaxşılaşdıracaq. Buna isə yol vermək olmaz, çünki Qarabağda vəziyyətin yaxşılaşması Kompartiyaya əl verir, o bundan ancaq güclənir” ifadəsini isə, “Xalq Cəbhəsi bəyanat verdi ki, Şuşa, Xankəndi və başqa rayonlarda qaçqınların yerləşdirilməsinə imkan verməyəcək. Çünki Ermənistandan gələn qaçqınların Qarabağda yerləşdirilməsi Əbdürrəhman Vəzirovun və Kommunist Partiyasının möhkəmlənməsinə xidmət edir” şəklində redaktə edib saxtalaşdırmışdır.

xxx

KİV-də getmiş materiallara baxarkən əldə edə bildiyim ikinci informasiya ondan ibarət oldu ki, E.Axundova bu başı bəlalı qərar və bəyanat digər açıqlamaları haqqında brifinqdən üç gün əvvəl Azadlıq qəzetinə göndərdiyi məqalədə də yazıbmış. Güya qəzet əvvəlcə məqaləni çap etməyə razılıq versə də sonra sözünü pozub imtina edibmiş və o da məcbur olub həmin brifinqi keçirib. Bir neçə gün sonra, fevralın 16-da (2013-cü il - P. H.) E.Axundovanın Milli Məclisdə brifinqdə anonsunu verdiyi “Azadlıq” qəzetinin cap etməkdən imtina etdiyi bildirilən məqalə Publika.az saytında dərc olundu. Lakin həmin məqalədə də nə Vəzirovun ermənistan qaçqınlarını Stepanakertə yerləşdirmək qərarından, nə də Xalq Cəbhəsinin buna imkan vermərik Bəyanatından haqqında əsər əlamət yoxdur. Aydın olur ki, xanım bu məsələni “Azadlıq” qəzetinə məqaləni göndərdikdən keçəh 3 gün ərzində, ehtimal ki, elə brifinqin gedişində uydurub. Çünki əks təqdirdə “Azadlığ”a göndərilən məqalədə əksini tapardı.

Məsələni bitmiş hesab etmək olar. Ümumiyyətlə hüquqa görə bir tərəf haqqında yayılan məlumatın həqiqətə uyğun olmadığını, yalan və böhtan olduğunu bildirirsə bunun üçün həmin məlumatların doğru olmadığını sübut etməyə borclu deyildir. Yayılan məlumatın doğru olduğunu sübut etmək vəzifəsi bütünlüklə həmin məlumatları yayan tərəfin üzərinə düşür.

xxx

Lakin polemika əks arqumentlərin də gətirilməsini nəzərdə tutur və mən məntiqi mülahizələr və faktların müqayisəli təhlili şəklində əks arqumentləri də ortaya qoyuram.
Bu “sensasiyon” məlumatın ağ yalan olduğu elə ondan görünür ki, Ə.Vəzirov 90-cı ildə heç hakimiyyətdə olmayıb. Həmin ilin yanvarın ikinci ongünlüyünün əvvəllərindən hakimiyyətdən uzaqlaşdırılıb Moskvaya aparılmışdı. 89-cu ilin sonu 90-cı ilin 20 yanvar ərəfəsində Azərbaycanda hər şey bir- birinə dəymişdi. Gəncənin həndəvərində erməni silahlıları ilə döyüşlər gedirdi. O vəziyyətdə Vəzirov “Ermənistandan gələn qaçqınları Şuşa və Xankəndində məskunlaşması haqqında qərar vermək hayında idi? Xankəndindən orda əsrlər boyu yaşayan azərbaycanlılar 89-cu ilin iyulundan bir nəfər kimi qovulmuşdu. Heç onları Şuşaya yerləşdirmək mümkün olmamışdı”.

Necə təsəvvür etmək olur ki, hakimiyyət Ermənistandan gələn qaçqınların Şuşa və Xankəndində məskunlaşması haqqında qərar verir, Xalq Cəbhəsi də buna qarşı bəyanat verir ki, Şuşa, Xankəndi və başqa rayonlarda qaçqınların yerləşdirilməsinə yol verməyəcək? Xalq Cəbhəsi həmin gün bitərdi. Və bir nəfər də olsun cəbhəçiyəm deyib küçəyə belə çıxa bilməzdi. Çünki 88- ci ilin əvvəllərindən başlayaraq və AXC yarandıqdan sonra da elə onun özünün bütün mitinq və nümayişlərdə sələnən əsas tələblərindən biri o idi ki, bir halda ki, ermənilər azərbaycanlıları ermənistandan qovub çıxarırlar, ermənilər də Dağlıq Qarabağdan çıxarılıb yerinə həmin azərbaycanlılar yerləşdirilməlidir.
Ola bilərmi ki, hökümət belə bir qərar, Xalq Cəbhəsi də belə bir bəyanat versin, bu erməni və SSRİ- nin erməniyanlı mətbuatının diqqətindən kənarda qalsın? Mümkün deyildi. Çünki, Dağlıq Qarabağda erməni seperatizmi Azərbaycandan ayrılmalarını zəruri edən əsaslardan biri kimi azərbaycanlıların Vilayətin demoqrafik balansını dəyişdirdiyini, ermənilərin demoqrafik təcavüzə məruz qaldılarını göstərirdilər. Belə bir vəziyyətdə hətta hökumət qərarı məxvi olsa belə Xalq Cəbhəsinin bəyanatından tutub dünyaya car çəkilməzdimi, dediklərinə sübut kimi? Hökumət məxvi qərar qəbul edə bilər. Lakin AzərbaycanXalq Cəbhəsi məxvi bəyanat verə bilməz ki! Bəyanat elə adı ilə açıqlığı, publikliyi ehtiva edir. Lakin nə keçmiş SSRİ- nin, o cümlədən Azərbaycan SSR -in rəsmi və ya samizdat mətbuatında, nə də dünya mətbuatında bu barədə heç nə yoxdur.
Deyək ki, 88- 91ci illərdə vəziyyətin Azərbaycanın SSRİ tərkibində olmasından irəli gələn nyuansları vardı. Bəs SSRİ dağılandan sonra AXC- nin düşmənləri, opponentləri, onu vurmaq üçün belə bir fürsəti əldən buraxardılarmı? Lakin, E.Axundova 2013- cü ilin fevralın 13- də Milli Məclisdə brifinq verənə qədər heç kim bu barədə danışmayıb və bu məsələ heç bir yerdə əksini tapmayıb!

Xalq Cəbhəsi , ya hansısa başqa bir ictimai, siyasi qurum Ermənistandan gələn qaçqınların Stepanakertə və ya Şuşaya yerləşdirilməsinə bəyanat vermək, publik müraciətlər etmək, kütləvi aksiyalar keçirməkdən başqa hansı üsul, forma, mexanizmlə imkan verməyə bilər, bu tipli qərarlara qarşı çıxa bilərdi? Ola bilərmi ki, belə hərəkətlər olsun və mətbuatda iz buraxmasın? Mümkün deyil! Lakin heç bir iz də yoxdur!
Deyilənlərdən çıxan həqiqiliyi acıq aşkar məntiqi nəticə odur ki, Ə.Vəzirovun Ermənistan qaçqınlarını Stepanakertə və Şuşaya yerləşdirmək barədə qərarı və AXC-nin qarşı çıxaraq buna imkan vermərik məzmununda bəyanatı ümumiyyətlə mövcud olmayıb başdan ayağa E.Axundovanın öz uydurması – “böyük yalanı”dır.

xxx

Əslində mənim E. Axundovanın “1990-cı ildə Əbdürrəhman Vəzirov Ermənistandan gələn qaçqınların Şuşa və Xankəndində məskunlaşması haqqında qərar vermişdi. Bu proses də başlamışdı. Xalq Cəbhəsi bəyanat verdi ki, Şuşa, Xankəndi və başqa rayonlarda qaçqınların yerləşdirilməsinə yol verməyəcək...” məzmunundakı açıqlamasının üzərində belə uzun uzadı dayanmağımın əsas məqsədi heç də o deyildi ki, bu mənasız cəvfəngiyyatın doğru olmadığını sübut edim. Yuxarıda dedim ki, bunu normal məntiqi olan hər kəs bir azacıq düşünsə ayırd edər. Məqsəd odur ki, ümumən antiAXC ittihamların əsasına qoyulan faktların mənasız cəfəngiyyat olduğu, təbiəti, tərkibi, konstruksiyasının absurdluğu haqqında düzgün təsəvvür yaradılsın, antiaxcçiliyin yalan və yalançlıq, saxta və saxtakarlıq təməli üzərində durduğuna, ən abırlı görünən AXC ittihamçılarının birinin simasında isə onların saxtaçı, uyduruqçu, yalançı olduqlarına diqqət çəkilsin.

(Ardı növbəti sayda)

Pənah HÜSEYN

Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ABŞ kəşfiyyatı: Adolf Hitler narkoman idi

    ABŞ kəşfiyyatı: Adolf Hitler narkoman idi ...

    13-10-2014, 14:44

  • 
  • ABŞ-da Adolf Hitler yüksəlişi

    ABŞ-da Adolf Hitler yüksəlişi ...

    1-11-2018, 13:31

  • 
  • Hitlerin uşaqlıqda sevdiyi yəhudi qızla bağlı xatirə - Maraqlı

    Hitlerin uşaqlıqda sevdiyi yəhudi qızla bağlı ...

    5-01-2014, 23:54

  • 
  • Saakaşvili Ukrayna prezidentini təhqir etdi — "O, bəsit alverçidir"

    Saakaşvili Ukrayna prezidentini təhqir etdi — ...

    29-07-2017, 17:30

  • 
  • Hitlerin nəsli kəsilir…

    Hitlerin nəsli kəsilir… ...

    26-09-2014, 08:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu