GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Sədərək TM-nin 50 qəpiklik mənimsəmələri

Sədərək TM-nin 50 qəpiklik mənimsəmələri

Tarix: 18-07-2014, 22:48 Bölmə :Manşet Baxış: 0
Sədərək TM-nin 50 qəpiklik mənimsəmələri


Sədərək TM-nin 50 qəpiklik mənimsəmələri
Dairəvi yolun təmirinin uzanması Sədərək TM, Nəqliyyat Nazirliyi, Yol Polisi üçün sui-istifadə baxımdan göydəndüşmədir

Azərbaycanda yol çəkilişlərinin həyata keçirilməsi bu işdə iştirak edən bir çox dövlət qurumları məmurları üçün əməlli başlı yeyinti mənbəyinə çevrilib. İldən-ilə ölkənin müxtəlif ərazilərində, xüsusən də paytaxt Bakını birləşdirən yolların təmiri və yenidən qurulması prosesinə ayrılan investisiya xərcləri çoxaldılır. Amma araşdırmalar göstərir ki, yol infrastrukturuna çəkilən xərclərin heç də hamısı həmin məqsəd üçün istifadə edilmir. Burada mənimsəmə halları geniş vüsət alıb. Məhz bu amil yüksək rütbəli məmurları yol tikintisi sahəsinə "daha çox qayğı" göstərməyə həvəsləndirib.
Hazırda Bakıdan Gəncə və ölkənin cənub rayonlarına nəqliyyat vasitələrinin hərəkət etdiyi Dairəvi yol təmirdədir. Və bu proses də nədənsə uzun çəkir. Yolun təmirə dayanması səbəbindən, cənub və qərb bölgəsinə gedən maşınlar yollarını Sədərək Ticarət Mərkəzinin ərazisindən salmağa məcbur olublar. Ona görə məcbur olublar deyirik ki, buradan keçmək həmin zonalara gedən nəqliyyat vasitələri sahibləri üçün əməlli-başlı cəhənnəmə çevrilib. Sözügedən yol tikintisi işlərinin uzanmasına səbəb isə Sədərək Ticarət Mərkəzinə daxil olarkən, kart götürüb, buradan çıxarkən 50 qəpiklik pul ödəməklə bağlıdır. Belədə buradan Gəncə, Astara zonası üzrə hərəkət etməli olan bütün maşınlar, nəinki şəxsi, hətta sərnişin daşımaq funksiyasını həyata keçirən avtobus sürücüləri də, Sədərək TM-nin ərazisindən keçməli olduğu halda deyilən 50 qəpiyi ödəmək məcburiyyətindədir. Bu baş verməsə, həmin maşınların hərəkətinə ümumiyyətlə icazə verilmir. Əvvəldən bəlli idi ki, ticarət mərkəzi rəhbərliyi ərazisinə daxil olan nəqliyyat vasitələrindən haqq alırdı. Amma məsələ ondadır ki, rəhbərlik bu haqqı yalnız ticarət mərkəzinə gələrək, burada alış-veriş gedən müddət ərzində dayanacaqlarda dayanmalı olan maşınlardan alırdı. Yəni bu ödəmənin əslində yolun təmiri səbəbindən, Gəncə, Astara istiqaməti üzrə hərəkət edən nəqliyyat vasitələrinə heç bir aidiyyatı olmamalı idi. Onlar ticarət mərkəzinə daxil olan ərazidən əsas hərəkət yolunun bağlanması səbəbilə istifadə etmək məcburiyyətindədirlər. Yəni öz xoşlarına bu yolu seçməyiblər. Belə olan halda, müvafiq qurumlar həmin zona üzrə hərəkət edən maşınların əvvəlki yolda olduğu kimi, hər hansı bir yol haqqı ödəmədən normal hərəkətinə şərait yaratmalı idilər. Adətən, sivil ölkələrdə hər hansı bir yol təmirə bağlanırsa, sürücülərə alternativ yollar təklif olunur. Azərbaycanda isə bu məsələdə özbaşınalıq hökm sürür. Sürücülərə sözügedən halda alternativ yolu təşkil etməli olan qurumlar, Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi problemin həllini öz üzərlərindən ataraq, sürücülərin ixtiyarına buraxır. Sədərək Ticarət Mərkəzi ərazisində cənub və qərb istiqaməti üzrə hərəkət edən maşınlar ətrafında yaranmış bu vəziyyət onu deməyə əsas verir ki, alternativ yolların təklif edilməsi məsələsi bilərəkdən öz həllini tapmır. Çünki, alternativ yolların olmaması ona cavabdeh qurumların vəziyyətdən sui-istifadə etmələrinə şərait yaradır. Necə ki, Sədərək Ticarət Mərkəzində belə sui-istifadə hallarına yol verilir. Göründüyü kimi, ticarət məntəqəsinin rəhbərliyi yaranmış durumdan öz xeyrinə "bəhrələnərək" qanunsuzluğa yol verir. Gün ərzində bu ərazidən qərb və cənub zonasına çoxsaylı nəqliyyat vasitələri şütüyür. Bunun sayını dəqiq bilmirik. Amma aydın məsələdir ki, çoxsaylıdır. Belədə gün ərzində oradan başqa istiqamətə getmək üçün keçən maşınlardan da 50 qəpik qoparmaqla ticarət məntəqəsinin rəhbərliyi daxil olmaqla, bəzi qurumların məmurları da külli miqdarda vəsait mənimsəyirlər. Aydın məsələdir ki, bu işi məntəqə rəhbərliyi təkbaşına görə bilməz. Ona bu imkanı verməzlər. Deməli, həmin mənimsəmələr heç də təkcə sözügedən məntəqə sahibinin cibinə getmir. Prosesdə yolun təmirini həyata keçirən şirkətinin, Nəqliyyat Nazirliyi, habelə Yol Polisinin, bu layihəyə "dobro" verən digər yüksək çinli məmurların da maraqlı tərəf kimi çıxış etməsi istisna deyil. Yəni həmin şirkət və qurumlara hazırki halda Gəncə tərəfə gedən yolun təmirinin uzanması sərf edir. Çünki, təmir işləri müxtəlif bəhanələrlə uzandıqca, bir tərəfdən dövlət büdcəsindən yeni-yeni vəsaitlər bura cəlb olunacaq, digər tərəfdən də, 50 qəpiklik məsələsi ilə bağlı olaraq da, yuxarıda adları qeyd olunan qurumların məmur kəsimi, ondan gələn milyonlarla manat pulu rahatca mənimsəyəcək. Onu da qeyd edək ki, vaxtilə Dairəvi yol adlanan bu yolun çəkilişini türk şirkəti "Turan Xəzinədaroğlu" həyata keçirib. Yolun çəkilişi nə qədər uzanacaqsa, cənub və qərb istiqamətinə gedən maşınlardan tutulan həmin 50 qəpiklik məsələ də qalmaqda davam edəcək. Heç də inandırıcı deyil ki, bu vəsaitlərdən vergi qismində dövlət büdcəsinə nəsə daxil olsun. Bu ümumiyyətlə mümkün də deyil. Çünki, həmin məsələ qanunsuz olaraq həyata keçirildiyindən, ondan gələn gəlirdən vergiyə cəlb olunmanın baş verməsini gözləmək yersiz olardı. Axı bu halda, prosesi icra edənlər qanunsuzluğa yol verdiklərini ört-basdır edə bilməyəcəklər.
Maraqlı tərəfdən biri də odur ki, həmin 50 qəpiyi vermək məcburiyyətində qalan sürücülər də susmağa üstünlük verir. Onlar bunun kiçik rəqəm olduğunu düşünərək, haqlarının tələb olunmasına çalışmırlar. Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, hər hansı bir avtomobil yolunun müəyyən müddətə bağlanması müqabilində, müvafiq qurumlar sürücüləri alternativ yollarla təmin etməlidir. Daha Sədərək Ticarət Mərkəzinə gedən yolda olduğu kimi pullu yolu deyil...

Rəşad Hüseynov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakı dairəvi yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub

    Bakı dairəvi yolunda nəqliyyatın hərəkəti tam ...

    5-09-2014, 10:46

  • 
  • Alternativ yolların olmamasında Nəqliyyat Nazirliyi ilə Yol Polisi maraqlıdır

    Alternativ yolların olmamasında Nəqliyyat ...

    18-07-2014, 22:52

  • 
  • Maliyyə Nazirliyi “Orion M”MMC-də böyük yeyintilər aşkarlayıb

    Maliyyə Nazirliyi “Orion M”MMC-də böyük ...

    26-11-2013, 22:17

  • 
  • Cənub bölgəsinə şad xəbər: yolunuz düzəlir

    Cənub bölgəsinə şad xəbər: yolunuz düzəlir ...

    21-11-2015, 12:41

  • 
  • Cənub zonasında güclü duman: nəqliyyatın hərəkətində çətinliklər yaranıb

    Cənub zonasında güclü duman: nəqliyyatın ...

    8-01-2020, 10:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu