Gəncə, Ağsu, Şəmkir, Xaçmaz, Qusar, Gədəbəy rayon icra hakimiyyətinin başçıları, habelə Bakının Xətai, Sabunçu, Nəsimi və Xəzər rayon rəhbərləri işlərindən azad oluna bilər. Bu barədə Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.
Xəbəri verən qaynağın iddialarına görə, adları çəkilən rayon icra hakimiyyəti başçıları ilə bağlı qərar artıq verilib və onlar zaman-zaman işlərindən alınacaqlar.
Mənbənin gundemxeber.az-a söylədikləri: «Sentyabr ayından etibarən icra başçılarının ələmə prosesi start götürəcək. Eyni zamanda daha bir neçə rayonun İH başçıları ilə bağlı yerdəyişmə qərarı veriləcək. Adları çəkilən rayon rəhbərləri isə vəzifələrini birdəfəlik itirəcəklər».
Sorğu
Yeni dizaynımız necədir?