Etibardan sui-istfadə edərək ələ keçirdiyi torpağın əsl sahibinə gecə basqını təşkil etdi
Onun bir polis zabitini də basqınçı dəstəyə cəlb etdiyi deyilir
Azinform.az-a dünən gecə Bakının Ramana qəsəbəsində baş verən kriminal bir hadisə ilə bağlı maraqlı məlumat daxil olub. Ən qəribəsi isə bundan ibarətdir ki, bu hadisə mühüm dövlət qurumlarında çalışan şəxslərdən ibarət dəstənin iştirakı ilə törədilib. Bizə verilən informasiyada bildirilir ki, əslən Naxçıvan MR-in Cəhri kəndindən olan Əskərov Əli Məmməd oğlubir qrup şəxslə əlbir olaraq Ramana qəsəbəsində yaşayan sakinlərdən birinin evinə basqın edib. Məlumata görə torpaq mübahisəsi ilə bağlı yaranmış hansısa narazılığı Əskərov Əli bu qaydada çözmək istəyirmiş.
Basqın zamanı dəstə üzvləri ev sahibləri tərəfindən ciddi müqavimətlə üzləşdiyini hiss edəndə hadisə yerindən qaçıblar. Mənbəmizin dediyinə görə, basqınçı dəstənin tərkibində mayor rütbəli bir polis işçisi də olub. Hadisə zamanı vəziyyət o qədər gərginləşib ki, həmin polis nəfəri münaqişə yerindən qaçarkən öz ayaqqabılarını da unudub. Hazırda polisə məxsus ayaqqabılar basqına məruz qalan şəxslərin əlindədir.
Basqında iştirak edən polisin adı və hansı bölmədə işlədiyi də bizə məlumdur. Apardığımız bəzi dəqiqləşdirmələrdən sonra onun adını açıqlayacayıq. Dəstəyə başçılıq edən Əkbərov Əli Məmməd oğlunun Nəqliyat Nazirliyinin işçisi olduğu bildirilir.
bas1Apardığımız araşdırma nəticəsində həmçinin müəyyən etdik ki, hadisənin baş qəhrəmanı sayılan Əkbərov Əli nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Davud Məmmədovun rəhbərlik etdiyi qurumda çalışır. Onun barəsində əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki, Əli 90-cı illərdə hərbi xidmətdən yayınmaya görə, 5 ilə yaxın həbsdə olub. Əlinin son prezident seçkilərində müxalifət fəalları ilə də sıx təmasda olduğu, hətta onlara müəyyən maliyyə köməkliyi göstərdiyi də deyilir. Belə reputasiyaya malik olan bir şəxsin dövlət qurumunda hansı məqsədlər üçün işə götürüldüyünə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı, ancaq bu məsələyə nazirliyin münasibətini öyrənməyə çalışacayıq.
Azinform.az Ramanadakı hadisə zamanı dəstəyə başçılıq edən Əli ilə əlaqə saxlayıb . (o55 ) 277-21-77 nömrəli telefona edilən zəngə cavab verən Əli əvvəl həmin hadisədə iştirak etmədiyin dedi. Sonra isə hadisənin ən xırda təfərrüatlarının da bizə bəlli olduğunu gördükdə aqresivləşməyə başladı: «Sənə bu informasiyanı kim verib? Sən kimsən ki, bu hadisə ilə maraqlanırsan? Ged ürəyin nə istəyir yaz. İstəyirsən yaz ki, Əli Beladendir».
Bunu deyib dəstəyi asdıqdan sonra Əli bizim növbəti zənglərimizə cavab vermədi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?