Bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığı atışma dünən gecə Sabunçu rayonunun Ramana qəsəbəsində, “Şuşa” şəhərciyindəki məcburi köçkünlərin məskunlaşdığı ərazidə yerləşən “Naxçıvan” kafesində baş verib.
gundemxeber.az bildirir ki, bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.
Gecə saat 22 radələrində naməlum şəxs əlindəki “Kalaşnikov” avtomatı ilə kafeyə soxularaq atəş açıb. Nəticədə, 33 yaşlı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyev hadisə yerində ölüb, Bakı şəhər sakini, 34 yaşlı Elxan Kərimov isə ağır yaralanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
İlkin məlumatlara görə, hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər radioaktiv materiallarla qanunsuz davranma, saxta pul və qiymətli kağızların hazırlanması və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 51 yaşlı Hikmət Abbasquliyev saxlanılıb.
H.Abbasquliyevin Rusiya Federasiyasında qəsdən adam öldürməyə görə məhkumluq həyatı yaşadığı da məlum olub.
H.Abbaquliyevdən avtomat silah və 17 ədəd patron götürülüb.
Cinayətin digər işitirakçılarının Çingiz, Oktay və Qadir Xudiyev qardaşları olduğu da müəyyənləşdirilib.
Sorğu
Yeni dizaynımız necədir?