Bu dəqiqələrdə Dərbənd şəhərində azərbaycanlıların mitinqi başlayıb. Yerli mənbələrdən Axar.az-a daxil olan məlumata görə, təxminən 100 nəfərə yaxın soydaşımız Dərbənd rayon adminstarsiyasının binası qarşısına yığılıb. Onlar azərbaycanlı icra başçısı Qurban Qurbanovun işdən kənarlaşdırılmasına etiraz edirlər.
Məlumata görə, Dağıstan prezidenti, Milyarderlər İttifaqının üzvü və Abbas Abbasovun dostu Ramazan Abdulatipov onun səlahiyyətlərini vaxtından əvvəl dayandırıb. Bu isə soydaşlarımızın etirazına səbəb olub. Onlar adminstrasiyanın qarşısına yığılıblar.
Bir qədər əvvəl isə Qurban Qurbanovun qardaşı Məhəmməd Qurbanov da Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.
Xatırladaq ki, uzun müddətdir bu vəzifədə çalışan Qurban Qurbanovun vəzifədən uzaqlaşdırılacağı barədə Ramazan Abdulatipov mediaya açıqlama da vermişdi. Ehtimal olunur ki, Dərbəndin yeni icra başçısı da bu şəhərdə çoxluq təşkil edən azərbaycanlıların içərisindən seçiləcək.
Sorğu
Yeni dizaynımız necədir?