Sabiq nazir PA rəhbərinə qarşıəl olan qrupla anlaşmada
gundemxeber.az Keçən günlərdə məlumat verərək bildirmişdik ki, hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin azadlığa çıxıb-çıxmama məsələsi qəti şəkildə həll olunub. Belə ki, sabiq nazirlə aparılan danışıqlarda uğursuzuluq olduğundan onun adının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə verilməsi nəzərdə tutulan əfv fərmanında yer almayacağı bəlliləşib. Bununla bağlı hakimiyyətə yaxın qaynaqlar tərəfindən olduqca maraqlı bir məlumat verilib. Etibarlılığı şübhə doğurmayan qaynağın iddialarına görə, Fərhad Əliyevlə yenidən danışıqlar başlayıb: «Ən maraqlısı isə odur ki, bu dəfə danışıqlar Prezident Administrasiyası adından aparılmayıb və Fərhad Əliyevin diqqətinə çatdırılıb ki, onun həbsində heç də hakimiyyətin bütün qolları maraqlı olmayıb, bu işdə konkret iqtidariçi qüvvələr fəallıq edib». Mənbəmiz bildirir ki, keçmiş nazirə net şəkildə ona zərbənin hardan gəldiyi bildirilib: «Qeyd olunub ki, bu işdə konkret olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev maraqlı olub və bütün proseslər o zaman Rusiyanın xətti ilə cərəyan edib». Mənbəmiz onu da əlavə edib ki, hazırda antiMehdiyevçi cinahda təmsil olunan qüvvələrin yüksəliş dövrüdür: «Onlar Prezident Administrasiyasında və digər dövlət təşkilatlarında önə çəkilirlər. Fərhad Əliyevlə bağlı məsələ də təsadüfən deyil. Və ola bilsin ki, bu gün Ramiz Mehdiyevin əfv komissiyasına rəhbərlik etməsinə baxmayaraq Fərhad Əliyevin adı yenidən siyahıya daxil edilsin və keçmiş nazirin adı məhz Ramiz Mehdiyevin imzası ilə əfv olunması üçün prezidentə təqdim olunsun». Hələlik danışıqların getdiyini bildirən mənbəmiz hər an hər şeyin dəyişə biləcəyini də vurğuladı: «Təbii ki, qarşıdan prezident seçkiləri gəlir və Fərhad Əliyevin azadlığa çıxması həm də növbəti ilin ümumi ab-havasını da müəyyən etmiş olacaq».
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?