GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Müsavat Partiyasından hakimiyyətə dialoq şərtləri

Müsavat Partiyasından hakimiyyətə dialoq şərtləri

Tarix: 17-01-2013, 11:29 Bölmə :Manşet Baxış: 825
Müsavat Partiyasından hakimiyyətə dialoq şərtləri

"Yalnız İlham Əliyev və ya Ramiz Mehdiyevlə dialoqa gedərik"

"Biz yalnız yüksək səviyyəli hakimiyyət nümayəndəsi ilə dialoqa gedə bilərik", Müsavat başqanının müavini Arif Hacılı müxalifət və hakimiyyət arasında mümkün dialoq haqqında danışarkən deyib. "Bu, Ramiz Mehdiyev də ola bilər, İlham Əliyev də", cənab Hacılı BBC Azərbaycancaya deyib. Hakim Yeni Azərbaycan Partiyası rəsmisi Mübariz Qurbanlı 2013-cü il seçki ilində siyasi partiyalarla müxtəlif səviyyələrdə görüşlərin keçiriləcəyini deyib.
BBC Azərbaycancaya danışan Qurbanlı deyib ki, bununla, seçki kampaniyası dövründə namizədlərini müdafiə üçün müxtəlif səviyyələrdə keçirilən görüşlərdə digər partiyaların iştirakını nəzərdə tutub. Qurbanlı deyib:"2013-cü ildə də əgər bu və ya digər siyasi partiya hər hansı bir mövzuda dəyirmi masa, görüş keçirsə və bizi dəvət etsə, biz həmin müzakirələrdə iştirak edəcəyik", Qurbanlı deyib.
YAP rəsmisi deyir ki, partiyalarla birgə vətənpərvərlik, Dağlıq Qarabağ, siyasi partiyaların maliyyələşməsi və sairə bu kimi müxtəlif mövzularda müzakirələr keçirmək mümkündür:"Xatırlayırsınızsa, ötən il YAP müxalifət partiyaları ilə birgə Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsini pisləyən bəyanat yayan Avropa Parlamentinə qarşı birgə mərkəzi qərargahda toplantı keçirdik və iqtidarlı müxalifətli buna etiraz edən bəyanat qəbul etdik", cənab Qurbanlı əlavə edib.
Arif Hacılı isə hesab edir ki, Avropa Parlamentinə iqtidarla birgə etiraz bəyanatının imzalanması müxalifət tərəfindən "xoşməramlı addım" idi. "Amma təəssüf ki, Azərbaycan hakimiyyəti bu addıma adekvat cavab vermədi və prosesi davam etdirmədi" –deyə cənab Hacılı qiymətləndirib. O, eyni zamanda hesab edir ki, Azərbaycanda YAP hakim partiya statusuna malik deyil.
YAP təmsilçisi Müsavat başqanı və prezidentliyə namizəd İsa Qəmbərə Lənkəranda edilmiş hücumla bağlı deyib ki, Qəmbər və Müsavat partiyası "hadisəni şişirdərək seçkiqabağı özünü təşviq etmək üçün istifadə etmək istəyir və bunu hakimiyyətə qarşı yönəltmək düzgün deyil".
"Qəmbərin keçirdiyi mətbuat konfransında və açıqlamalarda mən bunu gördüm. İstənilən ölkədə seçki dövründə bu cür insidentlər baş verir. Saakaşviliyə qarşı, hətta Ərdoğanın özünə qarşı bu cür hadisələr olub. İnsanlar müxtəlif cür düşünürlər. Siyasətçilərə pomidor, yumurta atılması normaldır". Müsavat rəsmisi isə hesab edir ki, polis və icra hakimiyyəti tərəfindən mərkəzi şossedə təşkil olunmuş hadisədə insanların maşınlara hücum edilməsini, söyüş söydürülməsini təşkil etmək kiməsə normal görünə bilər, amma bu hadisələri normal adlandırmaq "anormallıqdır". "Bu insidentlə bağlı DİN açıqlama verib və məsələnin araşdırıldığını deyib. Fikrimcə, baş vemiş hadisə araşdırmadan kiminsə üzərinə yıxmaq, ya da yozmalar aparmaq düzgün deyil. Gözləmək lazımdır", Mübariz Qurbanlı belə deyir.
Arif Hacılı isə iddia edir ki, "bugünədək yüzlərlə insanın gözü qarşısında" baş verən hadisəylə bağlı heç bir cinayət işinin açılmaması" hadisənin hakimiyyət tərəfindən törədilməsinin sübutudur".Müsavat başqanı İsa Qəmbərin korteji bazar günü Lənkəran şəhərində basqına məruz qalıb, yaxınlıqdakı maşınlardan kortejə daşlar və yumurtalar atılıb, partiya bu barədə məlumat yayıb. "Bunun hakimiyyət tərəfindən təşkil olunmasını sübut edən çoxlu faktlar var. Əvvəla yol polisi bizi ləngidərək orada insanların toplanmsına şərait yaradıb və hadisənin bilavasitə baş verdiyi yerdə polis və mülki geyimlilər məsələyə müdaxilə etməyiblər", Arif Hacılı deyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müsavat Partiyasındah hakimiyyətə dialoq şərtləri

    Müsavat Partiyasındah hakimiyyətə dialoq şərtləri ...

    16-01-2013, 10:42

  • 
  • YAP-dan Milli Şuranın dialoq çağırışına cavab verildi

    YAP-dan Milli Şuranın dialoq çağırışına cavab ...

    27-06-2013, 14:56

  • 
  • İqtidarla dialoq müxalifləri üz-üzə qoydu

    İqtidarla dialoq müxalifləri üz-üzə qoydu ...

    16-03-2015, 23:55

  • 
  • İqtidar Milli Şuranın dialoq təklifinə cavab verdi

    İqtidar Milli Şuranın dialoq təklifinə cavab verdi ...

    6-09-2013, 14:21

  • 
  • “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- Arif Hacılı

    “Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- ...

    23-12-2013, 15:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu