GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İqtidarla dialoq müxalifləri üz-üzə qoydu

İqtidarla dialoq müxalifləri üz-üzə qoydu

Tarix: 16-03-2015, 23:55 Bölmə :Ölkə Baxış: 0
İqtidarla dialoq müxalifləri üz-üzə qoydu

Partiyalar arasındakı fikir ayrılığı dərinləşib, qarşıdakı görüşdə formatın dəyişəcəyi gözlənilmir

Prezident köməkçisi Əli Həsənovla bir sıra müxalifət qüvvələrinin görüşü ilə bağlı siyasi dairələrdə yenidən müzakirələr başlayıb. Görüşdə iştirak edənlərlə imtina edənlər arasında qarşıdakı müzakirələrlə bağlı ciddi fikir ayrılıqları da yaranıb.

Bu və ya digər məqamlarla bağlı «Gündəm Xəbər»i məlumatlandıran mənbə deyir ki, iqtidar növbəti görüşlərə AXCP və Müsavat Partiyasının da qatılmasına nail olmaq istəyir. Və bu halda dialoqla bağlı bəzi beynəlxalq qurumların mənfi yönlü fikirlərinin əngəllənəcəyi düşünülür. Lakin görünən odur ki, dialoqda iştirak edən partiyalarla iştirak etməyənlər arasında da ziddiyyətlər həddən artıq dərindir.

Məsələn, strateq.az-a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev deyib ki, dialoq ölkədəki ictimai-siyasi proseslərin inkişafı üçün zəruri prosesdir. Onun sözlərinə görə, bütün siyasi qüvvələrin bu prosesə qoşulması müsbət nəticə verə bilər:

«Bildiyiniz kimi, uzun müddətdir ki, iqtidar-müxalifət dialoqunun vacibliyi barədə çoxlu mövqelər olub. ADP olaraq biz hələ 2007-ci ildə iqtidarla müxalifət arasında siyasi dialoqun vacibliyi barədə mövqe ortaya qoymuşduq və bununla bağlı partiya

olaraq siyasi dialoqa hazır olduğumuzu bildirmişdik, eyni zamanda hakimiyyətə rəsmi qaydada müraciət yollamışdıq. O zaman bizim bu mövqeyimiz cəmiyyət və hətta müttəfiqlərimiz tərəfindən birmənalı qarşılanmadı. Hətta bizi satqınçılıqda da ittiham edirdilər. Zaman keçdi, dünən siyasi dialoqa görə bizi satqınçılıqda ittiham edənlər, bu gün dialoqun vacibliyi barədə danışmağa başladılar. Görünən odur ki, biz zamanında doğru mövqedə olmuşuq. İndi artıq iqtidarla müxalifətin böyük əksəriyyəti arasında iki dəfə təmas baş tutub. Bu təmaslarda iştirak edən liderlərin əksəriyyətinin verdiyi açıqlamalardan da sezilir ki, onlar bu təmaslardan məmnundurlar və cəmiyyət üçün bunu vacib hesab edirlər. Lakin, AXCP və Müsavat Partiyası bu prosesdə iştirak etmirlər və əlavə şərtlər irəli sürürlər. Hesab edirəm ki, dialoq üçün qabaqcadan hər hansı bir şərtin irəli sürülməsi başadüşülən deyil. Çünki, dialoq demokratik bir prosedurdur. Bunun əleyhinə olmaq və ya hər hansı bir formada bundan yayınmaq demokratiyanın əleyhinə olmaq anlamını verir.

Hesab edirəm ki, indiki situasiyada müxalifət bütün imkanlardan istifadə etməlidir. İqtidar-müxalifət münasibətlərinin düşmənçilik müstəvisində olması, nə müxalifətin, nə iqtidarın, nə də bütövlükdə xalqın xeyrinə deyil. İqtidar-müxalifət arasında siyasi dialoqun olması siyasi mədəniyyət nümunəsidir. Siyasi mədəniyyət olmayan cəmiyyətlərdə heç bir siyasi inkişafdan söhbət gedə bilməz. Bunun acı nəticəsidir ki, biz cəmiyyət olaraq siyasi inkişafdan geri qalırıq. Bunu sıravi vətəndaşlar anlamaya bilər, amma siyasi institutların bunu anlamaması faciəlidir».

ADP rəsmisindən fərqli olaraq isə AXCP sədrinin müavini Nurəddin Məmmədli fərqli düşünür. O, deyib ki, hər bir partiyanın öz xətti var, kim dialoqda iştirak etmək istəyirsə, gedib dialoqa apara bilər: «Əgər doğrudan da bu dialoqun arxasında hakimiyyət dayanıbsa, niyə hakimiyyət bir tərəfdə qalıb, bunlar özlərinə əl qatıblar. Təşəbbüs hakimiyyətdən gəlirsə, bunun narahatlığını da hakimiyyət yaşamalıdır. Hakimiyyət bizi dəvət eləsin, şərtlərini açıqlasın, biz də müzakirə edək və qərarımızı bildirək. Bizi dialoqda iştirak etmədiyimizə görə nədəsə ittiham edənlər gedib öz işləri ilə məşğul olsalar, yaxşıdır. Biz mübarizə xəttimizi özümüzü seçirik və bu hakimiyyətə rəqibik. Nə vaxt ki, hakimiyyət dialoq anlayışına demokratiyanın bütün dünyada inkişafı baxımından səmərəli olan rakursda yanaşsa, biz həmin dilaloqda olacağıq. Çalışacağıq ki, Azərbaycanın problemlərini meydanlarda yox, parlamentdə müzakirə masalarının arxasında həll edək. Biz heç vaxt konfliktə getməkdə maraqlı olmamışıq. Sadəcə olaraq, hakimiyyət bu dialoq adı ilə özünə demokratiklik donu geyindirmək, imitasiya vasitəsilə dünyanın qınağından xilas olmaq istəyir. Bizim də davamız bununla bağlıdır».

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bizimlə söhbətində deyib ki, Müsavat Partiyası bu günə qədər həmin görüşdə iştirak etməməsinin səbəbləri barədə bəyanat verib və mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Müsavat Partiyası həmin görüşləri müxalifət-iqtidar dialoqu kimi qələmə verilməsini düzgün hesab etmir: «Əgər müzakirə olunan mövzu qabaqcadan məlum olacaqsa, iştirakçılar da Müsavat Partiyası ilə razılaşdırılacaqsa, Müsavat Partiyası həmin tədbirdə iştirak etmək haqqında qərar verə bilər. Hazırda dialoq məsələsi ilə partiyada hakim fikir bundan ibarətdir».

Göründüyü kimi, müxaliflər arasındakı ziddiyyətlər kifayət qədər təzadlıdır. Məhz buna görə də, qarşıdakı görüşdə iştirak edəcək partiyaların formatının dəyişəcəyinə inam çox azdır.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İqtidar-müxalifət dialoqu başlayır?

    İqtidar-müxalifət dialoqu başlayır? ...

    26-11-2013, 11:53

  • 
  • Fransa səfirliyi Əli Kərimliyə “yox” deyib

    Fransa səfirliyi Əli Kərimliyə “yox” deyib ...

    15-05-2014, 17:57

  • 
  • Müxalifət liderləri restoranda toplaşıb

    Müxalifət liderləri restoranda toplaşıb ...

    10-12-2012, 17:10

  • 
  • Qərbdən müxalifətə vacib mesaj

    Qərbdən müxalifətə vacib mesaj ...

    18-12-2012, 13:23

  • 
  • ABŞ səfirliyində müxalifət liderləri ilə görüş keçirilir (Yenilənib)

    ABŞ səfirliyində müxalifət liderləri ilə görüş ...

    11-09-2013, 13:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu