“İş adamı Hafiz Məmmədov barəsində cinayət işi açılıb. Məşhur biznesmen korrupsiya və dələduzluqda ittiham olunur”.
"gundemxeber.az" "axar.az"-a istinadla bildirir ki, uzun zamandır iş adamının fəaliyyəti araşdırılır.
Bu araşdırma gizli saxlanılsa da, ciddi faktların ortaya çıxdığı və buna görə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin radikal addım atdığı iddia olunur.
İddiada həmçinin Hafiz Məmmədova aid olan bütün biznes obyektlərində yoxlamalar aparıldığı və işçilərin şifahi şəkildə dindirildiyi qeyd olunur. “İş adamına aid “Bakı” Futbol Klubunun futbolçuları Əfran İsmayılov və Elvin Əliyevin klub prezidentləri Hafiz Məmmədova məxsus “Bank of Azerbaijan”da depozit kimi qoyduqları 750 min ABŞ dolları əmanətin bankda yoxa çıxması da araşdırılan məsələlər arasındadır”.
Onu da deyək ki, adı çəkilən futbolçulardan Əfran İsmayılov faktı təsdiq edərək, 400 min ABŞ dolları dəyərində pulunun bankda yoxa çıxmasının Hafiz Məmmədovun düşdüyü çətin durumla əlaqəli olduğunu deyib:
“Doğrudur, belə bir şey var. Biz pulumuzu bankdan götürə bilmirik. Öz adımdan danışsam, daha yaxşı olar. Banka müraciət etmişəm. Bilirik ki, Hafiz Məmmədovun maliyyə məsələləri ilə bağlı problemləri var. Bu problem bankdan da yan keçməyib. Gözləməyi məsləhət görüblər. İstənilən halda pulumu alacağam”.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Axar.az-a danışaraq, qeyd edilən məsələ ilə bağlı onlarda heç bir məlumatın olmadığını bildirdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?