Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclasında baş verənlərdə adı çəkilən şəxslər məsələyə münasibət bildiriblər.
"gundemxeber.az"-ın xəbərinə görə, məsələ ilə bağlı qafqazinfo-ya açıqlama verən Arif Hacılı bildirib ki, bu, tamamilə əsassız xəbərdir: "Müsavat Partiyasının Divan iclasında və ya hər hansı bir toplantısında bu səviyyədə müzakirələr aparıla bilməz. Belə müzakirələr həmin xəbəri yayanların səviyyəsinə uyğundur".
Tural Abbaslı da açıqlamasında xəbərin tamamilə uydurma olduğunu bildirib: "Müsavatda bu səviyyədə iclaslar heç vaxt olmayıb. Ola bilsin ki, iclas daxilində Hüseyn Məliklə bağlı hər hansı fikir səsləndirilib. Amma başqanı ittiham etmək xəbəri uydurmadır. Müşavirləri təyin etmək başqanın səlahiyyətindədir. O ki, qaldı namizədlər arasında yayılan xəbərə, bu da əsassızdır. Ola bilər ki, hər hansı texniki bir məsələdə fikirlər üst-üstə düşməsin. Amma bu o demək deyil ki, onlar bir-birinə qarşı belə ifadələr işlədiblər. Kiçik bir məlumat ətrafında uydurma, əsassız və şişirdilmiş bir xəbər yazıblar".
*****
11:03
Avqustun 18-də "Müsavat"ın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, partiyadan “Bizim Yol”a bildirilib ki, iclas əvvəldən sona qədər qalmaqalla keçib. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb. A.Hacılı Q.İbadoğlunu “Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?” deyə ittiham edib. Q.İbadoğlu isə “sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm” cavabını verib. Bundan sonra A.Hacılı Q.İbadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar.
Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. Başqan isə “bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin” cavabını verib. Vurğun Əyyub isə İ.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: “Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o, məhv olacaq”. Buna cavabında İ.Qəmbər “Quran” çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın. Sonda Arif Hacılının “başqan olmasam, partiyanı dağıdacam” hədəsi yenidən qalmaqala səbəb olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?