“2013-cü il seçkilərinin nəticələrini yenə də çirkin üsullarla saxtalaşdırsalar, seçkiləri uduzaraq saxtakarlıq etsələr, bu, partlayışa səbəb olacaq”
Azərbaycan Ziyalılar Forumunun həmtəsisçsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov “Amerikanın Səsi” radiosuna müsahibə verib. Tanınmış ziyalı və ictimai xadim müsahibəsində Vergilər Nazirliyində açılmış cinayət işinə, yeni yaradılmış hərəkata, prezident seçkilərinə, hakimiyyətin təzyiqləri və islahatlar modelinə toxunub. O, qarşıdakı prezident seçkilərində “vahid namizəd məsələsi”nə mövqe ifadə edib. “Siz vahid namizəd ola bilərsinizmi?” sualını cavablandırıb. R.İbrahimbəyov bundan sonra da bəyanatlarını açıq şəkildə verəcəyini bildirib. Ölkədəki ictimai-siyasi durumla bağlı R.İbrahimbəyov “bu iqtidardan hər şey gözləmək olar. Bizdə nümunələr var ki, kiminsə cibinə nə isə atırlar, ya evindən patron tapırlar. Hər şey edə bilərlər, zəhərləyə bilərlər, avtomobil qəzasına sala bilərlər. Əllərindən hər şey gəlir, çox “bacarıqlı” adamlardırlar”, - cavabı verib. Tanınmış ziyalı yeni yaratdığı hərəkatı “yeni hərəkat adlandıraraq, adını şərti “üçüncü qüvvə” qoyduğunu bildirir. 73 yaşı olduğunu xatırladan R.İbrahimbəyov həyatını camaatın qarşısına açıq üzlə çıxa bilməsi şəklində keçirdiyini, bundan sonar da bu yolla da gedəcəyini deyib. R.İbrahimbəyov “Susmayacağam, davam edəcəyəm, bunun da səbəbi mənim taleyim deyil. Ölkədə durum çox gərgindir, dəyişikliklər olmasa, bu, partlayışa gətirəcək”, - deyə R.İbrahimbəyov bildirib. “2013-cü il seçkilərinin nəticələrini yenə də çirkin üsullarla saxtalaşdırsalar, seçkiləri uduzaraq saxtakarlıq etsələr, bu, partlayışa səbəb olacaq. Partılayış olsa Azərbaycanda vəziyyət Misir, Liviya və Suriyadakı kimi gərgin olacaq. Bu isə ölkəni 30-40 il geri atacaq”; - “Vahid namizəd vacibdir, amma vahid proqram ondan da vacidbdir”; - “Bizim təşəbbüsümüzlə Azərbaycanda yeni hərəkat yaranır. Onun adını şərti olaraq “Üçüncü qüvvə” qoyuruq”; - “Ölkədə ictimai həyat canlanır. Camaat zəncir çeynəyir. Mənə elə gəlir ki, seçkilərdə iştirak edənlərin sayı 30-40 faiz artacaq. Bunlar yeni elektoratdır. Qabaq seçkilərdə iştirak edənlər iqtidar və müxalifətə bölünüb. Bu yeni elektorat bizə çox maraqlıdır. Biz bu elektorata müraciət edəcəyik, onların dəstəyini axtaracağıq”; - “Biz çalışacağıq ki, Milli Şura kimi yeni bir orqan yaradaq və orada bütün demokratik, proqressiv qüvvələri yığaq. Bu, müxalifət partiyalarının, QHT-lərin, görkəmli ziyalıların təmsil olunduğu 50 nəfərlik Milli Şura olacaq. Şura prezidentliyə vahid namizədi müəyyən edəcək. Belə fikir var ki, irəli sürülən vahid namizəd uzun müddətli prezident olmasın, keçid dövrününü prezidenti olsun. Bu bir-iki illik keçid dövründəkı ölkədə mühüm islahatlar aparılmalı, yeni parlament seçilməlidir. Bundan sonra yenidən dünya səviyyəsində demokratik prezident seçkiləri keçirilməlidir. Keçid dövrünün prezidenti yenidən namizədliyini irəli sürməməlidir”; Bu, müxalifət partiyalarının, QHT-lərin, görkəmli ziyalıların təmsil olunduğu50 nəfərlik Milli Şura olacaq. Şura isə prezidentliyə vahid namizədi müəyyən edəcək. - “Mən prezidentliyə namizəd olmayacağam. Ziyalılar Forumu burada iştirak etməyəcək, yalnız dəstək verəcək. Biz siyasətdə iştirak edirik, amma siyasi iddialarımız yoxdur ”; - “Vergilər Nazirliyinin qaldırdığı cinayət işi süni ittihamdır. Ortada sənədlər var”; - “Milyarderlər Klubu” işləyəcək. Bu klubu ləğv etmək qeyri-mümkündür”; - “Hazırda konkret ad çəkə bilmərəm. Ümidvaram ki, Milli Şura tərəfindən irəli sürülən, demokratik qüvvələrin dəstəklədiyi vahid namizəd seçkiləri udacaq” “Siyasət şöbəsi”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?