Bu gün səhər İrəvanın Kond məhəlləsinin sakinləri prezidenti Serj Sərkisyanın sarayını mühasirəyə alıblar. Virtualaz.org armlur.am saytına istinadən bildirir ki, onlar mənzil problemlərinin həllini tələb ediblər. Sakinlər 7 ildir evsiz-eşiksiz qaldıqlarını, dövlət orqanlarının onların problemi ilə maraqlanmadığını bildiriblər. Etirazçılar tələb ediblər ki, prezident onların qarşısına çıxıb izahat versin. Amma onların bu tələbinə əhəmiyyət verən olmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?