Amerikanın The National İnterest dərgisi 2012-ci ilə nisbətən, iqtisadi, siyasi və hərbi cəhətdən kəskin problemlərlə üzləşən Azərbaycanın “təlatümlü” 2013-ə qədəm qoyduğunu yazır. 2012-ci ildə Azərbaycanın Eurovision Müsabiqəsinə ev sahibliyi etməsi mətbuatın müsbət rəyini qazanmayıb. Avropa mediasında avtoritar qərarlarla bağlı hiddət və tədbirə dair istehza arasında reaksialar izhar olunub, “Azərbaycanı çətin il gözləyir” başlıqlı məqalədə deyilir. Beynəlxalq təhlillər üzrə internet dərgi Azərbaycan üçün 2013-cü ilin daha ağır ola biləcəyini proqnoz edir. “Neft sektorunda problemlər, gələcək prezident seçkiləri və qatı düşmən olan Ermənistanla əlaqələrdə gərginliyin artması potensialı hakimiyyət üçün çətin bir il vəd edir”. Əsas narahatlıq ölkədə neft hasilatının qeyri-müəyyən qalması ilə bağlıdır. Mövzünü davam etdirərək məqalə müəllifi İlan Greenberg yazır ki, Sovet İttifaqında əsas neft istehsalçısı olan Azərbaycanda hasilat azalmaqdadır. Neft sektoru ölkə ixracatının 92 faizini təşkil edir. 2010-cu ildə ABŞ Azərbaycandan 20 milyon barrel neft ixrac edibsə, 2011-ci ildə idxal 13 milyon barrelə enib, deyilir təhlildə. Bakıdakı İqtisadi və Sosial İnkişaf Mərkəzi 2011-ci ilin noyabr ayında dərc etdiyi hesabatında ölkədəki neft bumunun bir neçə il ərzində sona çatacağını bildirib. “Enerji sektorundan asılı olan Azərbaycan üçün neft gəlirlərinin kəskin şəkildə aşağı düşməsi hətta beynəlxalq neft bazarında gözlənilən dəyişkənlik olmadan ölkə iqtisadiyyatı üçün ciddi təhlükə yaradır.” Bu il Azərbaycanın neft fondu milyardlarla dollara bərabər defisitə malik olacaq ki, büdcəsinin 60 faizini neft sektoru hesabına formalaşdıran hökumət üçün kəskin problemdir. Müəllif yazır ki, neft gəlirlərinin azalması hökumətə təsirsiz ötüşməyib. Beləki, Azərbaycan lideri neft hasilatının aşağı düşməsinə görə BP şirkətinin məsuliyyət daşıdığını deyib. İlham Əliyev ehtiyatların 80 faizinə malik Azər-Çiraq-Günəşli yatağı üzrə Azərbaycanın mühüm xarici partnyoru olan BP şirkətini büdcəni 8 milyard dollardan məhrum edən “səhv” və boş “vədlərə” yol verməkdə qınayıb, deyilir təhlildə. Azərbaycan hələ də milryardlarla dollar həcmində valyuta ehtiyatlarına malikdir və Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 3.5 faiz artacağını proqnoz edib. The National İnterest dərgisində neftlə bağlı bəlaların İlham Əliyevin üçüncü müddətə seçilmək üçün qatılacaq seçki ərəfəsinə təsadüf etdiyi deyilir. İlan Grenbeerq yazır ki, indiyədək keçən seçkilərdə hakim partiya “dağınıq müxalifət” partiyalarını bəzən qəddarlıqla əzib və bu təkrar oluna bilər. Lakin Eurovision mahnı müsabiqəsindən sonra Azərbaycandakı olaylar daha dolğun işıqlandırıla bilər. Bunula yanaşı neft gəlirlərinin aşağı düşməsilə bağlı narahatlıq, qeyri-adi olan müxalifət vəhdəti, korrupsiya və pis idarəçiliklə bağlı məyusluğun bir araya gəlməsi tez alışa biləcək seçki şəraitini proqnoz etməyə əsas verir. Siyasi sabitliyin olmaması Azərbaycanla qonşu Ermənistan arasındakı soyuq müharibənin səngiməsi üçün ümidverici inqridient deyil və Ermənistanda keçən seçkilər tərəflər arasında hər hansı yüksək səviyyəli danışıqları istisna etməklə münaqişə ilə bağlı narahatlığı artırır, məqalədə belə deyilir. Seçki və neft gəlirlərinin azalması ilə əlaqəli çətinliklərin öhdəsindən gəlib-gələ bilməyəcəyindən asılı olmayaraq Azərbaycanı təlatümlü 2013-cu il gözləyir, nationalinterest.orq saytındakı təhlilin yekun fikrində deyilir. “Siyasət şöbəsi”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?