Lakin bu prosesə mane ola biləcək yeganə qüvvə rəsmi Moskvadır
Qarşıdan prezident seçkiləri gəlir. Artıq Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə namizəd olacaqlarını bəyan ediblər. Eyni zamanda namizədliyinin qeydiyyata alınacağı təqdirdə mühacir həyatı yaşayan keçmiş spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev də prezidentlik uğrunda yarışa qatılacağını bildirib. Təbii ki, bu əsnada hakimiyyətin yeganə namizədinin prezident İlham Əliyev olduğunu qeyd etmək lazımdır. Amma son günlər müxtəlif şaiyə xarakterli məlumatlar yayılır və bildirilir ki, hakimiyyət seçkilərə başqa bir namizədlə də gedə bilər. Bu ideyanın müəlliflərinə görə, Azərbaycxanda «Putin variantı»nın gerçəkləşdirilməsinə çalışılır ki, məlum ideyanın da arxasında dayanan başlıca qüvvə kimi Kreml nişan verilməkldədir. Qeyd edək ki, bununla bağlı qəzetimizə çox idginc faktlar daxil olub. Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, həqiqətən də belə bir ideya aktualdır və hətta bu gün sözügedən ideyanın gerçəkləşdirilməsi üçün rəsmi Moskva tərəfindən Bakıya təzyiqlər edilməkdədir: «Doğrudur, bu təzyiqlər daha çox dolayı mahiyyət daşıyır və birbaşa edilmir. Amma istənilən halda hətta uşaq belə başa düşür ki, «milyarderlər ittifaqı», Ramiz Mehdiyevlə bağlı oyunlar, süni şəkildə etnik və dini separatizmin alovlandırılması cəhdləri və digər bu kimi proseslər əslində rəsmi Bakı qarşısında Kremlin qoyduğu şərtlərin əməl olunmasına nail olmaq üçündür». Mənbəmiz məhz bu planın darmadağın edilməsi üçün rəsmi Bakının, daha dəqiqi prezident komandasının çox ciddi tədbirlər planının icrasına tədarük gördüyünü də vurğuladı: «Daxildə kimlərin hədəfdə olacağı məlumdur. Həmin qüvvələrin zərərsizləşdirilməsi yönündə ciddi addımlar atılacaq. Hətta total həbslər belə mümkündür. Buna qədərsə başlıca məsələ kənardan həyata keçiriləcək proseslərə dəstək qazanmaqdır. Yəni burada Kremlin qarşısına səddin çəkilməsi prioritet təşkil etməkdədir». Artıq rəsmi Bakının emissarlarının bir sıra güc mərkəzləri ilə danışıqlarda olduğunu bildirən mənbəmiz onu da əlavə etdi ki, son zamanlar bəzi proseslərdə müşahidə olunan yubanmalar da məhz həmin danışıqların gedişatı ilə bağlıdır. Elçin
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?