GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » "Arif Hacılının öz potensialı ilə mənə qalib gəlməsinə inanmaram"

"Arif Hacılının öz potensialı ilə mənə qalib gəlməsinə inanmaram"

Tarix: 29-09-2014, 12:52 Bölmə :Manşet Baxış: 742
Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu "Trend"-ə müsahibə verib.

"Arif Hacılının öz potensialı ilə mənə qalib gəlməsinə inanmaram"

gundemxeber.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir:

- Müsavat Partiyasının qurultayında nədən narazı qaldınız, nə xoşunuza gəlmədi?

- Mənim Müsavatın qurultayı ilə bağlı narazılığım yoxdur, amma xoşuma gəlməyən məqamlar oldu. Bəri başdan deyim ki, seçki azad və şəffaf təşkil olunmuşdu. Ancaq həm seçkidən əvvəlki dövrdə iştirakın bərabərliyi, həm də seçki dövründə ədaləti tam təmin etmək mümkün olmadı. Yəni, xoşuma gəlməyən başqanlığa namizədlərin bərabər şərtlərlə iştirak imkanlarının yaradılmaması, eyni zamanda, seçki günü və ondan əvvəlki dövrdə bəzi ədalətsizliklərin olmasıdır.

Bir şey də xoşuma gəlmədi ki, Müsavatda hələ də əvvəlki kursu saxlamaq, yəni klassik üsullarla mübarizə aparmaq durumu var idi. Bunun da səbəblərindən biri ondan ibarət idi ki, qurultay nümayəndələrinin sayı 487 nəfər idi, amma onun içində Gənclər Təşkilatının cəmi iki üzvü var idi. Bunlar da Müsavatın yeniləşməyində maraqlı olmayan adamlar idi, mövcud kursu saxlamağa üstünlük verənlər idi.

Digər məqam ondan ibarətdir ki, Müsavatda hələ də bir qrup bir şəxsə xitab edir. Təbii ki, bura da Şərqdir, Şərqdə belə hallar geniş yayılıb, Müsavat başqanı 22 ildir bu postda işinə davam edir. Yəni, onun adından sui-istifadə edib seçicilərin iradəsinə təsir etmə halları oldu. Xoşuma gələn məqamlar da var - təbii ki, səslərin şəffaf sayılması, səslərin sayılmasının mətbuat tərəfindən müşahidə olunması, səsvermə prosesinin özünün təşkilində bir az qüsurlar olsa da, bütövlükdə yaxşı təşkil olunması.

- Qubad bəy, belə başa düşdüm ki, İsa Qəmbərin adından sui-istifadələrin olması başqanlığa seçkilərin nəticəsinə təsir etdi?

- Əvvəla, onu da qeyd edim ki, mənə səs verənlər əksəriyyəti Müsavat partiyasında təmsil olunan ziyalılar, partiyanın yeniləşməsini istəyən, partiyada islahatların aparılmasını vacib hesab edənlər, yeni nəfəsin, yeni fikrin və yeni insanların gəlməsində maraqlı adamlar oldu. O da az olmadı. Bu, onu göstərdi ki, Müsavat partiyasında bunu istəyən kifayət qədər adam var.

Sözsüz ki, bütövlükdə götürdükdə xoşuma gəlməyən İsa bəyin adından sui-istifadə olunması idi. Belə olmasaydı, yəqin ki, seçkinin nəticələri başqa cür olacaqdı.

- Sui-istifadə hallarının arasında İsa Qəmbərin özünün də Arif Hacılıya istiqamətlənmiş göstərişləri və onun başqanlığa namizədliyini dəstəkləməsinə dair digər hallar özünü büruzə verdimi?

- Jurnalistlər kimi müsavatçılar da ayıq adamlardırlar. Fikirlərimi bölüşənlər də var. Müşahidə etdiyim məqamlar əslində elə bu və digər səbəblər eləcə də sui-istifadə halları ilə bağlıdır. Sui-istifadə məsələsində icra strukturu, icra aparatı rol oynadı. Çünki icra aparatı rəsmi qurumdur və çatdırdığı mesajdan elə çıxırdı ki, bu rəsmi qəbul olunmuş mesaj idi. Əslində bu seçkidə Müsavatın icra aparatı ilə, bütövlükdə Müsavatdakı rəhbərliklə mübarizədə uduzdum. Heç vaxt Arif Hacılının öz potensialı, öz resursları ilə mənə qalib gəlməsinə inanmaram.

- Qubad bəy, partiyada bundan sonrakı fəaliyyətiniz necə olacaq?

- Partiyada mənim kifayət qədər tərəfdarlarım var. O özünü yalnız seçkinin nəticələri ilə ifadə etmir. Bilirsiniz ki, seçkidən kənarda qalan xeyli gənc, partiyanın qadınlar təşkilatı, ziyalıları, açıq şəkildə mənə dəstək verib. Seçkinin nəticələri də az göstərici deyil, kifayət qədər böyük göstəricidir. Biz bu qərarı birlikdə veririk, yəni bu, təkcə mənim fərdi qərarım deyil. Hər halda bizim məsləhətləşmələrdə ilkin rəy ondan ibarətdir ki, partiyada fəaliyyətimizi davam etdirək. Fəaliyyətimizin hansı formada, hansı formatda, hansı səviyyədə olması ilə bağlı müzakirələr gedir. Hələ ki, bizim nə seçkili orqanlarda, nə təyinatlı vəzifələrdə yer almaq fikrimiz var. İstəyirik ki, həm də yeni seçilmiş komandaya, eyni zamanda, onların köhnə platformasına bir meydan verək. Davam etsinlər, görək, Müsavatı hara aparırlar, necə inkişaf etdirirlər?

- Qubad bəy, yeni komandanın sizə qarşı təzyiqlərindən ehtiyatlanırsınızmı? Çünki siz fikirlərinizi açıq şəkildə ifadə etdiniz. Necə hesab edirsiniz, ola bilərmi ki, sizə və sizin komandanıza qarşı partiyada təpkilər, təzyiqlər olsun?

- Təbii ki, bizim bir işimiz də ondan ibarətdir ki, partiyanın nizamnamə əsasında idarə olunmasına nəzarət edək. Bu nizamnamədən kənar hansı hallar baş verəcəksə, əlbəttə ki, biz ona qarşı öz mövqeyimizi ortaya qoyacağıq. Bu mərhələdə həm də partiyanın nizamnamə ilə idarə olunması üçün çalışacağıq. Nizamnamədən kənar qərarlara laqeyd qalmayacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arif Hacılı: “Partlayışlı seçki kampaniyası aparmayacam”- Müsahibə

    Arif Hacılı: “Partlayışlı seçki kampaniyası ...

    8-09-2014, 13:21

  • 
  • Müsavatda Arif Hacılıya yeni rəqib peyda oldu - ŞOK İSTEFA

    Müsavatda Arif Hacılıya yeni rəqib peyda oldu - ...

    27-08-2014, 13:25

  • 
  • Müsavat başqanlığına namizəd: "Qurultaya qədər öz qərarımı verəcəm”

    Müsavat başqanlığına namizəd: "Qurultaya ...

    12-11-2013, 13:22

  • 
  • Arif Hacılı ilə bağlı ifşaedici FOTOFAKT...

    Arif Hacılı ilə bağlı ifşaedici FOTOFAKT... ...

    10-10-2014, 16:16

  • 
  • İsa Qəmbərin seçki qərargahı toplandı

    İsa Qəmbərin seçki qərargahı toplandı ...

    30-04-2013, 18:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu