GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ağdamda təhsil mafiyası

Ağdamda təhsil mafiyası

Tarix: 22-01-2013, 09:35 Bölmə :Manşet Baxış: 4 749
Ağdamda təhsil mafiyası

Elmira Şükürova və Nizami
Sadıqovun birgə maxenasiyaları


Son illər təhsil sahəsində baş verən qanunsuzluqlar, maxenasiyalar, dövlət büdcəsinin mənimsənilməsi ilə bağlı dəfələrlə yazılar dərc olunub və ciddi rezonans yaranıb. Amma hər defə bu məqamlar ortaya çıxanda şəxsən nazir Misir Mərdanovun özü bəyan edib ki, konkret faktlar olarsa məsələyə baxıla bilinər. Ötən saylarımızda Ağdam rayonunda təhsil sahəsində baş verən qanunsuzluqlar, dövlət büdcəsinin talan olunması haqqında faktlarla dolu yazı dərc etdik. Amma təssüflər ki, Təhsil Nazirliyi bu faktlarla bağlı heç bir açıqlama vermədi və məsələnin daha çox unudulması xəttini tutdular. Az qala belə bir rəy yarandı ki, Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovla, Ağdam rayon təhsil şöbəsinin müdirəsi Elmira Şükürovanın bu qanunsuzluqlarından nazir Misir Mərdanovun xəbəri öncədən də var və bunu təbii hesab edir. Amma yenə də ümid edirik ki, məsələyə rəsmi münasibət bildiriləcək. İndi isə əldə etdiyimiz yeni faktları nəzərinizə çatdırırıq.

Məktəblərin sayı nədən artırılır?

Redaksiyamıza daxiı olan materialda göstərilir, bu gün Ağdam ərazisində süni şəkildə məktəblərin, həmçinin siniflərin sayı artırılır. Bunu nədən edirlər? Əldə etdiyimiz məlumata görə belə bir addım atmaqla büdcədən daha çox vəsait mənimsəmək olur. Bunun üçün sadəcə olaraq rayonda müvafiq təşkilatlarla əlaqə qurulur, komissiya yaradılır və aydın olur ki, sinif otaqları “balaca” olduğundan şagirdlər üçün narahatlıq yaranır. Buna görə əlavə sinif yaradılır. Əlavə sinif isə sözsüz ki, əlavə gəlir mənbəyi sayılır. Bu işdə isə zaman-zaman Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovla, rayon təhsil şöbəsinin müdrəsi Elmira Şükürova problemlər yaşansada ümumi “maraqlar”a görə ortaq məxrəcə gələ biliblər. Gəlin öncəliklə Ağdamda yerləşən və fəaliyyəti ümumiyyətlə olmayan və ya zəif olan məktəblərin siyahısına baxaq və bu məktəblər vasitəsi ilə Nizami Sadıqovla, Elmira Şükürovanın nə qədər pul qazandığını müəyyənləşdirək. Beləliklə sənədlərdə mövcud olsada , reallıqda zəif və yox olan məktəblərin siyahısı çox genişdir. Ancaq sənədlərdə, kağız üzərində olan məktəblər: 1, 3, 4, 8, 12, 53, 65, 96 saylı orta məktəb. Yox dərəcəsində olan məktəblər: 6, 13, 22, 58, 69, 108, 117, 119, 138, 143, 145 saylı orta məktəb.
20-yə qədər məktəbin adından istifadə edilərək beləcə dövlət büdcəsindən vəsait çıxarılır. Yəqin ki, bu faktlar Misir Mərdanov üçün maraqlı olacaq. İndi isə gəlin məktəblərə təyinatların hansı vərəsəliklə edildiyinə baxaq. Bu təyinatlarda Elmira Şükürova ilə Nizami Sadıqovun ümumi “razılaşması” ilə həyata keçirilir.

Direktor təyinatlarındakı dəhşətlər

Bizə daxil olan məlumata görə təyinatlar məlum maraqlar üzərində qurulur və bu konkret faktlarla sübut edilir. Məsələn:
- Ağdam rayon İmanqulubəy kənd orta məktəbinin direktoru Həmid müəllim yerinə öz bacısı qızını təyin etdirir
- Bir məktəb direktoru Əliyev Mahir Məzahir oğlu narkotika alveri ilə həbs olunduğundan onun yerinə,anası direktor təyin edilir
- Soltabuq kənd orta məktəbinin direktoru işdən azad olunsada,öz gəlinini öz yerinə təyin etdirə bilir.
- 19 saylı orta məktəbin direktoru Əfqan Həsənov 70 yaşı tamam olduğu üçün istefaya gedir və öz yerinə gəlini Şəfəq Səfərovanı təyin etdirir.
- Hətta elə ailələr var ki, ər və arvad hərəsi bir məktəbdə direktor “təyin” olunub. Bunu da nəzərinizə çatdıraq ki, şişirtmələr nəticəsində bu gün Ağdamda 145 məktəb “fəaliyyət” göstərir və hər ay hansısa “səbəbdən”, hər məktəb mərkəzə 100-200 manat arası pul göndərir.
Yəqin ki, bu faktların araşdırılması və həqiqiliyini Təhsil Nazirliyi çox qısa müddətdə təsdiq edə bilər.

Rusiyada yaşayan Ağdamda direktor işləyir

Ötən yazıda baş verən qanunsuzluqlar, süni şəkildə məktəblərin sayının artırılması, direktor təyinatlarındakı qanunsuzluqlarla bağlı faktları diqqətinizə çatdırmışdıq. İndi isə daha gülməli mənzərəyə baxaq.
Bizə aydın olub ki, 114 saylı orta məktəbə 1997-ci ildən 2011-ci ilə qədər Novruzova Minayə rəhbərlik edib. Amma səhətində problem yarandığı üçün onun yerinə Aygün Ələkbərova adlı şəxs direktor təyin edilir və 2012-ci ilə qədər o direktor vəzifəsində çalışıb. Burda adi nəyinsə olmadığını deyə bilərsiniz. Amma gülməlisi budur ki, adı çəkilən xanım, həmin müddətdə Rusiyada yaşayıb. Amma Təhsil Şöbəsinin müdrəsi Elmira Şükürova müəyyən “səbəblərə” görə onu direktor təyin edib. Azərbaycan qanunvericiliyində isə belə bir addımın atılmasının mümkün olub-olmamasını araşdırsaqda ortaya heç bir fakt çıxmadı. Çünki bu Elmira Şükürova ilə Nizami Sadıqovun öz qanunlarıdır. Nizami Sadıqovla Elmira Şükürovanın iş birliyi həm də başqa maraqlı təyinatlarda da ortaya çıxır.

İcra başçısının qohumları iş başında

Aydın olur ki, Nizami Sadıqovla münasibətlərin qaydaya düşməsi üçün Elmira Şükürova icra başçısına iki hədiyyədə göndərib. Belə ki, bizə təqdim olunan materialda göstərilir ki, 150 saylı məktəbə Nizami Sadıqovun qardaşı qızını, Təzə qəsəbədəki baxçaya isə başçının qızını direktor təyin edib. Onların necə direktor işləməsi haqqında isə gələn yazılarda oxuya biləcəksiniz.

Milyonluq layihələr

Amma bu işlər sözsüz ki, korrupsiya hallarının yanında xırda məsələlər kimi görünür və bu səbəbdən daha ciddi faktlara keçid edək. Deməli məktəblərin yenidən qurulması, təmiri üçün dövlət büdcəsindən milyonlarla manat pul ayrılır. O cümlədən Ağdam rayonundada. Amma icra başçısı ilə Elmira Şükürovanın iş birliyi sahəsində bu milyonlar arada yoxa çıxır. Məsələn, ağdamın Səfərli kəndində məktəbin təmiri, döşəmənin vurulması, idman və iclas zallarının tikintisi üçün 870 min manat pul ayrılır. Uzun müddətli təmir başa çatır. Amma...aydın olur ki, məktəbdə döşəmə yenə betondandır, idman və iclas zalları isə yoxdur. 870 min manat pulun necə yoxa çıxmasını isə Nizami Sadıqovla, Elmira Şükürovadan başqa heç kim bilmir. Eyni problem Alıbəyli kənd məktəbində də baş verib. Məktəbin təmiri üçün 654 min manat pul ayrılıb. Amma ortada heç nə yoxdur.

Ting əməliyyatı

Amma bu pullar iki məmuru qane etmir. Bunun üçün başqa maraqlı bir üsulda kəşf olunub. Belə ki, dekabr ayında Yol İdarəsinə 501 min manat pul ayrılıb. Yol kənarında ağaclar əkmək üçün. Amma bu pullarında hara getdiyi məlum deyil və hazırda məktəb direktorlarına öhdəlik qoyulub ki, yol kənarında ağac əkmək üçün öz hesablarına ting alsınlar. Görünür “əl əli yuyar”- prinsipi Ağdamda yaxşı işləyir.
P.S. Mövzunu davam etdirəcəyik

Tahir Sarıyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağdam təhsilində Elmira Şükürova rüzgarı

    Ağdam təhsilində Elmira Şükürova rüzgarı ...

    12-01-2013, 14:55

  • 
  • Nizami Sadiqov - Elmira Şükürova işbirliyi

    Nizami Sadiqov - Elmira Şükürova işbirliyi ...

    15-03-2013, 10:46

  • 
  • Ağdamda korrupsiya cütlüyü

    Ağdamda korrupsiya cütlüyü ...

    3-02-2013, 11:17

  • 
  • Elmira Şükürovanın daha bir korrupsiyası

    Elmira Şükürovanın daha bir korrupsiyası ...

    31-10-2013, 21:43

  • 
  • Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

    Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına ...

    11-12-2013, 13:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu