GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İnternatda təcavüzə məruz qalan qızın acı hekayəti

İnternatda təcavüzə məruz qalan qızın acı hekayəti

Tarix: 8-10-2014, 13:48 Bölmə :Manşet Baxış: 653
Onunla sosial işçi kimi əməkdaşlıq etdiyim sığınacaqda tanış olmuşdum. Dünyanın ən xoşniyyətli adamı olsanız belə, ona gözəl deyə bilməzdiniz. Gözəl deyildi, qadın kimi çəkiciliyi yox idi. Qısa əl-ayağı onun ümumi görünüşünü bir az da əzik-üzük edirdi. Kənardan siluetinə baxan hamilə olduğunu düşünərdi. Qarnının şişkinliyi ilə bədəni, boy-buxunu heç cür yaxın düşmürdü. Sığınacaqdakılarla var gücü ilə dil tapmağa, başqalarının da işini görməyə çalışırdı. Təbiət ona qadınlığın qırağını göstərib geri almışdı. Dinib danışmasa belə, ətrafındakı hamı qıcıqlanırdı.

İnternatda təcavüzə məruz qalan qızın acı hekayəti
Esmira ilə 15 dəqiqəlik söhbətdən aydın olurdu ki, körpəliyi uşaq evində keçən qızcığaz sonralar da ailə, ev mühiti görməyib. Danışığındakı jarqonların sayı, istər-istəməz ağzından çıxan söyüşlər Esmiranı ara-sıra utandırsa da, çox vaxt ətrafdan hansı münasibətə tuş gəldiyinin fərqinə varmırdı.

Dağılan ailə, körpələr evi

Valideynlərinin hansı səbəbdən boşandığını xatırlamır. Ancaq anasının onun səkkiz yaşı olanda əlindən tutub uşaq evinə gətirdiyini, arxasınca yalvarsa da, dönüb geri baxmadığını, günlərlə ağladığını, elə bu səbəbdən də tərbiyəçi və uşaqlara döyüldüyünü yaxşı xatırlayır. Bacı-qardaşları ondan böyük olduğu üçün bu illər ərzində onların izini itirir.

Uşaq evində Esmiranın qara günləri başlayır. Özündən böyüklərin şillə-təpiyi, yemək çatışmazlığı, internatın soyuq divarları körpənin həyatında ilk sözünü deyir. Çox keçmir ki, Esmira sarılıq xəstəliyinə yoluxur. İndi xatırlayanda sarılıq xəstəliyini iyrəndiyinə görə tutduğunu deyir: “Bizdən böyük uşaqlar tualetə getdikdən sonra onların batırdığı yerləri biz təmizləməli olurduq. Bu, bir qayda idi. Etməlisən. Yox, əgər ağlına gəlsə ki, şikayət edib müəllimlərə bir söz deyəsən, həm müəllimlər, həm də uşaqlar səni döyərdi. Tualet təmizləmək səkkiz yaşında uşaq üçün asan başa gəlmirdi.

İnternatda xlor maddəsindən başqa heç bir təmizlik vasitəsi olmur. Əskini xlora batırıb tualeti, yerləri təmizləyirdik. Bir dəfə necə oldusa, yaş yerdə ayağım səndələdi. Nəcis, sidik dolu yerə sərildim. Üz-gözüm, paltarlarım batmışdı. Əfruz adlı müəllimimiz məni sürüyə-sürüyə buz kimi suyun altına atdı. Bir saatdan çox fevral ayında soyuq su başıma vurdu. Həmin hadisədən bir həftə keçməmiş əllərim, göz bəbəklərim saraldı. Qara ciyərim şişmişdi. Olanları heç kimə danışa bilmədim. Müalicədən sonra həyatım yenidən əvvəlki vəziyyətinə qayıtdı. Yenə söyüşlər, un horrası, bir baş soğan, tualet təmizliyi, şillə-təpik… Bunların hamısına getdikcə alışırdım. Üzüm bərkimişdi. Özümü müdafiə edə bilməsəm də, etiraz etməyin nə ilə qurtaracağını yaxşı bilirdim”.

Esmira başına gələnləri danışanda ona qulaq asanlar göz yaşına boğulurdu. O isə sanki, başqasının faciəsini və ya baxdığı filmi danışırdı. Heç elə bil həmin əzabları o yaşamamışdı.

“13 yaşım yeni tamam olmuşdu. Yaya az qalırdı. Evləri olanlar, aradabir evinə gedən uşaqlar internatdan bir müddətlik də olsa, getmişdi. İnternatda məndən başqa ancaq təzə gələn uşaqlar var idi. Onlar da məndən kiçik olduqları üçün qorxub yaxına gəlmirdilər. Tətil başlayandan otağa qapanmışdım. Eyni kitabları oxumaqdan əzbərləmişdim. Otaqdan çıxmamağımın yeganə səbəbi uşaqların tətildə olması deyildi. Uzun müddət idi ki, Sabir adlı müəllimimiz mənə gün vermirdi. Yeməkxanada, həyətdə, otaqda harada təkləsə məni divara sıxışdırırdı. Çox vaxt nə etdiyini uşaq ağlım ilə anlamasam da, yeni çıxmış döşlərimi elə sıxırdı ki, gözümdən yaş tökülürdü. Buna baxmayaraq səsimi çıxara bilmirdim. Qorxurdum, nə edə biləcəyini tam anlamasam da, onun mənə pislik edəcəyini hiss edirdim.

Axşam tərəfi idi. Yenə də otağa qapanmışdım. İsti, ağcaqanadın çoxluğu nəfəsimi kəsirdi. Yenə də qapını açıb koridora çıxmağa cəsarətim çatmırdı. Aradabir Sabir müəllimin ayaq səslərini eşidirdim. Qapıya yaxınlaşır, hənirtisini qapıya verib asta səslə məni çağırırdı. Hər dəfə də onun mənə baxıb irişə-irişə gülməyi, ora-buramı dartışdırmağı yadıma düşəndə ürəyim bulanırdı. O, çağırdıqca özümü eşitməzliyə vururdum.

Gecə yarıdan keçirdi. Sığınacaqda əl-ayaq yığılmışdı. Arxayın olub yuxuya getdim. Nə qədər yatmağımdan xəbərim yoxdur. Öz xırıltıma ayıldım. Gözümü açanda Sabirin bir dizi qarnımın üstündə, bir əli isə boğazımda idi. Ağzımı yummağa çalışırdı. Qışqırmaq istəsəm də, alınmırdı. Göz qırpımında məni yatağa bağladı. Ağzıma isə hər gecə yatanda belimə sarıdığım yun şalı soxmuşdu. Gözlərim hədəqəsindən çıxırdı. Üst-başımı çoxdan soyundurmuşdu. İnternat müəllimimiz Sabir o gecə məni – 13 yaşlı uşağı dörd dəfə zorladı”.

Esmira, bəlkə də, düşünürdü ki, o gecə həyatının ən dəhşətli gecəsidir. Ancaq yanılmışdı: “Solmaz adlı yaşlı müəlliməyə başıma gələnləri dedim. Xəbər qısa müddətdə internata yayıldı. Mən əvvəlki adam deyildim, qadın idim. Həm də ləkələnmişindən. Xəbər yayılan kimi Sabir internatdan yoxa çıxdı. Onu tapa bilmirdilər. Nə vaxtsa üzləşsəydik, onun üzünə dura biləcəyimə də arxayın deyildim. Solmaz müəlliməni isə çox keçmədi ki, işdən uzaqlaşdırdılar. İnternatımızın müdiri deyirdi ki, Solmaz müəllimə ştat yerinə görə şər atır. Bircə nəfər də olsun, nə müdir, nə həkimlər fikrimi soruşmadı. Sabir bir ay sonra geri qayıtdı. Qara günlərim yenidən başladı. Səssiz, ins-cins olmayan hər küncdə zorlamalar davam edirdi. Bu dəfə daha arxayın idi…”

Esmira iki ay yarım sonra başa düşür ki, vəziyyəti əvvəlki kimi deyil. Daha internatın həyətində işləyə bilmir, yemək olmayan kimi huşunu itirir, hər addımbaşı qusur. İki uşaq atası Sabir isə onun vəziyyətini anlayır. Esmira hamilə idi. Bu isə Sabirə böyük problem ola bilərdi. Sabir duyuq düşdükdən iki gün sonra səhərin erkən saatlarında Esmiranı internatdan 50-60 metr uzaqlıqda bir əraziyə çağırır. Son dəfə nə zaman aybaşı olduğunu soruşur. Esmira son tarixi deyən kimi Sabirin ilk işi Esmiranın balaca çiyinlərindən yuxarı qaldırıb daşlığa çırpmaq olur:

“Heç nə başa düşmədim. Çiyinlərimdən tutub yuxarı qaldırdı. Sonra bərk ağrı hiss etdim. Məni yerə çırpdı. Gözümü açanda reanimasiyada idim. İki həftəyə yaxın dünyadan xəbərsiz reanimasiyada qalmışdım. Burada eşitdim ki, Sabiri tutublar. Üç maddə ilə cinayət işi açılsa da, ölkədən qaça bilib. Mən isə əbədiyyən qadın, ana olmaq xoşbəxtliyimi itirmişdim. Orqanlarımın çoxu parçalandığı üçün bəziləri əməliyyat olunmuş, bəziləri tamamilə çıxarılmışdı. Bir ay tamam olduqdan sonra mən xəstəxanadan çıxdım. Bir daha da internata qayıtmadım. Məndən yaşca böyük internat rəfiqəmin ünvanını xatırlamağa çalışdım. Birtəhər evi tapdım. Onlar üç qız idi, üçü də internatdan. Bütün günü yatıb gecələr barda işləyənlərdən. Çox keçmədi ki, mən də onlara qoşuldum. Altı ilə yaxındır ki, gecə həyatı yaşayıram. Bar, hər gün başqa kişilər. Bütün bunlar kimin günahı idi? Bilmirəm…”

Esmira ilə tanışlığımdan xeyli vaxt keçir. O, zorakılıqla üzləşdiyi üçün sığınacağa yerləşdirilmişdi. İnternatda başına gələnlərlə müqayisədə bardakı zorakılıq yaşamayana, bəlkə də, adi görünür. İndi şikayət etmir. Hər şeyə bir cavabı var: “Mənimki də belə gətirdi”.

//milli az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rafet El Romanın xanımı ona 59 yaşlı şoumenlə xəyanət edir - FOTO

    Rafet El Romanın xanımı ona 59 yaşlı şoumenlə ...

    23-07-2016, 13:13

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Türkiyədə növbə səfirlərə çatdı

    Türkiyədə növbə səfirlərə çatdı ...

    25-07-2016, 14:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu