Naməlum silahlı şəxslərin hücumu nəticəsində Bingöl əyalətinin polis rəisi ağır yaralanıb, onu müşayiət edən zabitlər isə həlak olub. gundemxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident ötən gün axşam saatlarında, əyalət polis idarəsinin rəisi Atalay Ürkərin kütləvi iğtişaşlar zamanı zərər dəymiş müəssisələrə baxış keçirdiyi zaman baş verib. Naməlum silahlı şəxslər Ürkərə və onu müşayiət edən köməkçilərinə atəş açıblar.
Türkiyədə bir neçə gün əvvəldən başlamış iğtişaşlar davam edir. Rəsmi məlumatlara görə, bu günə qədər 27 şəhər mərkəzində və 68 rayonda iğtişaş baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 170 polis nəfəri yaralanıb, 217 nəfər saxlanılıb.
Qeyd edək ki, son bir neçə gündə İŞİD-in Suriyanın Kobani rayonuna hücum etməsinə Türkiyənin müdaxilə etməməməsi bəhanəsi ilə PKK terror təşkilatının tərəfdarları Türkiyənin əksər şəhərlərində iğtişaşlar törədirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?