GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rəsmi dövlət qəzeti məmurları niyə və necə vurdu... - (Fotolar)

Rəsmi dövlət qəzeti məmurları niyə və necə vurdu... - (Fotolar)

Tarix: 24-10-2014, 10:54 Bölmə :Manşet Baxış: 477
Rəsmi dövlət qəzeti məmurları niyə və necə vurdu... - (Fotolar)
Rəsmi dövlət qəzeti "Azərbaycan" ölkədə nəqliyyat problmləri ilə bağlı tənqidi material dərc edib.

gundemxeber.az həmin yazını təqdim edir.

Əsəbimizi və canımızı alan yollar

Yox, elə başa düşülməsin ki, Azərbaycanda yolların keyfiyyətsizliyindən şikayətçiyik. Şükürlər olsun, indi həm şəhərdaxili, həm də şəhərlərarası yollarımız müasir standartlara cavab verir. Hətta son illər kəndlərarası yollarımız əsaslı şəkildə yenidən qurularaq mərkəzi şoselər səviyyəsinə çatdırılır. Bu, dövlətin sosial və iqtisadi cəhətdən az əhəmiyyət kəsb etməyən yol infrastrukturuna diqqətinin göstəricisidir. Və həmin diqqətin nəticəsidir ki, bu gün MDB məkanında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan ilk yerdədir. Halbuki təxminən 15 il əvvəl ölkədə sözügedən sahə üzrə vəziyyət tamam başqa idi. Elə bir istiqamət yox idi ki, yolu yaxşı demirik, babat olsun. Bütün yollar dağılıb gedirdi. Yadınızdadırsa, həmin dövrdə ilk dəfə Böyük İpək yolunun bərpası çərçivəsində 50 kilometrlik Ələt-Hacıqabul yolu yenidən çəkilmişdi və nəinki təkcə sürücü və sərnişinlər, eləcə də bütün ölkə əhalisi Bakı-Qazax magistralının həmin hissəsini sözün birbaşa mənasında "ipək yolu" adlandırırdı. Həmin mənada indi Azərbaycanın əksər magistralları "ipək yolu"dur və bu "əksər"in bütün olmasına da çox qalmayıb.

Belə olan halda "yollar əsəbimizi və canımızı alır" deyib niyə dad döyürük? Məsələ bundadır ki, bəzi qurumların səbəbinin heç nə ilə izah edilməsi mümkün olmayan, fəsadları nəzərə alınmayan "fəaliyyət"i rahat yolları adamın burnundan tökür. Götürək Bakının küçə və prospektlərindəki vəziyyəti. Elə gün olmaz ki, paytaxtın avtomobillərin intensiv hərəkət etdiyi hansısa yolları müxtəlif bəhanələrlə bağlanmasın. Bu bəhanələr yol xətlərinin çəkilməsindən tutmuş, təmir adı və su, qaz borularının çəkilməsinədək ola bilər. Etirazımız yoxdur, bunlar da lazımdır. Amma həmin işlərə başlamazdan əvvəl bir götür-qoy edilməlidir, ya yox?! Axı, bu və ya digər mərkəzi küçənin bağlanması Bakının az qala yarısında nəqliyyatın hərəkətini iflic edir! İndi təsəvvür edin ki, eyni vaxtda bir neçə yerdə yollar bağlanır. Daha doğrusu, təsəvvür etməyə ehtiyac yoxdur! Həftə yeddi, biz səkkiz, həmin səbəblər ucbatından yaranan tıxaclarda canımız çıxmır ki?! Ay qardaş, bir yolu nə qədər təmir adı ilə bağlamaq mümkündür?! Əhali arasında lətifəsayaq bir söz gəzir ki, Neftçilər prospekti "qaşınma xəstəliyi"nə tutulub. Doğrudan da, Bakının mərkəzindəki şüşə kimi bu prospekti nə qədər qaşıyıb dağıtmaq, sonra yenidən asfaltlamaq və ardınca təzədən sökmək olarmış?! Yol təmiri üçün vəsaitiniz belə çoxdursa, Bakının ona ehtiyacı olan küçələri də az deyil, onlara əl gəzdirsəniz dünya qopmaz ki... Yox əgər xərclənən vəsaitə və çəkilən əziyyətə heyfiniz gəlməyib fəaliyyətinizin yalnız mərkəzi küçə və prospektləri ildə bir neçə dəfə bağlayıb təmir etməkdən ibarət olduğunu zənn edirsinizsə, onda şəhərdə nəqliyyatın hərəkətini yaman günə qoyduğunuzun da fərqinə varın! Fərqinə varın ki, gördüyünüz, yaxud görməli olduğunuz bütün işlər tıxaclarda canını aldığınız, sinirləri ilə oynadığınız insanlar üçündür!

Amma təəssüf ki, bunu fikirləşən azdır. Məlumdur ki, ilin əvvəlində dövlət başçısı Nazirlər Kabinetinin iclasında Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə küçələrdə avtomobillərin park edilməsində nizam-intizamın olmamasını irad tutaraq bu sahədə işlərin müasir səviyyədə qurulması barədə tapşırıq vermişdi. Haqlı və paytaxt üçün gərəkli irad idi. Peşman idin maşını haradasa saxlayasan. O dəqiqə əli "dəyənək"li biri başının üstünü kəsdirəcəkdi ki, bu ərazi ona baxır. İndi isə Bakı ŞİH həmin işi parkomatlara "tapşırıb". Lakin necə? Təsəvvür edin, avtomobilinizi parkomatların xidmət ərazisində saxlayıb, ardınca getdiyiniz işin, məsələn, bir saatlıq olduğunu hesablayaraq o vaxt üçün ödəniş edirsiniz. Ancaq müxtəlif səbəblərdən işiniz uzanır, bir saata qayıdıb maşınınızı götürə bilmirsiniz. Belə halda gəlib görəcəksiniz ki, avtomobiliniz yoxdur, evakuator aparıb. Əcaib və anormal "xidmət"dir, eləmi?! Hələ avtomobilin qanunsuz aparıldığını demirik. Olmaz ki, bu cür ərazilərdə avtomobilini saxlayan sürücü ödənişi maşınını oradan götürəndə etsin?! Bəlkə sürücüyə etibarları yoxdur, pulu ödəmədən aradan çıxacağını güman edirlər?! Nə qədər yersiz ehtiyatlılıq olsa da, buna da əlac var. Allaha şükür, indi ödəniş sistemi elə səviyyədədir ki, heç nədən yayınmaq mümkün deyil. Məsələn, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində avtomobil sahiblərinin park üçün pulu necə ödəmələri hamıya məlumdur - əraziyə daxil olanda tarix və saat göstərilməklə qeydiyyata düşür, oranı tərk edəndə isə həmin qeydiyyata əsasən tarif üzrə ödəniş edirlər. Bu sistemi şəhər daxilində parkomat quraşdırılmış ərazilərdə də tətbiq etmək olmazmı? Əlbəttə, olar! Bəs, onda avtomobil sahiblərini necə incitsinlər? İncitməsələr, əsəbləri ilə oynamasalar mümkün deyil axı...

Parkomatlardan söz düşmüşkən iki məqamın da üstündə dayanmaq istərdik. Bunlardan birincisi tariflərin bahalığıdır. Ümumiyyətlə, xidmətin bu növü ilə məşğul olanların qiymət müəyyənləşdirərkən nəyə əsaslandıqları məlum deyil. Əgər fikirləşirlər ki, avtomobili olanın imkanı var, səhv edirlər, ən azından bu gün bütün sivil cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da avtomobillər maddi imkan göstəricisi sayılmır. Əgər belədirsə, bir neçə saatlıq park üçün avtomobil sahibinin əlindən az qala bir günlük qazancını almağın adı nədir? Təbii ki, soyğunçuluq! (Çox istərdik ki, bu zaman Avropa şəhərlərindəki analoji xidmət üçün mövcud olan tarifləri misal göstərməsinlər. Çünki onun əsassızlığını sübut edən əks misallar var).

İkinci məqamsa bu işi bələdiyyələr dura-dura Bakı Şəhər İcra Hakimiyyətinin boynuna götürməsidir. Başa düşə bilmirik, yəni paytaxt meriyasının işi-gücü qurtarıb ki, indi də yerpulu yığmaqla məşğuldur?! Bələdiyyələrdən bir iş tələb edəndə səbəb və əsas kimi maliyyə qıtlığını göstərirlər. Belə çıxır ki, haqlıdırlar. Büdcədən ayrılan cüzi vəsaitlə sanballı bir iş görmək mümkün deyil. Əlavə vəsait qazanmağa da ki, göründüyü kimi, imkan vermirlər. O işləri ki, bələdiyyələr görüb qazana bilər, onların hərəsini bir qurum "zəbt edib". Halbuki dünyanın əksər iri və kiçik yaşayış məntəqələrində, o cümlədən şəhərlərdə abadlıq və yollardan tutmuş müxtəlif təyinatlı təsərrüfat infrastrukturlarınadək bütün işlərlə yerli idarəetmə orqanları, yəni bələdiyyələr məşğul olur.

Avtomobillərin park edilməsindən söz açıb maşınla yola çıxmağı adama peşman edən daha bir problemdən - evakuasiyadan yazmamaq mümkün deyil. Təbii ki, söhbət avtomobillərin DYP tərəfindən evakuasiya olunmasından gedir, baxmayaraq ki, bu iş yol hərəkəti qaydalarını pozan sürücülərin cəzalandırılması tədbirindən daha çox, biznes fəaliyyəti təsiri bağışlayır. Avtomobillərin qadağan olunmuş yerlərdə saxlanmasının qarşısını almaq üçün inzibati tədbirlərin görülməsinin vacibliyini heç kim inkar etmir. Eyni zamanda tədbirlərin mövcud qaydalar çərçivəsində icra olunmasının vacibliyini də heç kəs dana bilməz. Qaydalarda isə göstərilir ki, əgər avtomobil qadağan edilmiş yerdə park olunubsa, DYP əməkdaşı bütün imkanları daxilində həmin maşının sürücüsünü tapıb ona inzibati qaydada akt yazmalı və avtomobilin oradan götürülməsini təmin etməlidir. Yalnız sürücünü tapmaq mümkün olmadıqda avtomobil evakuasiya edilə bilər. O da sürücüyə bu barədə informasiyanın çatdırılmasını təmin etmək şərti ilə. Bəs, bizdə necədir? Peşmansan 2-3 dəqiqəlik mağazaya, aptekə girəsən (belə yerlərdə mütləq yol hərəkəti nişanı ilə avtomobili saxlamaq qadağan olunur), çıxıb görürsən ki, avtomobilin yoxdur (maşallah bu işdə DYP əməkdaşlarının heç yerdə adları olmayan köməkçiləri qırğı kimi cəlddirlər). Bilmək olmur, qaçırıblar, yoxsa evakuasiya ediblər. İndi düş cərimə meydançalarını axtarmağa. Nə isə, bir təhər, çox vaxt da bu "əməliyyat"da yol polisinin "əlaltısı" olan taksi sürücülərinin (şübhəmiz əsassız deyil, çünki avtomobillərini nəinki qadağan olunmuş yerlərdə, hətta avtobus dayanacaqlarında sərbəst saxlayan taksi sürücüləri özlərini cəzasız hiss edirlər) "köməyi" ilə maşınını tapırsan. Amma bu, qayda pozuntusuna görə çəkdiyin cəzanın fiziki tərəfidir. Qalır maddisi və mərəkə də bu zaman qopur. Səs-küydən başlamış dava-dalaşadək bütün "atribut"ları ilə əsl bazardır və paytaxtda az sayda sürücü tapılar ki, həmin "bazar"da "alış-veriş" etməsin. Buna görə də təfsilata varmaq istəmirik. Əvəzində tras dediyimiz rahat yollarımızı da rahatsız edən problemlərdən yazmaq istəyirik.

Peşmansan trasa çıxasan - saysız-hesabsız, yerli-yersiz sürət məhdudiyyətləri, gizli-aşkar, qanuni-qanunsuz radarlar sanki adamın yaxın yolunu uzaq etməyə hesablanıb. Baş verən avtoqəzaların əsas səbəbinin yüksək sürət olduğunu bilirik. Amma onu da bilirik ki, heç kim trasa gəzintiyə çıxmır, üz tutduğu ünvana hansısa məqsəd üçün gedir. Və təbii ki, bu halda sürücünün, eləcə də sərnişinlərin, məsələn, 300 kilometrlik yolun yarıdan çoxunu saatda 60, hətta bəzən 30-la getmək hövsələsi olmayacaq. Olacaqsa, yolun qalan hissəsində itirdiyi vaxtı "bərpa" etməyə çalışacaq. Bu isə yüksək sürət və deməli, qəza ehtimalının artması deməkdir. Buradan belə çıxır ki, DYP "qaş düzəltmək istədiyi yerdə vurub göz çıxarır". Bəs, necə etmək lazımdır ki, həm yola çıxanlar ləngiməsinlər, həm də qəzaların sayı azalsın?

Bu suala cavab tapmaq üçün dağa-dərəyə düşmək lazım deyil. Sadəcə, digər ölkələrin həmin sahədəki təcrübəsinə nəzər salmaq kifayətdir. Məsələn, ilk növbədə yola uyğun sürət həddi seçilməsi məsələsinə ciddi yanaşılmalıdır, daha bizdəki kimi "baş-ayaq" yox. Götürək aeroport yolunu. Məlumdur ki, hazırda həmin yolda maksimum sürət saatda 120 kilometrdir. Halbuki bu gün həmin yol avtomobillərin hərəkət sıxlığı sarıdan paytaxtın mərkəzi küçə və prospektlərindən geri qalmır. Belə halda, fikrimizcə, hətta bütün standartlarına görə yüksəkdə olsa da, həmin yolda sürət həddi aşağı salınmalıdır. Bakı dairəvi avtomobil yolunda da həmçinin. Qəzaların statistikasına nəzər salmaq kifayətdir ki, bunun səbəbi bəlli olsun. Əvəzində isə, məsələn, Gəncənin yeni istifadəyə verilmiş dairəvi yolunda saatda 90 kilometrlik sürət həddi artırılmalıdır. Ümumiyyətlə, 4 zolaqlı, geniş, rahat, yaşayış məntəqələrindən kənarda yerləşən, avtomobillərin hərəkət sıxlığının az olduğu bu yolda həmin sürət məhdudiyyətinin nəyə xidmət etdiyini anlamaq çətindir. Əslində çətin deyil. Çünki müşahidələrimiz göstərir ki, sürət məhdudiyyəti və ona nəzarət etmək üçün quraşdırılan radarlar heç də həmişə hərəkətin təhlükəsizliyinin təmin olunmasına xidmət etmir. Məqsəd həm də daha çox avtomobili radar "tələ"sinə salmaqdır. İnanmırıq ki, bu gün Azərbaycanda radara düşməyən maşın olsun. Belə çıxır ki, ölkədə intizamlı sürücü yoxdur? Sözsüz ki, var, sadəcə normal hərəkət şəraiti yoxdur! Elə isə beynəlxalq təcrübədən çıxış edərək ikinci təklif.

Məlumdur ki, Azərbaycanın şəhərlərarası avtomobil yollarının xeyli hissəsi yaşayış məntəqələrinin, xüsusən kəndlərin içindən keçir və bu səbəbdən bir-birinə calanan həmin ərazilərdə sürət saatda 60 kilometrədək məhdudlaşdırılıb. Bu isə DYP üçün "çörək ağacı" olsa da, yola çıxanlar üçün vaxt itkisidir. Bəs, təcrübələri nümunə ola biləcək ölkələrdə həmin problem necə həll edilir? Çox sadə - mərkəzindən şose yolu keçən yaşayış məntəqəsi yüngül metal hasarla trasdan təcrid olunur və avtomobillərin həmin ərazilərdən keçərkən sürətlərini azaltmağa ehtiyac qalmır. Bizdə bunun analoqunu Qaradağ rayonunun Qobustan qəsəbəsində həyata keçiriblər. Lakin orada mişar daşından istifadə olunub və bu səbəbdən xərci bahadır. Ucuz xərclə bu üsuldan digər yaşayış məntəqələrində istifadə edilməməsinin səbəbini isə yüz yerə yozmaq mümkündür və şübhəsiz ki, həmin yüzdən doxsan doqquzu sürücü və sərnişinlərin rahatlığına, yolçuların mənzil başına vaxtında çatmalarına, avtomobillərin təhlükəsiz hərəkətinə xidmət etmir.

Göründüyü kimi, yollarda əsəbimizi və canımızı alan səbəblər az deyil. Biz hələ onların az bir hissəsi barədə söz açdıq. Amma bilirik ki, avtomobilə oturub yola çıxan hər kəsin başına bizim bilmədiyimiz siniri gərginləşdirən, az qala infarkt halına çatdıran neçə-neçə hadisə gəlib. Neyləmək olar, bu bizik, əsəbiləşdirən də, əsəbiləşən də, can alan da, can verən də özümüzük. Özümüzün özümüzlə mübarizəsi isə çətin olsa da, mümkündür!

Rəsmi dövlət qəzeti məmurları niyə və necə vurdu... - (Fotolar)
Rəsmi dövlət qəzeti məmurları niyə və necə vurdu... - (Fotolar)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan ödənişli yolların tətbiqinə hazırlaşır

    Azərbaycan ödənişli yolların tətbiqinə hazırlaşır ...

    2-08-2013, 14:29

  • 
  • Yolların çəkilməsinə 8 milyard vəsait xərclənib

    Yolların çəkilməsinə 8 milyard vəsait xərclənib ...

    6-02-2014, 13:26

  • 
  • Masallının icra başçısı kimə güvənir?

    Masallının icra başçısı kimə güvənir? ...

    21-02-2014, 00:04

  • 
  • Ziya Məmmədovun yol cinayəti

    Ziya Məmmədovun yol cinayəti ...

    27-12-2012, 08:48

  • 
  • Yollarda talanan milyardlar

    Yollarda talanan milyardlar ...

    28-04-2014, 09:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu