GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bu gün Parisdə kritik Qarabağ danışıqlarıdır - proqnozlar

Bu gün Parisdə kritik Qarabağ danışıqlarıdır - proqnozlar

Tarix: 27-10-2014, 09:00 Bölmə :Manşet Baxış: 948
Bu gün Parisdə kritik Qarabağ danışıqlarıdır - proqnozlar
Qərb sülh nizamlanmasında patronajlığı Rusiyadan alır ; Prezident İlham Əliyevlə Serj Sərkisyan iki və çoxtərəfli formatda bir araya gələcəklər; görüşlə bağlı ekspertlərin proqnozları birmənalı deyil; gözlər Yelisey sarayında...
Bu gün Fransanın paytaxtı Parisdə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan arasında növbəti görüş olacaq. Fransa prezidenti Fransua Ollandın aylardır davam edən təşəbbüskarlığının nəticəsi olaraq reallaşacaq bu təmas 2014-cü il ildə sayca üçüncü olacaq.

Bundan əvvəl prezidentlər sentyabrda - NATO-nun Uels sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin, ondan öncə - avqustda isə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə bir araya gəlmişdilər.

Görüş ərəfəsi “Frans press” agentliyi Fransa prezidentinin dəftərxanasına istinadən Azərbaycan və Ermənistan prezidentləri arasında gözənilən Qarabağ danışıqlarının vaxtı və yeri barədə məlumatı yayıb. Məlumata əsasən, prezidentlər İlham Əliyev və Serj Sərkisyan fransalı həmkarları Fransua Ollandın vasitəçiliyi ilə oktyabrın 27-də görüşəcəklər. “Görüşün məqsədi iki ay əvvəl qeyd alınmış gərginlikdən sonra tərəflər arasında Qarabağ münaqişəsinin nizamlanmasına dair dialoqa kömək etməkdir” - deyə açıqlamada bildirilir.
Ollandın İlham Əliyev və Serj Sərkisyanla ayrıca görüşləri nəzərdə tutulub. Daha sonra danışıqlar üçtərəfli formatda davam edəcək. Bunun ardınca isə prezidentlər İlham Əliyev və Serj Sərkisyan Minsk Qrupunun həmsədrləri ilə görüşəcəklər. Gözlənilir ki, Yelisey sarayında prezidentlərin şərəfinə rəsmi şam yeməyi də təşkil olunacaq və orada üç dövlət başçısı Qafqazın gələcəyinə dair daha geniş mövzu ətrafında diskussiyalar aparacaqlar.
Bəs Fransa zirvəsi bu il üçlün sonuncu olacaq, yoxsa davamı gələcək?

Bu gün Parisdə kritik Qarabağ danışıqlarıdır - proqnozlar

Suala birmənalı cavab vermək hələ ki, çətindir. Çünki müzakirələrin nəticələrinə ciddi neqativ təsir göstərə biləcək amillər öz aktuallığını saxlayır. Məsələn, görüşə bir neçə gün qalmış Ermənistan rəsmilərinin, ələlxüsus Serj Sərkisyanən davakar ritorikası özünü qabarıq şəkildə göstərməkdədir. Tamamilə mümkündür ki, bu, həm də üç gün qabaq İrəvanda müxalifətin Sərkisyanın istefası tələbi ilə başladığı kütləvi etiraz aksiyaları ilə bağlıdır. Yəni Sərkisyan Qarabağ ritorikasını sərtləşdirməyə sadəcə, məhkumdur.

Maraqlıdır ki, mitinqdə Rusiya əleyhinə heç bir şüar səslənməyib, əksinə, Ermənistanın Avrasiya İttifaqına qoşulması təbii qarşılanıb. Hətta müxalifət liderlərindən olan sabiq prezident Levon Ter-Petrosyan Ermənistanın Avrasiya İttifaqı tərkibində də inkişafını mümkün hesab elədiyini söyləyib.

Bu gün Parisdə kritik Qarabağ danışıqlarıdır - proqnozlar

Bu amil etirazlarda “Rusiya izi”nin mövcudluğu barədə qənaətləri gücləndirir. Rusiyalı ekspertlər də bu arada verdikləri şərhlərdə görüşdə real nəticə ola biləcəyi ilə bağlı bədbin fikirlər səsləndiriblər. Bu, əslində elə Kremlin mövqeyi və marağıdır. Rusiya məhz Qərb paytaxtlarının birində Qarabağ ixtilafına dair ciddi irəliləyiş əldə olunmasını istəmir.
Fransa diplomatik mənbələri isə Əliyev-Sərkisyan görüşündə uğur olması üçün rəsmi Parisin əlindən gələni edəcəyini bildirib. Bəzi bilgilərə görə, söhbət həll prinsiplərinin əks olunduğu birgə bəyanatdan gedir. Öz növbəsində Fransanın Ermənistandakı səfiri Reno Arni mətbuata açıqlamasında həmin prinsipləri belə sıralayıb: “ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyin etmə hüququ və gücdən qarşılıqlı şəkidə imtina”. Yəni əslində amerikalı həmsədr Ceyms Uorlikin da irəli sürdüyü məlum 6 bəndlik təklifdə əksini tapan prinsiplərdən söhbət gedir.

Belə görünür, Qərb tərəflər arasında nəhayət ki, hansısa yazılı sənədi (öhdəlikləri) qəbul etdirməklə prosesi həm təhlükəli dalandan çıxarmaq, həm də Rusiyanı fakt qarşısında qoyub, onun münaqişəyə təsir imkanlarını azaltmaq niyyətindədir. Buna nail ola biləcəkmi, Rusiya imkan verəcəkmi, nəhayət, Azərbaycanın özü “müqəddəratını təyin etmə” prinsipinin də yer aldığı və faktiki, separatçı rejimin münaqişə tərəfi kimi rəsmən tanındığı hansısa sənədə qol qoyacaqmı?

Bu gün Parisdə kritik Qarabağ danışıqlarıdır - proqnozlar

Yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Bu yerdə mühüm bir detalı da qeyd edək ki, Kəlbəcərdə saxlanılan azərbaycanlı mülki girovlar - Dilqəm Əhmədov və Şahbaz Quliyev üzərində qondarma “DQR” rejimi tərəfindən “məhkəmə” də eyni günə - oktyabrın 27-ə təyin edilib. Azərbaycan prezidenti isə Minsk Qrupunun həmsədrlik edən ölkələrin rəhbərləri də daxil olmaqla beynəlxalq ictimaiyyəti işğal altındakı yurdlarına baş çəkərkən tutulmuş bu günahsız insanların azad edilməsinə səy göstərməyə çağırıb.

Siyasi şərhçilərin əksəriyyəti erməni tərəfin qondarma “məhkəmə”ni məhz prezidentlərin Paris görüşü ilə eyni günə təyin etməsini qızışdırıcı təxribat sayır. Böyük ehtimalla, bu məsələ Yelisey sarayında uyğun bir məqamda diqqət mərkəzinə gətiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yelisey sarayı: "Əliyev, Olland və Sərkisyan Qafqazın gələcəyini naharda müzakirə edəcək"

    Yelisey sarayı: "Əliyev, Olland və Sərkisyan ...

    24-10-2014, 11:55

  • 
  • Sərkisyan Putinin təklifini qəbul etdi – Gözlər Əliyevdədir

    Sərkisyan Putinin təklifini qəbul etdi – Gözlər ...

    8-08-2014, 02:10

  • 
  • Görüş təsdiqləndi

    Görüş təsdiqləndi ...

    4-08-2014, 19:16

  • 
  • Əliyevlə Sarkisyanın görüş yeri və tarixi AÇIQLANDI

    Əliyevlə Sarkisyanın görüş yeri və tarixi ...

    12-05-2016, 13:26

  • 
  • Putin, Əliyev və Sarkisyan razılığa gəldilər

    Putin, Əliyev və Sarkisyan razılığa gəldilər ...

    20-06-2016, 21:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu